REGİONLAR
Azərbaycanın hər bir guşəsinin özünəməxsus gözəlliyi vardır
![Azərbaycanın hər bir guşəsinin özünəməxsus gözəlliyi vardır](/files/2014/3/1200x630/1409930067173326309_1200x630.jpg)
Bu fikirləri tur-aksiyanın iştirakçısı, Qazax rayonunun Daş Salahlı kənd tam orta məktəbinin şagirdi Reyhan Bayramova AZƏRTAC-a müsahibəsində bildirib.
Səfərlə bağlı təəssüratlarını bölüşən Qazax məktəblisi daha sonra deyib: “Mən Şəkidə heç vaxt olmamışam. Qədim tarixə malik olan bu diyar haqqında kitablar vasitəsilə xeyli məlumat almışam. Ancaq indi öz gözlərimlə gördüm. Buranın təbiəti insana qeyri-adi stimul verir. Hər kəsə bura gəlməyi və bu gözəl yerləri görməyi məsləhət görərdim. Həqiqətən Azərbaycanın bütün guşələri gözəldir. Ulu Öndərimizin dediyi kimi: “Mən fəxr edirəm ki, Azərbaycanlıyam”.