Azərbaycanın voleybol yığmalarının Avropa Liqalarındakı rəqibləri bəlli olub
Bakı, 19 noyabr, AZƏRTAC
Azərbaycanın voleybol üzrə kişi və qadınlardan ibarət yığmalarının Qızıl və Gümüş Avropa Liqalarındakı rəqibləri müəyyənləşib.
Azərbaycan Voleybol Federasiyasından (AVF) AZƏRTAC-a verilən məlumata görə, reytinq cədvəlində 19-cu olan qadınlardan ibarət yığma Macarıstan, Sloveniya, Slovakiya, Monteneqro, Rumıniya və Xorvatiya ilə üz-üzə gələcək.
Siyahıda 37-ci yerdə olan kişi komandası isə Gürcüstan, İsveç, Macarıstan, Lüksemburq, Avstriya və Farer adaları ilə eyni qrupa düşüb.
Qadınların yarışında 12 ölkənin milli komandası, kişilərin mübarizəsində isə 8 ölkənin seçməsi mübarizə aparacaq. Reqlamentə əsasən, Gümüş Avropa Liqasında bir turnir cədvəli olacaq və ilk 2 yeri tutan komandalar finala vəsiqə qazanacaqlar. Final oyunları ev-səfər sistemi ilə keçiriləcək. Qızıl Avropa Liqasında da bir turnir cədvəli olacaq. Burada isə ilk 4 yeri tutan yığmalar “dördlər finalı”na yüksələcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [20:01]
Azərbaycan Beynəlxalq Xizək Konqresində təmsil olunub
- 12.06.2026 [18:28]
Azərbaycanı Dünya Kubokunda 8 boksçu təmsil edəcək
- 12.06.2026 [18:09]
Çövkən üzrə Azərbaycan millisi dünya çempionatının finalına vəsiqə qazanıb
- 12.06.2026 [18:06]
Azərbaycan klubu bütün legioner voleybolçuları ilə vidalaşıb
- 12.06.2026 [17:46]
Atletika üzrə Azərbaycan çempionatı start götürüb
- 12.06.2026 [16:00]
Dünya çempionatının fərdi mükafatları ictimaiyyətə təqdim olunub
- 12.06.2026 [15:38]
Rəşad Sadıqov: Braziliya millisi çempionluğa əsas namizəddir
- 12.06.2026 [15:36]