Azərbaycanın daimi nümayəndəsi etimadnaməsini BMT-nin Cenevrə bölməsinin Baş direktoruna təqdim edib
Cenevrə, 24 avqust, AZƏRTAC
Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi səfir Qalib İsrafilov etimadnaməsini BMT-nin Cenevrə bölməsinin Baş direktoru Tatyana Valovayaya təqdim edib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın daimi nümayəndəsi səfir Qalib İsrafilov avqustun 24-də BMT-nin Cenevrə şəhərindəki bölməsinin qərargahında təşkilatın Baş direktoru Tatyana Valovayaya ilə görüşüb.
Təşkilatın Baş direktoru Azərbaycanın daimi nümayəndəsinin etimadnaməsini qəbul edib.
BMT-nin Cenevrə bölməsinin rəsmi internet səhifəsində Azərbaycanın daimi nümayəndəsi Qalib İsrafilovun indiyədək olan diplomatik fəaliyyəti barədə ətraflı məlumat yerləşdirilib.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Cenevrə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.08.2026 [13:38]
Azərbaycan səfiri etimadnaməsini Qazaxıstan Prezidentinə təqdim edib
- 18.08.2026 [13:43]
Rusiya səfiri Azərbaycan XİN-ə çağırılıb
- 17.08.2026 [17:33]
Bakıda İndoneziyanın müstəqilliyinin 81-ci ildönümü qeyd edilib
- 15.08.2026 [15:17]