Azərbaycanda ilk dəfədir ki, velosiped idman növü üzrə beynəlxalq yarış keçirilir
Bakı, 10 may (AZƏRTAC). Azərbaycanda ilk dəfədir ki, velosiped idman növü üzrə beynəlxalq yarış keçirilir.
Bu sözləri mayın 10-da Bakıdan start götürmüş “Böyük Qafqaz” beynəlxalq velosiped turnirinin baş hakimi Elçin Qəhrəmanov AZƏRTAC-a bildirmişdir.
E.Qəhrəmanov demişdir ki, ümummilli lider Heydər Əliyevin anadan olmasının 88 illiyinə həsr olunmuş bu yarış velosiped idman növünün ölkəmizdə inkişafına, gənclər arasında geniş yayılmasına böyük təkan verəcəkdir. Azərbaycan idmançılarından əlavə bu yarışda Litva, İran və Gürcüstan velosipedçiləri də iştirak edirlər. İnanıram ki, Azərbaycan idmançıları bu yarışda uğurlu nəticələr əldə edəcəklər. Gənclər və İdman Nazirliyi idmançılarımız üçün lazımi şərait yaratmışdır, onlar təlim-məşq toplanışında olmuşlar. Velosipedçilərin yürüşü zamanı yollar bağlanacaq, tibbi yardım maşını idmançıların ardınca gedəcəkdir. Turnirlə bağlı təhlükəsizlik tədbirləri görülmüşdür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [14:57]
“Kəpəz”in kapitanı məşq zamanı zədələnib
- 09.09.2026 [14:39]
Azərbaycanda beynəlxalq dərəcəli güləş hakimlərinin sayı 24-ə çatıb
- 09.09.2026 [14:19]
“Araz-Naxçıvan”ın futbolçusu Burundi millisinə çağırılıb
- 09.09.2026 [13:59]
Naxçıvanı təmsil edən voleybol klubunun adı dəyişdirilib
- 09.09.2026 [13:32]
Azərbaycan paralimpiyaçısı dünya reytinqində 8-ci pilləyə yüksəlib
- 09.09.2026 [13:01]