Azərbaycanın U-17 komandası “FA of Moldova Cup” turnirinin qalibidir
Bakı, 14 may (AZƏRTAC). 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Kişinyovda təşkil olunmuş “FA of Moldova Cup” turnirinin qalibi olmuşdur.
AZƏRTAC xəbər verir ki, yığmamız mayın 14-də turnirdə son oyununu keçirmişdir. Futbolçularımız moldovalı həmyaşıdları ilə qarşılaşmış və oyunda hesab açılmamışdır.
Beləliklə, 3 oyundan 5 xal toplayan yığmamız turniri birinci pillədə başa vurmuşdur.
Xatırladaq ki, futbolçularımız ilk oyunda Litva yığmasını 2:1 hesabı ilə məğlub etmiş, Rumıniya komandası ilə oyun isə heç-heçə yekunlaşmışdı - 0:0.
Oyun başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilmişdir. Yığmamızın üzvləri - Əyyub Əliyev və Orxan Əliyev müvafiq olaraq “Ən yaxşı qapıçı” və “Ən yaxşı hücumçu” adına layiq görülmüşlər.
Sonda turnirin qalibi üçün nəzərdə tutulmuş Kubok futbolçularımıza təqdim olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [14:57]
“Kəpəz”in kapitanı məşq zamanı zədələnib
- 09.09.2026 [14:39]
Azərbaycanda beynəlxalq dərəcəli güləş hakimlərinin sayı 24-ə çatıb
- 09.09.2026 [14:19]
“Araz-Naxçıvan”ın futbolçusu Burundi millisinə çağırılıb
- 09.09.2026 [13:59]
Naxçıvanı təmsil edən voleybol klubunun adı dəyişdirilib
- 09.09.2026 [13:32]
Azərbaycan paralimpiyaçısı dünya reytinqində 8-ci pilləyə yüksəlib
- 09.09.2026 [13:01]