Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev burada oxumuşdur
Azərbaycan Dövlət Neft Akademiyasında Azərbaycan xalqının böyük oğlunun barelyefinin açılışı olmuşdur

Bakı, 6 may (AZƏRTAC). Mayın 6-da, Azərbaycan xalqının ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü ərəfəsində Azərbaycan Dövlət Neft Akademiyasında Azərbaycanın böyük oğlunun barelyefinin açılışı olmuşdur.

ADNA-nın rektoru, Əməkdar Elm Xadimi, akademik Siyavuş Qarayev təntənəli mərasimi giriş sözü ilə açmışdır. S.Qarayev öz çıxışında ümummilli liderin Azərbaycan xalqı qarşısında görkəmli xidmətlərini, onun dövlət başçısı vəzifəsində bütün fəaliyyəti dövründə Akademiyanın professor-müəllim heyətinə və tələbə kollektivinə həqiqətən atalıq qayğısı göstərməsini qeyd etmişdir. O bildirmişdir ki, ümummilli lider Heydər Əliyev Sənaye İnstitutunda (indiki ADNA) iki il müvəffəqiyyətlə oxumuşdur. Lakin Böyük Vətən müharibəsi başlandı və Heydər Əliyevin qəlbində xoş xatirələr qoymuş, onda möhkəm intizam və iradə kimi keyfiyyətlər tərbiyə etmiş, dərin biliklərə yiyələnməsinə kömək etmiş təhsil illəri yarımçıq qalmışdır. Heydər Əliyev inşaat fakültəsinin memarlıq bölməsində oxumuşdur. Onun gənclik illərinin bəlkə də ən unudulmaz xatirələri məhz bu ali təhsil müəssisəsində oxuduğu dövrlə bağlıdır.

Yeni Azərbaycan Partiyası sədrinin müavini - icra katibi Əli Əhmədov qeyd etmişdir ki, ulu öndərin doğum gününün qeyd edilməsi Azərbaycan xalqı üçün əsl bayrama çevrilmişdir. Ulu öndərin neft strategiyası Azərbaycanın müstəqilliyinə, onun dünyada rolunun və nüfuzunun daha da artmasına xidmət edir. Məhz bu səbəbdən o, qədirbilən Azərbaycan xalqının qəlbində daim yaşayacaqdır.

Barelyefin açılışı ilə əlaqədar təntənəli mərasimdə təhsil naziri Misir Mərdanov, Yeni Azərbaycan Partiyası sədrinin müavini - icra katibi Əli Əhmədov, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev, Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov, ARDNŞ-in birinci vitse-prezidenti akademik Xoşbəxt Yusifzadə, Milli Məclisin deputatları, ADNA-nın professor-müəllim və tələbə heyəti, KİV nümayəndələri və başqaları iştirak etmişdir.

Bu tədbirdən bir gün əvvəl mən ADNA-nın rektoru akademik Siyavuş Qarayevlə görüşmək və dahi Heydər Əliyevin neft strategiyasında Neft Akademiyasının rolu barədə onunla söhbət etmək şərəfinə nail oldum. Səmimi şəraitdə keçən söhbət zamanı Siyavuş müəllimin mənə dediklərini oxucularla bölüşmək istəyirəm.

Avropada və Asiyada neft profilli ilk ali məktəb olmuş Neft Akademiyasının 90 yaşı var. Keçən əsrin əvvəlində o, SSRİ energetika müəssisələri üçün mühəndis kadrları hazırlayan İttifaq əhəmiyyətli yeganə ali məktəb idi. ADNA neft-qaz profilli yeni ali məktəblərin, məsələn İ.M.Qubkin adına Rusiya Dövlət Neft və Qaz Universiteti, Ukraynada İvano-Frankovsk Neft və Qaz Texniki Universiteti, Başqırdıstanda Ufa Dövlət Neft Universiteti, habelə Əlcəzairin Bumerdes şəhərindəki Universitetin yaradılmasında bilavasitə iştirak etmişdir. ADNA-nın ayrı-ayrı fakültələri bazasında Azərbaycanın özündə də müxtəlif illərdə bir neçə müstəqil təhsil müəssisəsi yaradılmışdır. İndiki Texniki Universitet, Aqrar Universiteti, Memarlıq və İnşaat Universiteti, Sumqayıt Dövlət Universiteti, Mingəçevir Politexnik İnstitutu bu qəbildəndir.

Dövlət Neft Akademiyası Azərbaycana bütün dünyada şöhrət gətirən bir ali məktəbə çevrilmişdir. Burada təhsil həmişə yüksək səviyyədə olmuşdur. Akademiyanın professor-müəllim kollektivi bu gün də Azərbaycan iqtisadiyyatının əsas sahəsi olan neft-qaz sektoru üçün peşəkar kadrlar hazırlamaqla müstəqil Azərbaycanın inkişafına qiymətli töhfə verir.

ADNA-nın məzunları təkcə Azərbaycanın deyil, başqa ölkələrin də elm və sənaye sahələrinin, obrazlı şəkildə desək qaymaqlarıdır. Görkəmli memarlar M.Hüseynov və S.Dadaşov, vaxtilə SSRİ Dövlət Plan Komitəsinin sədri olmuş N.Baybakov, SSRİ qaz sənayesi naziri S.Orucov, Kosmik Uçuşlar üzrə Dövlət Komissiyasının sədri K.Kərimov, akademik A.Mirzəcanzadə, Qərbi Sibirin neft yataqlarını kəşf etmiş F.Salmanov, təyyarəçi-kosmonavt V.Jolobov və bir sıra başqaları, müasirlərimizdən “LUKoyl” şirkətinin prezidenti Vahid Ələkbərov, “Rosneft” şirkətinin vitse-prezidenti Mars Xasanov, ARDNŞ-in vitse-prezidenti, akademik X.Yusifzadə bu ali məktəbin məzunlarıdır.

Siyavuş müəllim öz peşəsinin vurğunu kimi danışır, akademiyanın adını və statusunu ucaltmış insanların hər birinin adını çəkdikcə qürur hissini gizlətmirdi. Təbii ki, ADNA-nın ən böyük fəxri ümummilli liderin Neft Akademiyasına xüsusi münasibətidir, çünki Heydər Əliyev dünyanın enerji xəritəsinin yenilənməsi barədə möhtəşəm planlar qurarkən bu ali məktəbin məzunlarına, onun yetişdirdiyi kadrlara güvənir, bu insanlara arxalanırdı. Axı, Xəzər hövzəsinin enerji ehtiyatları hələ sovet mühəndisləri tərəfindən kəşf edilmiş və proqnozlaşdırılmışdı. Heydər Əliyevin dahiliyi məhz bundan ibarətdir ki, sovet imperiyasının dağılacağını qabaqcadan görərək, bu böyük sərvətlərin mənimsənilməsi barədə planlar qururdu.

Heydər Əliyevin fəal vətəndaşlıq mövqeyi, sözün həqiqi mənasında möhtəşəm əməyi təkcə tarixin səhifələrində deyil, həm də qədirbilən xalqımızın əbədi yaddaşında silinməz izlər qoymuşdur. O, təkcə rəhbər deyil, həm də sözün ən yüksək mənasında millət atası idi.

Barışmaz əleyhdarların hakimiyyət uğrunda didişməsindən təngə gəlmiş xalqın israrlı tələbi ilə Heydər Əliyev hakimiyyətə qayıdanda ölkə vətəndaş müharibəsi və parçalanma həddində idi: ordu yox səviyyəsində idi, bunun əvəzində siyasi partiyaların hərbiləşdirilmiş qruplaşmaları bir-birinə meydan oxuyurdu, Ermənistanla müharibə, işğal edilmiş rayonlardan paytaxta üz tutmuş qaçqınlar ordusu, əhalinin böyük əksəriyyətinin həyat səviyyəsinin yoxsulluq həddindən aşağı olması... Bu şəraitdə bütün ölkə, bütün xalq yalnız bir nəfərə - Heydər Əliyevə ümid bəsləyirdi.

1993-cü ilin yazında Azərbaycan neftinə maraq göstərən neft şirkətləri ilə aparılan danışıqlar başa çatmaqda idi. Həmin dövrdə Azərbaycan elə bir saziş bağlamağa hazırlaşırdı ki, bu sənəd nəinki xalqın mənafeyini nəzərə almır, üstəlik, misilsiz təbii ehtiyatların talan edilməsinə gətirib çıxarar, bu isə ölkə iqtisadiyyatına əvəzi çıxarılması mümkün olmayan dərəcədə ziyan vurardı.

Heydər Əliyev ilk növbədə, qərb şirkətləri ilə imzalanmağa hazırlanmış sazişi ləğv edərək birbaşa bəyan etdi ki, bu saziş Azərbaycanın təbii sərvətlərinin talan edilməsinə şərait yaradır. Sonra danışıqlar tamamilə təzədən başlandı.

Heydər Əliyev atəşkəs barədə saziş imzalamaqla qısa müddət ərzində 22 beynəlxalq neft kontraktı imzalanması, Ermənistanın Azərbaycana qarşı təcavüzü barədə bütün həqiqətin dünyanın aparıcı dövlətlərinə çatdırılması imkanı əldə edilmiş, beləliklə, həm MDB ölkələri və Avropa İttifaqı ilə, həm də bütövlükdə dünya birliyi ilə yeni qarşılıqlı münasibətlərin təməli qoyulmuşdur. Məhz bu dahi insan dünyanın maliyyə elitasını Bakı-Tbilisi-Ceyhan layihəsinin reallığına, bu layihənin həm region üçün, həm də bütövlükdə Avropa üçün zəruri olmasına inandıra bilmişdir.

Bir sıra analitiklərin qəti inamına görə, liderliyin əsasını strateji təsəvvür təşkil edir. Azərbaycan xalqının böyük oğlu Heydər Əliyev bu uzaqgörənlik keyfiyyətinə tam həcmdə malik idi. O, nəinki gələcəyi qabaqcadan görür, onu planlaşdırır, həm də öz niyyətlərini həyata keçirirdi. 1990-cı illərin birinci yarısında “şaxələndirmə” və “enerji asılılığı” anlayışları dünyada hələ məlum olmadığı vaxtda Heydər Əliyev dünya enerji daşıyıcıları bazarına çıxışın sürətləndirilməsi barədə qərar qəbul etmişdi. 1999-cu il noyabrın 18-də ATƏT üzvü olan ölkələrin dövlət başçılarının İstanbul sammitində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev, Gürcüstan Prezidenti Eduard Şevardnadze və Türkiyə Cümhuriyyətinin Prezidenti Süleyman Dəmirəl xam neftin Azərbaycan, Gürcüstan və Türkiyə ərazisindən keçən Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri vasitəsilə nəql edilməsi haqqında tarixi saziş imzaladılar. Azərbaycanın neft strategiyasının təməlini qoymuş “Əsrin müqaviləsi” belə yarandı.

Azərbaycan tarixinin otuz ildən artıq bir dövrü Heydər Əliyevin - müasir Azərbaycan dövlətçiliyinin banisinin adı ilə bağlıdır. Bu dövrdə Heydər Əliyev ölkəni tarixin ən mürəkkəb sınaqlarından çıxarmış, Azərbaycan dövlətinin ictimai-siyasi, iqtisadi və mədəni tərəqqisinə nail olmuşdur. O, öz Vətəninə, öz xalqına xidmət edirdi. Çünki özü üçün bundan daha yüksək vəzifə görmürdü. Azərbaycan xalqının, bu ölkənin tarixinin ən dramatik dövründə onun taleyinin etibar edildiyi ən böyük insanlardan biri Heydər Əliyev idi. O, əleyhdarlarının həsədinə rəğmən, düşmənin acığına bütün dünyanın gözü qarşısında tarixi yaradır, ölkəni qurur, dövləti yaradır və möhkəmləndirirdi.

Heydər Əliyevin sonrakı nəsillər qarşısında xidmətləri ilbəil daha sanballı, daha əhəmiyyətli olur, onilliklər, yüzilliklər keçəcək, onun böyüklüyü daha dərindən başa düşüləcəkdir, çünki onun bəşəriyyət qarşısında xidmətlərini heş bir meyarla ölçmək mümkün deyildir.

Tamilla Nuriyeva

AZƏRTAC-ın müxbiri

######

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Misirdə binanın çökməsi nəticəsində 14 nəfər həlak olub

Vüsal Şıxəliyev: Bu il ESG prinsipləri üzrə güzəşt və imtiyazlar təqdim etməyə çalışırıq

Naxçıvanda müəllimlərin işə qəbul üzrə müsabiqənin test imtahanının növbəti mərhələsinə 375 namizəd dəvət edilib

"Sabah" Ukrayna millisinin basketbolçusunu heyətinə qatıb

Şəkidə ölümlə nəticələnən ağır yol qəzası baş verib

Göygöl rayonunda növbəti Milli Yaylaq Festivalı təşkil olunacaq

Bu gün Astanada Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Zirvə görüşü işə başlayır

BDU-da Türkiyənin Ankara Sosial Elmlər Universitetinin nümayəndələri ilə görüş

Nazir müavini: Bu gün dövlət və özəl sektor arasında əməkdaşlığın gücləndirilməsi həmişəkindən daha vacibdir

Hindistanda dini ibadətgahdakı izdihamda ölənlərin sayı 121-ə çatıb

Faktiki hava: Əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib

“Əlçatan metro” layihəsi istifadəçilərinin sayı 38,6 faiz artıb

İsmayıllı rayonunda təsərrüfatların 80 faizdən çoxunun genişzolaqlı internetə çıxışı təmin edilib

“Azeri Light” markalı neft bahalaşıb

Dünya birjalarında neft bahalaşıb

"Naxçıvan istedadları” incəsənət festivalında 378 şagird iştirak edib

Qədim Şəki “İpək Yolu” XIII Beynəlxalq Musiqi Festivalına hazırlaşır

“Kür – çaylar anası” sənədli filminin çəkilişləri davam edir

Sumqayıt şəhərinin Xəzər bağları yaşayış massivi ərazisində qanunsuz hasarlar sökülüb VİDEO

Yaponiyanın Baş naziri NATO-nun sammitində iştirak edəcək

“Dəmiryol nəqliyyatı haqqında Nizamnamə”nin təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülərin peşə fəaliyyətinə və davranışına, iş və istirahət rejiminin xüsusiyyətlərinə, habelə avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını tənzimləyən normativ hüquqi aktlara və taksi minik avtomobillərinin sürücüləri üçün etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlığın qiymətləndirilməsinin nəticələrinə dair sənədin forması və qiymətləndirilmənin aparılmasına görə haqqın məbləği”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

DİN: Ölkə ərazisində qeydə alınan 26 cinayətin üstü açılıb

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 25 may tarixli 165 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məhkəmə ekspertlərinin attestasiyasının keçirilməsi və ixtisas dərəcəsinin verilməsi qaydaları”nda və 2023-cü il 25 may tarixli 166 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məhkəmə eksperti şəhadətnaməsinin verilməsi qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğunun sərhədləri və mühafizə zonasının və ərazisinin xüsusi rejiminin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Toqoda “France 24” telekanalına son xəbərdarlıq edilib

İyun ayında sərhəd rejimi qaydalarını pozan 851 nəfər saxlanılıb

Böyük şirkətlər 2027-ci ilin sonuna qədər QR kodlarının sənayeyə qlobal tətbiqini dəstəkləyib

ABŞ Ukraynaya 2,3 milyard dollar dəyərində yeni yardım paketi ayıracaq

Vinçentso Montella: Futbolçularım komanda ruhunu ortaya qoydular

Milli Prado Muzeyi "İspaniyada incəsənət və sosial dəyişikliklər (1885-1910)" adlı sərgini təqdim edir

Danimarkada xarici bayraqlardan istifadə məhdudlaşdırılır

Kral Çarlz Şotlandiyada səfərdədir

Gürcüstanda yetkinlik yaşına çatmayanlar arasında cinayətkarlıq halları artıb

Çexiya Vışeqrad dördlüyündə sədrliyi təhvil verir

Türkiyə millisinin qapıçısı: Bizim üçün dua edən hər kəsə minnətdarıq

Ərdoğan: Azərbaycanın qələbəsi Türkiyənin vicdanından Boraltan ləkəsini sildi

Ağstafada 3500 il əvvələ aid Qafqazda ilk ritual ibadətgah yeri tapılıb- FOTO

Dövlət Departamenti: NATO sammiti çərçivəsində Azərbaycanla Ermənistan arasında görüş istiqamətində işləməyə davam edəcəyik

Lənkəranda minik avtomobili velosipedçini vurub

Avro-2024: Türkiyə millisi 1/4 finala vəsiqə qazanıb YENİLƏNİB 5

İmişlidə piyadanın ölümü ilə nəticələnən qəza baş verib

İran səfirliyi Azərbaycan dövlətinə təşəkkür edib

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Vətəndaş Həmrəyliyi Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin qeydə alınması haqqında
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Ağ Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin qeydə alınması haqqında
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Respublikaçı Alternativ (REAL) Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin qeydə alınması haqqında
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

“Azərbaycan Respublikasının Seçki Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 21 iyun tarixli 1178-VIQD nömrəli Qanununun qəbul edilməsi ilə əlaqədar Mərkəzi Seçki Komissiyasının bəzi normativ xarakterli aktlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Bəzi seçki dairələri üzrə seçki məntəqələri ilə bağlı tədbirlərə dair Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyasının QƏRARI

Mərkəzi Seçki Komissiyasının 2024-cü il 27 iyun tarixli iclas protokolunun təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Hindistanda dini ibadətgahdakı izdihamda ölənlərin sayı 116-ya çatıb

Salyanda minik avtomobilləri və traktor toqquşub, yaralılar var

Avro-2024: Avstriya və Türkiyə yığmalarının start heyətləri açıqlanıb

Avro-2024: Niderland millisi darmadağınla 1/4 finala vəsiqə qazanıb

Azərbaycan güləşçisi Avropa üçüncüsü olub

Azərbaycan Türkiyənin ən böyük qaz tədarükçüsü olub

“Azərbaycanda “Koroğlu” araşdırmaları: dünən və bu gün” monoqrafiyası çapdan çıxıb

Avropa çempionatı: Azərbaycan güləşçisi finala vəsiqə qazanıb

Polis işçilərinin peşə bayramı Naxçıvanda da qeyd edilib

Deputat: Azərbaycan polisi peşəkarlığına görə yalnız regionun deyil, Avropanın bir sıra aparıcı ölkələrinin təhlükəsizlik orqanlarını da üstələyir

Neftçalada bir qrup polis əməkdaşı təltif olunub

DİM: 13 min 484 nəfər ali təhsil müəssisələrinin magistraturalarına qəbul olub

Macarıstan Ukrayna ilə qlobal əməkdaşlıq sazişi imzalamaq istəyir

Xalq yazıçısı Elmira Axundovanın kitablarının təqdimatı keçirilib

Təlimlərin ikinci günü: Media nümayəndələri ilkin tibbi yardım barədə məlumatlandırılıblar

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Tbilisiyə rəsmi səfər edəcək

Azərbaycan Polisi Günü Göyçayda da qeyd olunub

Gəncə Dövlət Universitetində tədbir: Qərbi Azərbaycana qayıdış

Britaniyada 1,8 milyon tələbənin azı 50 min funt-sterlinqlik borcu var

Qərbi Azərbaycan İcmasında yerli rayon icmalarının cari ilin birinci yarımilliyi üçün hesabat iclası keçirilib

Azərbaycan polisi yarandığı gündən xalqın və dövlətin mənafeyinə ləyaqətlə xidmət edib

“BakıKart” nağdsız elektron ödəniş alətinin adından dələduzluq kampaniyası həyata keçirilir - XƏBƏRDARLIQ

® "Azercell" yeni "Smartfon" kampaniyasını təqdim edir!

Azərbaycan mobil internetə qoşulma üzrə beynəlxalq göstəricilərdə irəliləyib

Elektron Təhlükəsizlik Xidməti “Qarabağ” Futbol Klubunun əməkdaşları üçün maarifləndirmə tədbiri keçirib

"CESI" şirkətinin icraçı direktoru ilə “yaşıl enerji dəhlizi” üzrə əməkdaşlıq müzakirə olunub

Dövlət Ehtiyatları Agentliyi yerli ərzaqlıq buğdanın tədarükünü elan edir 

Daşkəsən rayonunda sel müşahidə olunur VİDEO

“Orqanik Naxçıvan”a məxsus 750 hektardan artıq sahədə taxıl biçini aparılır

Paytaxtın Əbdürrəhim bəy Haqverdiyev küçəsində avtobus zolağı təşkil edilib

Azərbaycan polisi məsuliyyətli və şərəfli vəzifəsinin öhdəsindən bacarıqla gəlir

İtaliyalı jurnalist Azərbaycanda tolerantlıq mühitinin qorunması və təbliği ilə bağlı görülən tədbirlər barədə məlumatlandırılıb

Nəqliyyat sahəsi üzrə yeni dövlət standartları qəbul edilib

“Azərbaycan Dəmir Yolları” ilə sərnişin daşınması 20 faiz artıb

Azərbaycan polisi ölkədə təhlükəsizliyi və asayişi uğurla təmin edir

Qərbi azərbaycanlı professor: Azərbaycan Prezidentinin müdrik siyasəti sayəsində qayıdış arzumuza çatacağımıza inanırıq

UNEC Abituriyent Məsləhət Mərkəzində 100-dən çox abituriyentə dəstək göstərilib

Hindistanda dini ibadətgahda baş verən izdihamda 107 nəfər ölüb

Daxili işlər orqanları asayişin və təhlükəsizliyin təmin olunmasında önəmli xidmətləri ilə seçilir

Azərbaycan-İsrail əlaqələrindən bəhs edən kitabın təqdimatı olub

Gəncədə bir qrup polis işçisi peşə bayramı münasibətilə təltif edilib

Bakı İlahiyyat Kollecinin loqo müsabiqəsinin qalibi müəyyənləşib

Füzuli və Xocavənd rayonlarına mediatur təşkil olunub - YENİLƏNİB VİDEO

Keniyada hökumət əleyhinə nümayişlər yenidən başlayıb

Yeni sorğu Qazaxıstan Prezidentinə yüksək ictimai dəstəyi təsdiqləyir

Bu ilin 6 ayında miqrasiya qanunvericiliyini pozan 1 122 əcnəbi Azərbaycanın hüdudlarından kənara çıxarılıb

Məktəb-studiyanın yekun konserti olub

“Sabah” basketbol klubu dünya çempionatının iştirakçısını transfer edib

Rəsədxananın əməkdaşı beynəlxalq konfransda çıxış edib

Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib VİDEO