AZƏRBAYCANIN BAŞ NAZİRİ KLİVLEND ŞƏHƏRİNƏ GƏLMİŞDİR
AZƏRTAC-ın Vaşinqtondakı xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Baş naziri İlham Əliyev ABŞ-ın Klivlend şəhərinə gəlmişdir. Səfərdən məqsəd Klivlend klinikasında müalicə olunan Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevi ziyarət etməkdir. Baş nazir İlham Əliyevin Bakıya gələn həftə dönəcəyi gözlənilir.