Azərbaycanda stasionar rabitə şəbəkəsi tam olaraq elektronlaşıb
Bakı, 13 iyul, Xatirə Cəfərova, AZƏRTAC
Azərbaycanda stasionar rabitə şəbəkəsi tam elektronlaşıb. Ölkədə, artıq "IMS" (IP Multimedia Subsystem) texnologiyasının tətbiqinə başlanılıb. Bu texnologiya hazırda Beynəlxalq Əlaqələr və Hesablaşmalar Mərkəzi tərəfindən 594, 595 ATS-nin binasında quraşdırılır. Yeni stansiyalar çox böyük intellektual imkanlara malik olan bir platformadır və NGN-in verdiyi imkanlardan daha üstündür.
AZƏRTAC xəbər verir ki, rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini İltimas Məmmədovun sözlərinə görə, hazırda elektron ATS-lərin NGN texnologiyası ilə əvəz edilməsinə o qədər də böyük zərurət yoxdur. Bu, qeyri-rentabelli milyonlarla vəsait sərfiyyatı deməkdir. Elə yerlər var ki, orada mütləq NGN texnologiyasının tətbiqi lazımdır. Lakin hansısa kiçik qəsəbədə və ya adada buna ehtiyac yoxdur. Çünki bu sərmayə qoyuluşu sonda özünü doğrultmur və elektron ATS-lərin mövcud imkanları istifadəçiləri qane edir. Bu sahəyə yönəldilən vəsaitlər daha effektiv şəkildə, tam telefonlaşdırılmamış və ATS-lərin genişləndirilməsinə ehtiyac olan ərazilərə yönəldilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:46]
“Google” şirkətinin Bakı konfransına 1000-dən çox müraciət qeydə alınıb
- 25.08.2023 [18:21]