AZƏRBAYCANIN QADINLARDAN İBARƏT OTÜSTÜ XOKKEY KOMANDASI NÖVBƏTİ QƏLƏBƏSİNİ QAZANMIŞDIR
AZƏRTAC xəbər verir ki, aprelin 15-də Bakıda Otüstü Xokkey Kompleksində qadınlar arasında Olimpiya seçmə turniri çərçivəsində növbəti oyunlar keçirilmişdir.
Turnir çərçivəsində Azərbaycan komandası Belarus xokkeyçilərini qəbul etmişdir. Oyunun birinci hissəsində qapılara top vurulmasa da, həmvətənlərimiz üstünlüyü əldən verməmiş və rəqib komandaya qarşı inamlı mübarizə aparmışlar. İkinci hissədə isə Azərbaycan xokkeyçilərinin hücumları qarşısında duruş gətirə bilməyən Belarus komandası məğlubiyyətlə barışmalı olmuşdur. Beləliklə, yığmamız 3:0 hesabı ilə rəqib komandaya qalib gələrək, üstünlüyünü son anadək qoruyub saxlaya bilmişdir.
Qeyd edək ki, Azərbaycanın qadınlardan ibarət otüstü xokkey üzrə yığma komandası turnir çərçivəsində Çili və Keniya millilərinə də məğlubiyyətin acısını yaşatmışdır.
Günün digər qarşılaşmalarında isə İspaniya xokkeyciləri Ukrayna klubunu 3:1, Çili millisi isə Keniya təmsilçilərini 5:0 hesabı ilə məğlub etmişlər.
Aprelin 16-da Azərbaycan yığmasının rəqibi turnirin ən aparıcı komandası olan İspaniya yığması olacaqdır. Digər oyunlar isə Ukrayna ilə Çili və Belarus komandası ilə Keniya xokkeyçiləri arasında keçiriləcəkdir.
Turnirə aprelin 20-də yekun vurulacaqdır və qalib komanda Pekin Olimpiadasına lisenziya əldə edəcəkdir.
######

MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [12:46]
“Sumqayıt”ın müdafiəçisi əməliyyat olunub
- 12.06.2026 [12:16]
“Şəfa” “Qəbələ”dən ayrılan futbolçunu heyətinə qatıb
- 12.06.2026 [12:14]
Emiliano Martines dünya çempionatında Argentinaya kömək edə biləcək
- 12.06.2026 [11:52]
Qurban Qurbanov dünya çempionatındakı favoritini açıqlayıb
- 12.06.2026 [11:44]
Meksika millisinin futbolçusu dünya çempionatlarının tarixinə düşüb
- 12.06.2026 [11:04]