Azərbaycanda regionun ən böyük DATA-mərkəzi istismara veriləcək
Bakı, 9 iyul, Xatirə Cəfərova, AZƏRTAC
Azərbaycanda regionun ən böyük Trier3 səviyyəli DATA-mərkəzi yaxın müddətdə istismara veriləcək.
Bu barədə AZƏRTAC-a Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, regionda ən iri məlumat işləmə mərkəzinin istismara verilməsi bir çox dünya internet nəhənglərinə, sosial şəbəkə operatorları və digər beynəlxalq kampaniyalara yerli ofislər açmağa imkan yaradacaq. DATA-mərkəzində quraşdırılan serverlər trafik generasiyasını sürətləndirəcək ki, bu da istifadəçilərin kontentə çıxışını asanlaşdıracaq, internet xidmətlərinin ucuzlaşmasına xidmət edəcək.
DATA-mərkəzi bulud servislərin populyarlaşmasına və bulud texnologiyalara keçid prosesini sürətləndirəcək. Mərkəz həmçinin regionun digər ölkələri və "Google", "Facebook" kimi böyük şirkətlərə xidmət göstərəcək.
Layihə BMT-nin İnkişaf Proqramının dəstəyi ilə reallaşdırılır. Məlumat emalı mərkəzi ümumi sahəsi min kvadratmetr olan sahədə yaradılıb. İlkin mərhələdə server şkafların sayı 200 ədəd, massivin həcmi 30 petabayt, verilənlərin ötürülmə sürəti saniyədə 10-100 qiqabit təşkil edəcək. Tələbatdan asılı olaraq, DATA-mərkəzin gücü artırılacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [21:25]
Bakı–Naxçıvan marşrutu üzrə bəzi reyslər hava şəraitinə görə təxirə salınıb
- 13.06.2026 [20:11]
Şamaxıda II Beynəlxalq Barbekü Festivalı başlayıb
- 13.06.2026 [18:33]
Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub VİDEO
- 13.06.2026 [16:27]
Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Mədəniyyət Günlərinin açılışı olub
- 13.06.2026 [13:13]
Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb
- 13.06.2026 [12:47]
Sabah Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağacaq
- 13.06.2026 [10:30]
AZAL Naxçıvana uçuşları bərpa edib
- 13.06.2026 [07:00]