CƏMİYYƏT
Azərbaycanın səhiyyə işçiləri peşə bayramlarını qeyd etmişlər
![Azərbaycanın səhiyyə işçiləri peşə bayramlarını qeyd etmişlər](/files/2014/2/1200x630/1408712272750915476_1200x630.jpg)
Bakı, 17 iyun (AZƏRTAC). İyunun 17-də Azərbaycanın səhiyyə işçilərinin peşə bayramı münasibəti ilə səhiyyə naziri Oqtay Şirəliyevin rəhbərliyi ilə geniş kollegiya iclası keçirilmişdir.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, tədbiri giriş sözü ilə acan nazir O.Şirəliyev tibb işçilərini bayram münasibətilə təbrik etmiş, onlara işlərində uğurlar arzulamışdır.
Tibb işçilərinin bu bayramı ulu öndər Heydər Əliyevin 2001-ci il 4 iyun tarixli Sərəncamı əsasında qeyd etdikləri diqqətə çatdırılmış. Eyni zamanda, son illərdə səhiyyənin idarə olunması, tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, yeni tibbi texnologiyaların tətbiqi, köklü kadr islahatları istiqamətində həyata keçirilmiş tədbirlərdən danışılmışdır. Qeyd edilmişdir ki, Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində 500-dən artıq yeni tikilmiş və ya əsaslı təmirdən çıxmış tibb müəssisəsi ən müasir avadanlıqlarla təmin olunmuşdur.
Kollegiyada, həmçinin səhiyyənin kardiocərrahiyyə, sümük iliyinin transplantasiyası, irsi qan xəstəlikləri kimi prioritet sahələrində qazanılmış uğurlardan da danışılmışdır.
Daha sonra kollegiya katibi bir qrup səhiyyə işçisinin “Tərəqqi” medalı və fəxri adlarla təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamlarını oxumuşdur.
Tədbirin sonunda bir sıra tibb işçisinə mükafat və hədiyyələr təqdim edilmişdir.