Gələn ildən futbolçuların müqavilələrinə sərbəstqalma bəndinin daxil edilməsi məcburi olacaq
Bakı, 12 iyun, AZƏRTAC
FIFA beynəlxalq transfer sistemi ilə bağlı yeni qaydalar çərçivəsində bütün peşəkar futbolçuların müqavilələrinə sərbəstqalma bəndinin daxil edilməsini nəzərdə tutur.
AZƏRTAC xəbər verir ki, hazırda əsasən İspaniyada tətbiq olunan bu qayda digər milli assosiasiyalarda da tətbiq olunacaq. Yeniliyə əsasən, futbolçu ilə klub arasında imzalanacaq hər bir peşəkar müqavilədə oyunçunun transferi üçün nəzərdə tutulan sərbəstqalma bəndi göstərilməlidir.
Qeyd edək ki, dəyişikliklər FIFA, Beynəlxalq Peşəkar Futbolçular Assosiasiyaları Federasiyası (FIFPro), Avropa Klublar Assosiasiyası (ECA), Dünya Liqalar Assosiasiyası (WLA) və UEFA arasında aparılan müzakirələrdən sonra hazırlanıb. Yeni transfer qaydalarının 2027-ci ilin əvvəlindən tətbiq edilməsi planlaşdırılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [20:01]
Azərbaycan Beynəlxalq Xizək Konqresində təmsil olunub
- 12.06.2026 [18:28]
Azərbaycanı Dünya Kubokunda 8 boksçu təmsil edəcək
- 12.06.2026 [18:09]
Çövkən üzrə Azərbaycan millisi dünya çempionatının finalına vəsiqə qazanıb
- 12.06.2026 [18:06]
Azərbaycan klubu bütün legioner voleybolçuları ilə vidalaşıb
- 12.06.2026 [17:46]
Atletika üzrə Azərbaycan çempionatı start götürüb
- 12.06.2026 [16:00]
Dünya çempionatının fərdi mükafatları ictimaiyyətə təqdim olunub
- 12.06.2026 [15:38]
Rəşad Sadıqov: Braziliya millisi çempionluğa əsas namizəddir
- 12.06.2026 [15:36]