Azərbaycanlı alim Ayn-Şəms Universitetinin fəxri professoru diplomu ilə təltif olunub
Bakı, 25 aprel, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) ekologiya və torpaqşünaslıq fakültəsinin ekoloji kimya kafedrasının əməkdaşı, dosent Təranə Əliyeva Misir Ərəb Respublikasının Ayn-Şəms Universitetinin fəxri professoru diplomu ilə təltif olunub.
BDU-dan AZƏRTAC-a bildiriblər ki, diplomu T.Əliyevaya Ayn-Şəms Universitetinin professoru, ekoloji kimya üzrə mütəxəssis Haşem Elkassas təqdim edib. BDU-nun əməkdaşının bu uğuru onun səmərəli fəaliyyətinin bəhrəsidir.