Azərbaycanda İKT sektorunda gəlirlərin 80,1 faizi özəl sektorun hesabına formalaşıb
Bakı, 21 iyul, Xatirə Cəfərova, AZƏRTAC
Bu ilin birinci rübündə informasiya-kommunikasiya texnologiyaları sektorunda əldə olunan gəlirlərin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 10,5 faiz artaraq 397,3 milyon manat, gəlirlərin ümumi daxili məhsulda (ÜDM) payı 2,3 faiz, qeyri-neft sektorunun ÜDM-də payı 3,3 faiz təşkil edib. Gəlirlərin 80,1 faizi özəl sektorun hesabına formalaşıb.
Rüb ərzində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeli müəssisələri üzrə 77,9 milyon manat gəlir əldə edilib, dövlət büdcəsinə 8,7 milyon manat, Dövlət Sosial Müdafiə Fonduna isə 4,3 milyon manat vəsait ödənilib.
Nazirlikdən AZƏRTAC-a verilən məlumata görə, bu dövrdə sektora 104,5 milyon manat, o cümlədən RYTN-in tabeli müəssisələri tərəfindən 41,2 milyon manat investisiya yatırılıb. Bu göstərici ölkə iqtisadiyyatına qoyulan ümumi investisiyanın 3,2 faizini təşkil edir və ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 dəfə çoxdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:46]
“Google” şirkətinin Bakı konfransına 1000-dən çox müraciət qeydə alınıb
- 25.08.2023 [18:21]