Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanı dünya çempionatında təmsil edəcək gimnastlar

Azərbaycanı dünya çempionatında təmsil edəcək gimnastlar

Bakı, 13 sentyabr, AZƏRTAC 

Azərbaycan Gimnastika Federasiyasının saytı bədii gimnastika üzrə 37-ci dünya çempionatı ərəfəsində idmansevərləri Azərbaycan təmsilçiləri ilə tanış edir. Dünya çempionatının qrup hərəkətləri proqramında Azərbaycanı Aliyə Paşayeva, Darya Sorokina, Ayşən Bayramova, Zeynəb Hümmətova və Diana Əhmədbəylidən ibarət komanda təmsil edəcək.

AZƏRTAC Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, hazırda Azərbaycan gimnastlarının bütün fikirləri, səyləri və vaxtı dünya çempionatına hazırlığa yönəlsə də, məşqlərinin necə keçməsi, bədii gimnastikanın onlar üçün nə demək olması və idmanın bu növünə necə gəlmələri barədə danışmaq üçün öz gərgin cədvəllərində vaxt tapa biliblər.

-İdmana necə gəldiniz və nə üçün məhz bədii gimnastikanı seçdiniz?

Aliyə Paşayeva: Bədii gimnastika ilə 2005-ci ildən məşğul oluram. Məni idmanın bu növünə valideynlərim veriblər. İstəyiblər ki, düzgün və gözəl qamətim olsun. Valideynlərin çoxu uşaqlarını gimnastikaya sağlamlıq baxımından verirlər, mənim valideynlərim peşəkar gimnast olacağımı heç vaxt düşünməyiblər. Belə demək olar ki, idmanın bu növünü özüm seçmişəm. Bədii gimnastikaya ilk dəfə televizorda baxmışam. O qədər xoşuma gəlib ki, özüm məşğul olmaq istəmişəm. Gimnastların gözəlliyi, alətlərlə icra etdikləri elementlər xoşuma gəlib. Çıxışlara tamaşa etmək çox maraqlı idi.

Diana Əhmədbəyli: Mənim valideynlərim də məni ümumi fiziki hazırlıq üçün gimnastikaya veriblər. Onda beş yaşım vardı. Əvvəlcə xoşuma gəlmədi. Mən bir qədər məşğul oldum və dayandırdım. Müəyyən vaxt keçəndən sonra başa düşdüm ki, yenə də məşğul olmaq istəyirəm. Odur ki, qayıtdım.

Darya Sorokina: Bədii gimnastikaya məni anam gətirdi. Uşaqlıqda kök idim, məşqçilər məni götürmək istəmirdilər. Mən çalışır - qaçır, mayallaq aşır, hərəkətlər icra edirdim. Arıqlayandan sonra məşqçilər dedilər ki, səndən gimnast çıxar. Beləcə, idmanda qaldım, bədii gimnastika ilə məşğul olmağa davam etdim.

Ayşən Bayramova: Məni məşğələlərə yeddi yaşında gətirdilər. Anam idmanı çox sevir, onun özü gimnast olmaq istəyib, lakin valideynləri onu idmana verməyiblər. Mən bacımla birlikdə məşq etməyə başladım, amma o, idmanı buraxdı. Mən isə davam etdirdim.

Zeynəb Hümmətova: Məni də gimnastikaya valideynlərim gətiriblər. O vaxtlar altı yaşım vardı. Çox qıvraq uşaq idim. Məşqçilərim deyirdilər ki, məndən gimnast çıxacaq. Məşq etmək özümün də xoşuna gəlirdi. Buna görə də qalmağı qərara aldım.

-Yəqin ki, hər biriniz üçün çıxışlarını izlədiyiniz və bənzəmək istədiyiniz bir kumir olub?

Aliyə Paşayeva: Kumirlərim olduğunu deyə bilmərəm, lakin bəzi gimnastların müəyyən cəhətləri xoşuma gəlir. Kimdəsə məqsədyönlülük görürəm, kiminsə zahiri gözəlliyi xoşuma gəlir. Məsələn, Anna Rizatdinova, Dayra Kondakova, habelə Alina Kabayevanın artistizmi xoşuma gəlir.

Zeynəb Hümmətova: Mən Anna Rizatdinovanın, Anna Bessonovanın və Alina Kabayevanın kompozisiyalarına baxmağı sevirdim.

Diana Əhmədbəyli: Gimnastikanın 2012-ci il Olimpiadasına hazırlıq siklinin olduğu dövrü sevirəm. Onda Darya Kondakova, Darya Dmitriyeva və Yevgeniya Kanayeva çox xoşuma gəlirdi, onlar mənim üçün idealdır. Anna Bessonova və Anna Rizatdinovanın çıxışları da xoşuma gəlirdi.

Ayşən Bayramova: Heç vaxt kumirim olmayıb. Hər bir gimnastı fərqləndirən cəhəti xoşuma gəlib: kiminin çevrilmələri yerinə yetirməsi, kiminin müvazinətini saxlaması, kiminin də artistizmi. Balaca olanda hamıdan çox Alina Kabayeva xoşuma gəlirdi, sonra artıq Anna Rizatdinova, Darya Dmitriyeva, Yevgeniya Kanayeva və Yana Kudryavtsevaya diqqət yetirdim.

Darya Sorokina: Əvvəllər israilli Neta Rivkindən xoşum gəlirdi. Səbəbini də deyə bilmirəm, lakin bu idmançının çıxışlarını maraqla izləyirdim. İndi Yekaterina Seleznyovadan xoşum gəlir.

- Əlbəttə, vaxtınızın çox hissəsini gimnastika alır, amma yəqin ki, başqa maraqlarınız, hobbiniz də var?

Aliyə Paşayeva: Etiraf edim ki, bundan o qədər də çox danışmıram. Sıxıldığıma görə yox, sadəcə, mənim iç dünyamla bağlıdır. Mən bəzən şeir yazıram. Mənəviyyatımı zənginləşdirməyi, mütaliə etməyi sevirəm.

Zeynəb Hümmətova: Mən də bəzən şeir yazıram, həm də əcnəbi dilləri öyrənməyi sevirəm.

Diana Əhmədbəyli: Əvvəllər musiqiyə maraq göstərirdim, gitara və fortepianoda çalmağı sevirdim. İndi vaxtımın çox hissəsi ev işlərinə gedir, həm də ingilis dilini öyrənirəm.

Ayşən Bayramova: Seriallara baxmağı sevirəm. Gəzmək, dostlarla görüşüb söhbət etmək xoşuma gəlir.

Darya Sorokina: Musiqi dinləmək və səyahət etmək mənim hobbimdir.

- Təhsiliniz barədə danışın, kim harada oxuyub, yaxud oxuyur?

Aliyə Paşayeva: Mən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirmişəm. Təhsilimi davam etdirmək planlarım var.

Zeynəb Hümmətova: Mən Bədən Tərbiyəsi və İdman Akademiyasının ikinci kursunda oxuyuram.

Diana Əhmədbəyli: Mən təhsilimi bitirmək üzrəyəm. Hazırda Akademiyanın üçüncü kursundayam.

Ayşən Bayramova: Mən də üçüncü kursa keçmişəm.

Darya Sorokina:11-ci sinfə keçmişəm. Komandanın ən kiçik üzvüyəm.

-Əlbəttə, indi sizin üçün əsas məsələ Bakıda dünya çempionatıdır. Yarışlara hazırlıq necə gedir?

Aliyə Paşayeva: Gəlin, hamının əvəzindən mən cavab verim. Düzünə qalsa, çox intensiv hazırlaşırıq. Tez-tez sınaq məşqləri olur. çünki adi dünya çempionatı deyil. Burada 2020-ci ilin Olimpiadasına lisenziyalar oynanılacaq. Bu da bizim üçün çox vacibdir. Odur ki, çempionata səylə hazırlaşırıq. Yarışlara çox az vaxt qalıb.

-Dünya çempionatındakı rəqiblər barədə nə deyə bilərsiniz?

Aliyə Paşayeva: ilk növbədə biz özümüz özümüzə rəqibik.

Diana Əhmədbəyli: Səliqəli çıxış edən komandalar yüksək qiymət alırlar. Buna görə də çox çalışmalıyıq ki, sabit çıxış edək.

-Özünüzü çıxışlara neçə kökləyirsiniz, həyəcanınızın öhdəsindən necə gəlirsiniz?

Aliyə Paşayeva: Çıxış zamanı həyəcanlanmamaq üçün ən azı məşqlərdə sabit çalışmaq lazımdır. Çıxışdan əvvəl həyəcan olur. Lakin başa düşməlisən ki, məşqlərdə bu proqramı azı yüz dəfə sabit yerinə yetirmisən. Deməli, yarışda lazımi səviyyədə çıxış etmək şansı daha yüksəkdir. Bu fikiri sakitləşdirir.

Ayşən Bayramova: Çıxışdan əvvəl yığışırıq, bir-birimizi dəstəkləyirik, stimullaşdırırıq. Şübhəsiz ki, məşqçimiz də bizi ruhlandırır.

-Sizcə, komanda üçün ən çox əhəmiyyət kəsb edən nədir?

Aliyə Paşayeva: Birlik, vahid komanda olmaq ən vacib məsələdir. Hamı bir nəfər, bir nəfər hamı üçün. Əgər heç olmazsa birimiz hamı üçün deyil, özü üçün olsa, onda çıxış alınmayacaq və bu da dərhal hiss olunacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan gimnastı Dünya Kubokunda qızıl medal qazanıb

Milli Məclisin sədri Qırğız Respublikasına səfər edib

Kamandan oxatma üzrə Superkubok yarışı başa çatıb

Türkiyə partiyasının lideri: Azərbaycanin müstəqilliyi bütün Türk dünyasının qürur mənbəyidir

Azərbaycan karateçiləri dünya çempionatında 5 medal qazanıblar

Türkiyəli rəsmilər Azərbaycanın Müstəqilliyinin Bərpası Günü münasibətilə təbriklərini çatdırıblar

Almaniyada fəaliyyət göstərən “Odlar Yurdu” boks klubunun üzvləri yerli turnirdə uğurla çıxış ediblər

Azərbaycan sumoçusu Bakıda keçirilən dünya çempionatında qızıl medal qazanıb VİDEO

Azərbaycan sumoçusu Bakıda keçirilən dünya çempionatında qızıl medal qazanıb VİDEO

Türkiyə Prezidenti Azərbaycanı Müstəqilliyin Bərpası Günü ilə əlaqədar təbrik edib

“Şahinlərin Görüşü - 2026” təliminin iştirakçıları Hərbi Qənimətlər Parkında olublar

Bakıda sumo üzrə dünya çempionatının açılışı olub VİDEO

Bakıda sumo üzrə dünya çempionatının açılışı olub VİDEO

Dolu düşəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

Mehmet Emir Aksoy: Azərbaycan Qafqazın parlayan ulduzu və milli iradənin rəmzidir

Gürcüstan DİN külli miqdarda narkotik və psixotrop maddələrin ölkəyə qanunsuz idxalının qarşısını alıb

Qobustanda Vətən müharibəsi şəhidinin xatirəsi yad edilib

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Şahin Bayramov: Dövlət müstəqilliyi xalqımızın ən böyük tarixi nailiyyəti, milli birliyimizin və gələcəyimizin başlıca təminatıdır

“Əl-Ərəbiyə”: Misir Milli Müdafiə Şurası Səudiyyə Ərəbistanına hərbi yardım göstərilməsi barədə qərar qəbul edib

Türkiyə Müdafiə Nazirliyi Azərbaycanı Dövlət Müstəqilliyinin Bərpası Günü münasibətilə təbrik edib

Ukrayna Silahlı Qüvvələri Rusiyanın hərbi məqsədli obyektlərinə hava zərbələri endirib

Zelenski: Rusiya atəşkəsdən sonra Ukraynanın enerji sektoruna 76 dəfə hücum edib

İranda müdafiə naziri vəzifəsinə yeni təyinat təsdiqlənib

Çempionlar Liqası: “Sabah” – “Borussiya Dortmund” matçının hakimləri bəlli olub

Sabahın hava proqnozu açıqlanıb

Vətən müharibəsinin xronikası: 18 oktyabr

Türkiyədə Azərbaycanın ünvanına təbriklər göndərilir

FHN: Lökbatanda anbarda baş vermiş yanğın söndürülüb

Azərbaycan və Özbəkistan həmkarlar ittifaqları arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

Bu saata olan əsas xəbərlər

Vahid geyim forması təlim-tərbiyə mühitində sosial bərabərliyi və nizam-intizamı gücləndirir

Fransada iğtişaşlar zamanı 855 nəfər saxlanılıb

Sankt-Peterburqa dron hücumu nəticəsində bir nəfər ölüb, xəsarət alanlar var YENİLƏNİB

Müstəqilliyin bərpasından 35 il ötür VİDEO

Müstəqilliyin bərpasından 35 il ötür VİDEO

Bakıda aktiv həyat tərzinin təbliğinə həsr olunan kütləvi yürüş keçirilib

Ülviyyə Zülfiqar: Azərbaycanın 35 illik müstəqillik tarixi güclü dövlətçilik ənənələrinin təntənəsidir

Azərbaycan Premyer Liqasında VIII tura 2 oyunla yekun vurulur

Hüquqşünas: Müstəqil və suveren Azərbaycanın qarşısında daha böyük hədəflər var

Azərbaycan güləş üzrə U-23 dünya çempionatında növbəti medallarını qazanıb

Azərbaycan xalqı öz dövlət müstəqilliyini əsrlər boyu apardığı mübarizənin nəticəsi olaraq bərpa edib - ŞƏRH

FHN: Xırdalanda baş verən yanğın tam söndürülüb, xəsarət alan olmayıb – YENİLƏNİB 2

Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir

Birinci vitse-prezident Mehriban Əliyeva Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib

Polşada 1500 NATO hərbçisinin iştirakı ilə təlimlər keçiriləcək

Tramp Rusiya əleyhinə sanksiyalarla bağlı qərarının dünyaya fayda verəcəyini bildirib

Rubio: Tramp İordan çayının qərb sahilində yeni gərginliyin yaranmasını istəmir

Fransada keçirilən aksiya zamanı 150 təhlükəsizlik əməkdaşı xəsarət alıb

Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq

Fransada iğtişaşçılar tarixi bələdiyyə binasını yandırıblar

Hindistanda kollecdə işıq dirəyi aşıb, ölənlər və yaralananlar var

CENTCOM: ABŞ Hərbi Dəniz Qüvvələri İranla əlaqəli 138 ticarət gəmisini ələ keçirib

Fransada iğtişaşların vurduğu ziyan qiymətləndirilir

Nyu-York metrosunda atışma: 1 nəfər öldürülüb

Pentaqon rəhbəri: İran Nüvə ambisiyalarından əl çəkməsə, məhv olacaq

Tramp İrana hücumları müdafiə etdi: "Orada bir az daha qala bilərik"

Moskva meri daha 25 dronun məhv edildiyini bildirib

DİN: “Qarabağ” – “Neftçi” matçında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb

Professor İradə Bağırovanın yubileyində Azərbaycan tarixinin aktual problemlərinə nəzər salınıb

İtaliyada Azərbaycanın Müstəqilliyinin Bərpasının 35-ci ildönümü qeyd olunub

İran Hörmüz boğazının açılması üçün ABŞ-yə 7 günlük plan təqdim edib: "Seçim Vaşinqtonundur"

Sözün tövbə qapısı və mənəvi ucalığın poeziya təntənəsi

Şahruddin Məhəmmədəliyev: 3:1-dən sonra da nəticəni dəyişəcəyimizə inanırdıq

Bundesliqa: “Bavariya” öz meydanında “Leypsiq”i darmadağın edib

Türkiyəli siyasətçi: Azərbaycan və Türkiyə bir-birindən ayrılmazdır

Fransada keçirilən aksiyalarda yüz minlərlə insan iştirak edib, nümayişlərdə zorakılıq halları qeydə alınıb YENİLƏNİB

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Şahin İsmayılov: Bakı Zirvə Görüşü Azərbaycanın Avrasiya məkanında birləşdirici rolunu bir daha nümayiş etdirdi

Nika Çitadze: Azərbaycan ilə Gürcüstan arasında əlaqələr təhsil sahəsində də uğurla inkişaf edir

Fransada dəmir yolu işçilərinə də tətil çağırışı edilib

Qurban Qurbanov: “Neftçi” və “Sabah” fərqli səviyyəyə yüksəlib

“Neftçi”nin baş məşqçisi: Artıq “Qarabağ” və “Sabah”dan çəkinmirik

İKTA internet operator və provayderləri üzrə şikayət hesabatını açıqlayıb

Ukrayna Silahlı Qüvvələrinin rəsmisi cəbhədəki son vəziyyət barədə məlumat açıqlayıb

Premyer Liqa: 6 qolun vurulduğu “Qarabağ" - "Neftçi" oyunu heç-heçə ilə bitib

Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar

PFL "Qarabağ”ı və “Neftçi”ni 1000-ci oyunlarına görə mükafatlandırıb

Azərbaycanın və Özbəkistanın ali təhsil müəssisələri arasında əməkdaşlıq genişlənir, 60-a yaxın sənəd imzalanıb

Media: İranın cənubunda partlayış səsləri eşidilib

Cüdo üzrə Naxçıvan birinciliyinin qalibləri bəlli olub

Bu saata olan əsas xəbərlər

QMİ-nin sədri G20 Dinlərarası Forum Assosiasiyasının İşçi qrupunun iclasında iştirak edib

"Borussiya Dortmund" "Sabah"la oyundan öncə Bundesliqada xal itirib

Gürcüstanda yaşayan azərbaycanlı müəllim: Azərbaycan dövləti bizə daim diqqət və qayğı göstərir

Hörmüz boğazında daha bir tanker minaya düşüb

Qazaxda 12 yaşlı qızı avtomobil vurub

Lənkəranda “Vətənə fəda olmuş sevgilər” adlı bədii kompozisiya təqdim edilib

“Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər” adlı kitabın təqdimatı olub

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib

“Öz yazarını seç” – onlayn səsverməyə start verilir

Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib

G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub

V.F.Ələsgərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İsveçdə uşaqlarına elektrik skuteri alan 30-dan çox valideyn məhkəmə qarşısına çıxarılıb

AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

Biləsuvarda ağır yol qəzası: iki nəfər ölüb, üç nəfər xəsarət alıb YENİLƏNİB

Etimadın möhkəmləndirilməsi və öhdəliklərə əməl olunması sülhün qorunması üçün əsas tələbdir - ŞƏRH