Azərbaycanın “İz...Qala” ekran əsəri “Xarkov payızı” III Beynəlxalq qısametrajlı filmlər festivalında nümayiş etdiriləcəkdir
Bakı, 11 may (AZƏRTAC). Tanınmış Azərbaycan rejissoru Şamil Əliyevin “İz...Qala” qısametrajlı filmi mayın 15-dən 19-dək Ukraynada keçiriləcək “Xarkov payızı” III Beynəlxalq qısametrajlı filmlər festivalının əsas müsabiqəsində iştirak edəcəkdir.
AZƏRTAC xəbər verir ki, müsabiqədə 6 ölkəni - Azərbaycan, ABŞ, Fransa, Belarus, Rusiya və Ukraynanı təmsil edən 49 rejissorun filmləri nümayiş olunacaqdır.
Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Salnamə” studiyasında çəkilmiş “İz...Qala” filmi 2010-cu ildə Kann kinofestivalında, bu ilin əvvəlində isə Nyu-Yorkda qısametrajlı filmlər festivalının əsas müsabiqəsində iştirak etmişdir.
Ekran əsərinin ssenari müəllifi Nadir Bədəlov, operatoru Elşən Əliyev, rəssamı Rafis İsmayılov, bəstəkarı Elmir Mirzəyevdir.
Film nadir etnoqrafik-antropoloji mədəniyyət abidəsi olan Bakıətrafı Qala qəsəbəsi haqqındadır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [14:00]
Madriddə MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışı olub
- 09.09.2026 [13:17]
Lənkəranın turizm imkanları media nümayəndələrinə təqdim olunub
- 09.09.2026 [11:20]
Malayziyada keçirilən festivalda Azərbaycan mədəniyyəti təbliğ edilib
- 09.09.2026 [11:19]
Azərbaycanın ilk milli baleti “Qız qalası” yenidən səhnədə
- 09.09.2026 [10:33]
Aleksandr Şarovski - görkəmli teatr xadimi, böyük ustad
- 08.09.2026 [22:07]