Azərbaycanda Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü qeyd olunacaqdır
Bakı, 14 may (AZƏRTAC). Mayın 17-də Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr edilmiş təntənəli mərasim keçirəcəkdir.
2006-cı il martın 26-da BMT Baş Assambleyası 17 may tarixini Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü elan edən qətnamə qəbul etmişdir. Bayramın tarixi 1865-ci il mayın 17-si, sonradan Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) adlanan Beynəlxalq Teleqraf İttifaqının yaradılması günü ilə bağlıdır.
Bu tarixin qeyd olunmasının əsas məqsədi internetdən və informasiya-kommunikasiya texnologiyalarından (İKT) istifadənin cəmiyyətlərə və ölkələrə verdiyi imkanlar barədə məlumat səviyyəsinin artırılmasına kömək etməkdir.
Bu il Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü 2009-cu ildə BTİ Şurası tərəfindən qəbul edilmiş və ötən ilin “İKT ilə daha yaxşı şəhərlər, daha yaxşı həyat” mövzusunun inkişafının davamı sayılan “Kənd yerlərində İKT ilə daha yaxşı həyat” şüarı altında qeyd olunur.
Builki mövzu kənd əhalisinin gələcəyini yaxşılaşdırmaq üçün İKT imkanlarından istifadə məqsədinə xidmət edir.
Kənd yerlərində İKT gəlirlərin formalaşdırılması, eləcə də yoxsulluq, sağlamsızlıq və savadsızlıqla mübarizə üçün daha geniş imkanlar təqdim edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [13:55]
® “Sabah Investment Group”un rəhbərliyi Acarıstana işgüzar səfər edib
- 09.09.2026 [13:23]
Baş katib: Azərbaycan bərpaolunan enerjiyə fəal investisiya yatırır
- 09.09.2026 [13:11]
TDT-nin Yaşıl Maliyyə Şurası əməkdaşlıq üzrə gündəliyini genişləndirib
- 09.09.2026 [13:06]