AZƏRBAYCAN XARİCİ İŞLƏR NAZİRİNİN MÜAVİNİ LONDONDA BİR SIRA GÖRÜŞLƏR KEÇİRMİŞDİR
AZƏRTAC xəbər verir ki, Böyük Britaniyada işgüzar səfərdə olan Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov iyunun 30-da bu ölkənin Xarici İşlər Nazirliyinin Rusiya, Cənubi Qafqaz və Mərkəzi Asiya, Yaxın Şərq departamentlərində, Xəzər regionu üzrə Enerji Qrupunda bir sıra görüşlər keçirmişdir. Bu görüşlərdə Azərbaycan-Böyük Britaniya münasibətlərinin mövcud səviyyəsindən məmnunluq ifadə edilmiş, müxtəlif sahələr üzrə əlaqələrin genişləndirilməsi imkanları müzakirə olunmuşdur. Tərəflər ikitərəfli əlaqələrin hazırkı vəziyyətindən razı qaldıqlarını, bununla belə münasibətlərin daha da inkişafı üçün geniş potensialın mövcud olduğunu vurğulamışlar.
Görüşdə Azərbaycanın təşəbbüsü və iştirakı ilə reallaşdırılan irimiqyaslı iqtisadi layihələrin regionda sülhün və sabitliyin möhkəmlənməsində xüsusi rol oynadığı da qeyd olunmuş və bunun yeni perspektiv layihələrin işə düşməsinə əlverişli şərait yaratdığı diqqətə çatdırılmışdır. X.Xələfov Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolunun getdikcə artdığını və artıq etibarlı tərəfdaş ölkəyə çevrildiyini bildirmişdir.
Görüşlərdə Cənubi Qafqaz, Xəzər və Mərkəzi Asiya regionunda mövcud vəziyyət, Avratlantika strukturlarına inteqrasiya məsələləri, eləcə də regional münaqişələr ətrafında geniş fikir mübadiləsi aparılmış, Ermənistanın Azərbaycana təcavüzünün davam etməsinin inteqrasiya prosesinin dərinləşməsinə ciddi maneə törətməsi xüsusi qeyd olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:25]
“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”
- 13.06.2026 [14:28]
Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb
- 13.06.2026 [13:13]
Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb
- 13.06.2026 [11:27]
Azərbaycan və Bolqarıstan enerji sahəsində əməkdaşlığı genişləndirir
- 13.06.2026 [10:48]