Azərbaycanın qadın cüdoçulardan ibarət yığma komandası ilin sonuncu təlim-məşq toplanışını keçirir
Bakı, 29 dekabr, AZƏRTAC
Azərbaycanın qadın cüdoçulardan ibarət yığma komandası ilin sonuncu təlim-məşq toplanışını keçirir.
AZƏRTAC xəbər verir ki, Bakıda “Atilla” idman klubunda təşkil olunan hazırlıq prosesinə dekabrın 12-də start verilib. Hazırlığı dekabrın 7-9-da keçirilmiş Azərbaycan kuboku yarışının qalib və mükafatçıları, həmçinin milli komandanın aparıcı heyətinin üzvləri də qatılıblar.
Cüdoçuların hazırlığında əsas məqsəd gələn ilin yanvar ayının sonundan etibarən başlayacaq beynəlxalq turnirlərdə onların yüksək səviyyədə iştirakını təmin etməkdir. Hazırlıq prosesində respublikamızın müxtəlif bölgələrindən olan cüdoçular peşəkar məşqçilərin rəhbərliyi altında texniki göstəricilərini getdikcə təkmilləşdirirlər. Yüksək səviyyədə təşkil olunan təlim-məşq toplanışında idmançıların hazırlığı üçün hər bir şərait yaradılıb. İdmançıların sağlam qidalanması və asudə vaxtın səmərəli təşkili gündəlikdə yer alan əsas məsələlərdəndir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [13:27]
UEFA-dan Əliyar Ağayeva növbəti təyinat
- 13.10.2026 [13:23]
Azərbaycan Avropa Stolüstü Tennis Birliyinin konqresində təmsil olunur
- 13.10.2026 [13:11]
Azərbaycanlı hakim Avropa Liqasının oyununa təyinat alıb
- 13.10.2026 [12:50]
“Real Madrid”dən ayrılan Daniel Karvahal “Xetafe”yə keçib
- 13.10.2026 [12:03]
Gəncədə Beynəlxalq Şahmat Festivalı start götürüb
- 13.10.2026 [12:02]
“İmişli” klubu baş məşqçisi ilə yollarını ayırıb
- 13.10.2026 [11:15]