Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCANIN TARİXİNDƏ MÜHÜM HADİSƏ

Məclisin AŞPA-dakı daimi nümayəndə heyətinin başçısı İlham Əliyevin Avropa Şurası Parlament Assambleyasının sədr müavini və Büro üzvü seçilməsi deputatlar arasında böyük əks-səda doğurmuşdur. AZƏRTAC-ın müxbiri Milli Məclisin deputatları Əli Abbasov, Bəxtiyar Əliyev və Əli Hüseynovdan, habelə isveçrəli deputat Andreas Qrossdan qısa müsahibələr almışdır. Həmin müsahibələri oxuculara təqdim edirik. 

ƏLİ ABBASOV: Mən cənab İlham Əliyevin AŞPA-nın sədr müavini seçilməsini bütün Azərbaycan xalqının, Azərbaycan diplomatiyasının qələbəsi kimi səciyyələndirirəm. Bu, bir tərəfdən ölkəmizdə aparılan hüquqi islahatların, demokratik quruculuğun, beynəlxalq təşkilatlarda Azərbaycanın nüfuzunun artmasının, digər tərəfdən isə şəxsən İlham Əliyevin hərtərəfli fəaliyyətinin nəticəsidir. İlham Əliyevin bu vəzifəyə seçilməsi son iki ildə bizim deputat qrupunun fəaliyyətinə AŞ deputatlarının verdiyi yüksək qiymət kimi başa düşülməlidir. İlham Əliyevin təkcə rəsmi çıxışları, gördüyü işlər deyil, həm də özünə xas olan şəxsi və diplomatik keyfiyyətləri AŞ-da onun nüfuzunun artmasına səbəb olmuşdur.

O, boş yerə vaxt sərf etmir, sessiyaya gələrkən dəqiq iş planı tutur, həm özünə, həm də deputatlara tələbkarlıqla yanaşır. İlham Əliyev işləməyi sevir və bizdən də işgüzarlıq tələb edir.

İlham Əliyevin AŞPA-nın sədr müavini seçilməsi Azərbaycan diplomatiyasının qarşısında nə kimi perspektivlər aça bilər?

Birincisi, ilk dəfədir ki, Azərbaycandan olan siyasətçi belə bir qurumun rəhbərliyində təmsil olunur. Bu isə özlüyündə ölkəmiz üçün yeni imkanlar yaradır. İkincisi, İlham Əliyevin yeni vəzifəsi AŞPA-nın bəzi yığıncaqlarına onun sədrlik etməsinə, Büro iclaslarında əsas məsələlərin hazırlanmasında bilavasitə iştirakına, müəyyən məsələlərə təsir göstərməyə, müdaxilə etməyə imkan yaradır. Bir sözlə, nümayəndə heyətimizin başçısı İlham Əliyevin yeni vəzifəsi deputatlarımızın AŞPA-dakı fəaliyyətinə yeni təkan verəcəkdir.

BƏXTİYAR ƏLİYEV: Azərbaycan nümayəndə heyətinin başçısı İlham Əliyevin bu beynəlxalq qurumun sədr müavini və Büro üzvü seçilməsi hamımızı sevindirir. Adətən, sədr müavinləri bir il müddətinə seçildiyi halda, İlham Əliyevin iki ildən artıq müddətə bu vəzifəyə seçilməsi Azərbaycan üçün böyük hadisədir. Bu müddət ərzində onun ölkəmizi narahat edən bir çox məsələlərə istər Büroda, istərsə də AŞPA-nın sessiyalarında münasibət bildirməsinə əlverişli şərait yaradacaqdır.

İndiyə qədər Azərbaycan nümayəndə heyəti müəyyən məsələləri qaldırırdı. Lakin onlara baxılarkən Azərbaycan nümayəndə heyəti orada təmsil olunmadığından, ikili standartlarla qarşılaşırdıq. İndi isə vəziyyət dəyişmişdir.

Cənab İlham Əliyevin düzgün müəyyən etdiyi taktika və strategiyanın nəticəsidir ki, qaldırdığımız məsələlərə artıq AŞPA-nın rəhbərliyi və deputatları tərəfindən rəğbətlə yanaşılır. Onlar bizim haqq işimizə dəstək verməyə başlayırlar. Eyni zamanda, demək istəyirəm ki, AŞPA-nın indiki sessiyasının ilk iclasında İlham Əliyev sabitlik faktı ilə bağlı dərin məzmunlu çıxış etdi və nəhayət, Ermənistanın ölkəmizin ərazisini işğal etməsini AŞPA-nın rəsmi olaraq öz sənədlərində qeyd etməsi faktını açıqladı. Bu onu göstərir ki, respublikamızın işğal altında olan ərazisinin sülh yolu ilə qaytarılmasının, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılmasının və məcburi köçkünlərin öz doğma yerlərinə qayıtmasının vaxtı çatıbdır. Bu, nəinki Azərbaycanda, ümumən Avropada həm sabitliyin, həm də demokratiyanın inkişafına xidmət etmiş olar. Yeni ilin bizim üçün belə uğurla başlaması gələcəkdə Azərbaycan dövlətinin və xalqının mənafeyinə uyğun qərarların qəbul ediləcəyinə böyük inam yaradır.

ƏLİ HÜSEYNOV: AŞPA-nın qış sessiyasının ilk iclasında Azərbaycan parlamenti nümayəndə heyətinin başçısı İlham Əliyevin sədr müavinlərindən biri seçilməsi həm Avropa Şurası, həm də Azərbaycan üçün mühüm bir hadisədir.

1993-cü ildən bəri Prezident Heydər Əliyevin hüquqi dövlət quruculuğu sahəsində gördüyü işlərin məntiqi nəticəsi olaraq, ölkəmizin AŞ-yə üzv qəbul edilməsi tarixi bir hadisə idi. Azərbaycan AŞ-yə daxil olduqdan sonra İlham Əliyevin rəhbərliyi ilə görülən işlər müasir Azərbaycan tarixinin və diplomatiyasının ən uğurlu səhifələridir. Xüsusi vurğulamaq istəyirəm ki, AŞPA-nın sədr müavinləri deputatlar arasında böyük nüfuz qazanmış şəxslərdən ibarətdir. Bu baxımdan cənab İlham Əliyevin sədr müavini seçilməsi qanunauyğun haldır. Çünki AŞ artıq onu tanınmış siyasətçi, uzaqgörən diplomat, insan hüquqlarını və demokratik dəyərləri yüksək qiymətləndirən bir insan kimi qəbul etmişdir. Onun fəaliyyətinin AŞ-yə verdiyi şəxsi töhfələr öz layiqli qiymətini alıbdır. Bu mühüm hadisə bir daha onu sübut etdi ki, Azərbaycan bu iki il ərzində AŞ-nin bütün sınaqlarından şərəflə çıxıbdır.

Nümayəndə heyətinin başçısı İlham Əliyevin AŞPA-dakı fəaliyyətinə kölgə salmaq cəhdləri olmuşdur. Hələ ölkəmiz AŞ-yə üzv qəbul olunmaq ərəfəsində müxalifət buna mane olmağa səy göstərirdi. Amma heç nəyə nail ola bilmədilər. Bu gün Azərbaycandakı radikal müxalifət və xaricdəki düşmənlərimiz, xüsusilə ermənilər bilməlidirlər ki, heç vaxt öz məqsədlərinə çatmayacaqlar, əksinə, bizim bu cür nailiyyətlərimiz hələ çox olacaqdır.

ANDREAS QROSS: Həmkarımız cənab İlham Əliyevin AŞPA-nın sədr müavini seçilməsi məni sevindirir. Mən bilirəm ki, sədr müavini olmağın özü bir şərəfdir. Qeyd etmək istəyirəm ki, bu elə prosesdir ki, hər ölkənin nümayəndəsi sədr müavini seçilir və bu həmin ölkə üçün bir fəxrdir. Bu şərəfə Avropa Şurası Parlament Assambleyasında ölkəsi üçün çox işlər görən deputatlar nail olurlar. Bu mənada deputatlar arasında böyük nüfuz qazanmış İlham Əliyevin həmin vəzifəyə seçilməsini ürəkdən qəbul edir və alqışlayıram.

Dünən AŞPA-nın iclasını mən idarə edirdim. Hər iki Əliyevi yaxşı tanıdığımdan, artıq özünü layiqli diplomat kimi göstərmiş cənab İlham Əliyevə məmnuniyyətlə səs verdim. Bununla da qəlbən Azərbaycan vətəndaşları ilə birgə olduğumu bir daha sübut etdim. Bu, həqiqətən belədir.

Əlbəttə, yeri düşəndə tənqid də lazımdır. Tənqidin özü ölkənin xeyrinə bir xidmətdir. Mənim fikrimcə, qərəzli fikirləri gizlədib, əvəzində başqa şey danışmaq daha qorxuludur, daha pisdir.

Mən cənab İlham Əliyevi bir daha qəlbən təbrik edirəm.

Əsgər Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Strasburq

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İyunun 14-ü Ümumdünya Qan Donoru Günüdür

15 İyun Türk dünyasının strateji birliyinə aparan yolun başlanğıcı oldu - ŞƏRH

Konqoda Eboladan ölənlərin sayı 149-a çatıb

Floridada helikopter qəzaya uğrayıb, dörd nəfər xəsarət alıb

ABŞ-dən İrana dəniz blokadası: 141 ticarət gəmisi ələ keçirilib

Dünya çempionatı: Braziliya millisi xal itirib

Kaluqa hava limanı fəaliyyətini dayandırıb

Ralf Ranqnik Avstriya millisi ilə yeni müqavilə imzalayıb

Şimali Koreyadan ABŞ-yə cavab: Nüvə dövləti olaraq qalacağıq

İsveçrə yığması dünya çempionatları tarixində ilk penalti qolunu vurub

“Axios”: ABŞ və İran arasında atəşkəsi uzadacaq virtual memorandum hazırlanır

Dünya çempionatı: Qətər son dəqiqə qolu ilə bir xal qazanıb

Tbilisidə 11 əvvəl baş vermiş təbii fəlakət qurbanlarının xatirəsi anılıb

DİN: “Son zəng” tədbirləri yüksək təhlükəsizlik şəraitində başa çatıb

MDU beynəlxalq reytinqdə ilk dəfə iştirak edib, ölkə üzrə 12-ci yerdə qərarlaşıb

Makron Versal sarayında Trampın şərəfinə rəsmi qəbul təşkil edəcək

BDU-da cari tədris ilini ən yüksək ÜOMG ilə bitirən məzunların adları açıqlanıb

Tovuzda ağır yol qəzası olub, ölən var

Belfastda irqi ayrı-seçkiliyə qarşı aksiyaya minlərlə insan qatılıb

Naxçıvanda ildırım düşməsi nəticəsində yanğın baş verib

Marneulidə “Qurtuluşdan Zəfərə” adlı tədbir təşkil olunub

Azərbaycanda daha çox hansı qan qruplarına ehtiyac olur?

15 İyun xalqın strateji seçimi idi – ŞƏRH

Azərbaycan Avropa Olimpiya Komitələrinin Baş Assambleyasında təmsil olunub

Şahin İsmayılov: Milli Qurtuluş Günü müdrik xalqımızın Ümummilli Liderinə yüksək ehtiramının ifadəsidir

Bakı–Naxçıvan marşrutu üzrə bəzi reyslər hava şəraitinə görə təxirə salınıb

Milli Qurtuluş Günü - Azərbaycan dövlətçiliyinin xilası və inkişaf yolunun başlanğıcı

ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır

Azərbaycan avarçəkənləri Dünya Kubokunda medal qazanıblar

Zaqatalada 2 nəfəri ilan sancıb, onlardan 1-i ölüb

On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər

Heydər Əliyev adına Hərbi Liseyin 26-cı buraxılış mərasimi olub

Şamaxıda II Beynəlxalq Barbekü Festivalı başlayıb

Bu saata olan əsas xəbərlər

Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb

Yeni Azərbaycan Partiyası ilə “Belaya Rus” Partiyası arasında Qarşılıqlı Anlaşma və Əməkdaşlıq Memorandumu imzalanıb

15 İyun siyasi iradənin bərpası, planlı inkişafın və uzunmüddətli strategiyanın başlanğıcıdır – ŞƏRH

Atletika üzrə Azərbaycan çempionatına yekun vurulub

Azərbaycan atleti Nazim Babayev karyerasını bitirib

Dünya çempionu olan çövkən üzrə Azərbaycan millisi mükafatlandırılıb

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq

Elm və təhsil naziri azad Kəlbəcərin ilk məzununun "Son zəng" tədbirində iştirak edib

TADDEF sədrinin müavini: Türkiyədə Heydər Əliyevin xatirəsini sevgi və ehtiramla anırlar

Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub VİDEO

Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub VİDEO

İstedadlı şagirdlərimiz riyaziyyat və məntiq üzrə ASPIRE olimpiadasının qalibi olublar

“Köklərdən inkişafa doğru”: Bakıda “Nine Senses Fest – 2026” festivalı davam edir

Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas edildiyi tarix kimi xalqımızın yaddaşında əbədi yaşayacaq – ŞƏRH

Otuz üç ildən sonra Horovluda “Son zəng” çalınıb

Qazax-Tovuz regionunda 6678 şagird məzun olub

YAP Sədrinin müavini ilə Ulusal Birlik Partiyasının Sədri arasında görüş olub

Paytaxt məktəblərində “Son zəng” tədbirləri təşkil olunub

“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Naxçıvanda 3698 şagird məzun olub VİDEO

Naxçıvanda 3698 şagird məzun olub VİDEO

Şəkidə Milli Qurtuluş Günü ilə əlaqədar tədbir təşkil olunub

BŞTİ-nin rəhbərliyi məzunları təbrik edib

Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib

“Türkiyənin Süni İntellekt üzrə 2026-2030-cu illər üçün Fəaliyyət Planı” açıqlanıb

Mil-Muğan regionu üzrə 4841 şagird məzun olub

Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub

Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib

Qaxda sərbəst güləş üzrə turnirdə 40 yeniyetmə idmançı mübarizə aparıb

Laçın şəhər məktəbində “Son zəng” sevinci: 11 şagird məzun oldu

Türk ölkələrinin gəncləri Almatıda ekoloji aksiya keçiriblər

Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Mədəniyyət Günlərinin açılışı olub

Qələbənin yetişdirdiyi ilk məzunlar: Xıdırlıda unudulmaz gün - FOTOLAR VİDEO

Qələbənin yetişdirdiyi ilk məzunlar: Xıdırlıda unudulmaz gün - FOTOLAR VİDEO

Şuşada TDT ölkələrinin rəqabət siyasəti üzrə əməkdaşlığı müzakirə olunub, Birgə Kommünike imzalanıb VİDEO

Şuşada TDT ölkələrinin rəqabət siyasəti üzrə əməkdaşlığı müzakirə olunub, Birgə Kommünike imzalanıb VİDEO

Lənkəran və Astara məktəblərində “Son zəng” çalınıb

Bu il 193 nömrəli tam orta məktəbdən 120 şagird məzun olub

Şuşada çalınan “Son zəng” 16 məzunu müstəqil həyata səsləyib VİDEO

Şuşada çalınan “Son zəng” 16 məzunu müstəqil həyata səsləyib VİDEO

Şəki şəhər Kimya-biologiya təmayüllü liseyin məzunları “Son zəng”in sevincini yaşayıblar

İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib

Britaniyada Kral III Çarlzın rəsmi ad günü qeyd olunur - FOTOLAR

TDT Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclasında birgə kommünike qəbul olunub VİDEO

TDT Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclasında birgə kommünike qəbul olunub VİDEO

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üstelin iştirakı ilə mətbuat konfransı təşkil olunub

Vüqar Rəhimzadə: Qurtuluşdan başlanan yol Azərbaycanı yeni zirvələrə və qələbələrə aparacaq

Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib

Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb

Azərbaycan Universitetində Milli Qurtuluş Günü qeyd olunub

Ünal Üstel: Azərbaycanda ortaq mədəniyyətimiz və gələcəyimiz naminə çalışırıq

Xankəndi, Xocalı və Ağdərə məktəblərində 60 məzun üçün “Son zəng” çalınıb VİDEO

Xankəndi, Xocalı və Ağdərə məktəblərində 60 məzun üçün “Son zəng” çalınıb VİDEO

Bakıda “RobotChallenge 2026” texnologiya yarışı start götürüb

Ağdam məktəbinin builki tək məzunu: Öz ata-baba yurdumda məzun olmaq böyük qürurdur VİDEO

Ağdam məktəbinin builki tək məzunu: Öz ata-baba yurdumda məzun olmaq böyük qürurdur VİDEO

Türkiyəyə 16 ölkədə axtarışda olan 90 nəfər ekstradisiya olunub

Ağcabədidə tam orta təhsil səviyyəsini bitirən 1466 məzun üçün “Son zəng” çalınıb

Avropa İttifaqı Ukrayna və Moldova ilə üzvlük danışıqlarına başlayır

Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb

Son illərdə ölkədə qan donorlarının sayı davamlı şəkildə artır VİDEO

Son illərdə ölkədə qan donorlarının sayı davamlı şəkildə artır VİDEO

Sabah Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağacaq

Ağdam şəhərində 33 il sonra “Son zəng” çalınıb

Milli Qurtuluş Günü müasir Azərbaycanın siyasi, iqtisadi və ideoloji dayağıdır - ŞƏRH

Bu il 102 nömrəli tam orta ümumtəhsil məktəbindən 150 şagird məzun olub VİDEO

Bu il 102 nömrəli tam orta ümumtəhsil məktəbindən 150 şagird məzun olub VİDEO

Birol Küle: Türk dövlətləri son illərdə iqtisadi inkişaf nümayiş etdirirlər VİDEO

Birol Küle: Türk dövlətləri son illərdə iqtisadi inkişaf nümayiş etdirirlər VİDEO

Nazir müavini: Gənclərin texnologiyaların yalnız istifadəçisi deyil, həm də yaradıcısı olmağını istəyirik

Türkiyə millisi dünya çempionatında mübarizəyə başlayır

Bu saata olan əsas xəbərlər

Ankarada “Səda” musiqi kurslarının hesabat konserti təşkil edilib

Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlza

Füzuli şəhər məktəbində “Son zəng” sevinci VİDEO

Füzuli şəhər məktəbində “Son zəng” sevinci VİDEO