AZƏRBAYCANIN BAŞ NAZİRİ İORDANİYA NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞMÜŞDÜR
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Baş naziri Artur Rasizadə iyulun 17-də İordaniya Silahlı Qüvvələrinin Birləşmiş Qərargah rəisləri Komitəsinin sədri Xalid Cəmil Əl-Sarayrah başda olmaqla bu ölkənin nümayəndə heyəti ilə görüşmüşdür.
Azərbaycan hökumətinin başçısı siyasət sahəsində ikitərəfli əlaqələrin yüksək səviyyədə olmasını vurğulayaraq hərbi sahədə də münasibətlərin genişləndirilməsinin zəruri olmasını qeyd etmişdir. Azərbaycanın iqtisadi sahədə uğurları, ölkədə bərqərar olmuş ictimai-siyasi sabitlik barədə qonaqlara məlumat verən Baş nazir vurğulamışdır ki, Azərbaycan torpaqlarının işğalına, dinc əhalinin doğma yurdundan qovulmasına gətirib çıxarmış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməməsi əsas problem kimi qalır.
İordaniya Silahlı Qüvvələrinin Birləşmiş Qərargah rəisləri Komitəsinin sədri azərbaycanlı həmkarı ilə aparılmış danışıqlar haqqında Azərbaycanın Baş nazirinə məlumat verərək qeyd etmişdir bu danışıqlarda qarşılıqlı təcrübə mübadiləsi, hərbi qulluqçuların hazırlıq kurslarının keçirilməsi və ümumiyyətlə, bu sahədə əməkdaşlığın genişləndirilməsi barədə razılaşmalar əldə edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:25]
“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”
- 13.06.2026 [14:28]
Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb
- 13.06.2026 [13:13]
Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb
- 13.06.2026 [11:27]
Azərbaycan və Bolqarıstan enerji sahəsində əməkdaşlığı genişləndirir
- 13.06.2026 [10:48]