Azərbaycanın voleybol hakimi “Fənərbağça”nın oyununa təyinat alıb
Bakı, 20 noyabr, AZƏRTAC
Avropa Voleybol Konfederasiyası növbəti dəfə azərbaycanlı hakimlərə etimad göstərib.
Azərbaycan Voleybol Federasiyasından (AVF) AZƏRTAC-a verilən məlumata görə, beynəlxalq dərəcəli referi Eldar Zülfüqarov və AVF-nin Kommunikasiya şöbəsinin koordinatoru Nərgiz İsmayılova avrokubok yarışlarına təyinat alıblar.
E.Zülfüqarov kişi voleybolçular arasında Çempionlar Liqasının B qrupunda “Fənərbağça” (Türkiyə) və “Montsa” (İtaliya) komandalarının matçında ikinci hakim olacaq. Qarşılaşmanın əsas referisi isə yunanıstanlı Vasileyos Vasileyadisdir. Matç Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
N.İsmayılova isə bu gün Çempionlar Liqasının E qrupunda baş tutacaq “Levski” (Bolqarıstan) və “Lünebur1” (Almaniya) komandalarının oyununda hakimlərin işinə qiymət verəcək. Bu görüşün start fiti isə saat 22:00-da səslənəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [20:01]
Azərbaycan Beynəlxalq Xizək Konqresində təmsil olunub
- 12.06.2026 [18:28]
Azərbaycanı Dünya Kubokunda 8 boksçu təmsil edəcək
- 12.06.2026 [18:09]
Çövkən üzrə Azərbaycan millisi dünya çempionatının finalına vəsiqə qazanıb
- 12.06.2026 [18:06]
Azərbaycan klubu bütün legioner voleybolçuları ilə vidalaşıb
- 12.06.2026 [17:46]
Atletika üzrə Azərbaycan çempionatı start götürüb
- 12.06.2026 [16:00]
Dünya çempionatının fərdi mükafatları ictimaiyyətə təqdim olunub
- 12.06.2026 [15:38]
Rəşad Sadıqov: Braziliya millisi çempionluğa əsas namizəddir
- 12.06.2026 [15:36]