AZƏRBAYCANIN DÖVLƏT SƏRHƏDİ ETİBARLI MÜHAFİZƏ OLUNUR
DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a verilən məlumata görə, cari ilin ilk ayında dövlət sərhədinin mühafizəsi zamanı 19 halda dövlət sərhədinin pozulmasının qarşısı alınmış, nəticədə on iki Gürcüstan, üç Azərbaycan və iki İran vətəndaşı sərhəd pozucusu qismində tutulmuş, sərhəd rejimi qaydalarını pozduqlarına görə 37 Azərbaycan vətəndaşı saxlanılmışdır.
Qeyri-leqal miqrasiyaya qarşı mübarizədə saxta sənədlə 6 Özbəkistan, 4 Qırğızıstan, 5 Azərbaycan, 3 Pakistan, Moldova və İran, başqasına məxsus sənədlə 2 Azərbaycan, 2 Rusiya, 1 Gürcüstan və 1 Pakistan vətəndaşı, müvafiq sənədləri olmadığına görə 62 nəfər müxtəlif ölkə vətəndaşları, həmçinin vizalarının olmamasına görə 21 Malayziya, 8 Çin, 6 Nigeriya, 4 Sinqapur, 4 Filippin, 2 İran, 3 Banqladeş, 2 Hindistan, 3 Cənubi Koreya, 1 Trinidad və Tobaqo, 1 Livan, 1 Böyük Britaniya və 1 İsrail vətəndaşı saxlanılmışdır.
Şübhəli şəxs qismində yaxalanan 2 Pakistan, 1 Seneqal, 1 Gürcüstan və 1 Rusiya vətəndaşı barəsində müvafiq tədbirlər görülmüşdür.
Yanvar ayı ərzində 7 min ABŞ dollarının, 190 min İİR rialının, 740 qutu müxtəlif markalı siqaretin, 74 ədəd peyk teleqəbuledicisinin, 495 metr parçanın, 5 ədəd (4.666 AZN dəyərində) zinət əşyasının, 230 litr benzinin, 920 ədəd oyun disklərinin və 35 baş iribuynuzlu heyvanın sərhəddən qeyri-qanuni keçirilməsinin qarşısı alınmışdır.