AZƏRBAYCANIN ALMANİYADAKI SƏFİRİ MÜHARİBƏ VETERANLARI İLƏ GÖRÜŞMÜŞDÜR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov mayın 9-da Berlində fəaliyyət göstərən “Azərbaycan Evi” Cəmiyyətində Almaniyada yaşayan İkinci Dünya müharibəsi veteranları ilə də görüşmüşdür.
Tədbirdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsi ehtiramla yad olunmuş, ulu öndərin xalqımız qarşısındakı xidmətlərindən bəhs olunmuşdur.
Səfir P.Şahbazov İkinci Dünya müharibəsində Azərbaycanın iştirakından və Qələbənin əldə edilməsinə verdiyi töhfələrdən danışmışdır. Sonra səfir veteranlara İkinci Dünya müharibəsinin bitməsinin ildönümünə həsr olunmuş medallar və qiymətli hədiyyələr təqdim etmişdir.
Veteranlar adından çıxış edən Cağatay Şıxzamanov onlara göstərdiyi diqqət və qayğıya görə minnətdarlığını bildirmişdir.
Sonda İkinci Dünya müharibəsində həlak olmuş və Berlinin Pankov rayon qəbiristanlığında dəfn edilmiş azərbaycanlı əsgərlərin məzarları ziyarət edilmiş, üzərinə gül-çiçək dəstələri qoyulmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [09:10]
Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə yola düşüb
- 07.06.2026 [20:12]