Azərbaycanın sərbəst güləşçiləri dünya çempionatında mübarizəyə qoşulublar
Bakı, 15 avqust, AZƏRTAC
Braziliyanın Salvador şəhərində keçirilən güləş üzrə gənclər arasında dünya çempionatı davam edir.
Çempionatda Azərbaycanın sərbəst güləş üzrə yığma komandası da mübarizə aparır.
AZƏRTAC xəbər verir ki, sərbəst güləşçilərin yarışında böyük məşqçi Əsgərxan Novruzov və məşqçi Rövşən Hacıyevin rəhbərliyi ilə Arif Hüseynov (50 kq), Mahir Əmiraslanov (55 kq), Cahid Həsənzadə (60 kq), Teymur Məmmədov (66 kq), Murad Süleymanov (74 kq), Məhəmmədrəsul Qazıməhəmmədov (84 kq), Nurməhəmməd Hacıyev (96 kq) və Səid Həmidov (120 kq) iştirak edirlər.
Çempionatın beşinci günündə 50, 60, 74 və 96 kiloqram çəki dərəcəsində güləşçilər yarışırlar.
Xatırladaq ki, yunan-Roma güləşçilərinin mübarizəsində Azərbaycan idmançıları 1 qızıl (Murad Məmmədov, 55 kq), 2 gümüş (Kərim Cəfərov, 60 kq), İslam Abbasov, 84 kq) və 1 bürünc (Ruhin Mikayılov, 66 kq) medal qazanıblar. Yığmamız çempionatı komanda hesabında ikinci sırada başa vurub.
Gənc qızların yarışında isə yığmamız 2 qızıl (Türkan Nəsirova, 44 kq), Leyla Qurbanova, 51 kq), 2 gümüş (Raqnetta Qurbanzadə, 63 kq), (Səbirə Əliyeva, 72 kq) və 1 bürünc (Elis Manolova, 67 kq) medal qazanaraq komanda hesabında Yaponiyadan sonra ikinci sırada qərarlaşıb.