Azərbaycanlı alimlər Beynəlxalq Mühəndislik Akademiyasının rəhbər heyətində təmsil olunurlar
Bakı, 19 fevral, AZƏRTAC
Moskvada Beynəlxalq Mühəndislik Akademiyasının (BMA) geniş tərkibdə hesabat-seçki yığıncağı keçirilib. Hesabat yığıncağında BMA-nın prezidenti akademik Boris Qusev hesabat məruzəsi ilə çıxış edib. Məruzə ətrafında müzakirələr aparılıb.
Azərbaycan Mühəndislik Akademiyasından AZƏRTAC-a bildirilib ki, vitse-prezident akademik Əhəd Canəhmədov Akademiyada görülən işlər haqqında məruzə ilə çıxış edib.
Müzakirələr yekunlaşdıqdan sonra BMA-nın rəhbərliyinə gizli seçkilər aparılıb. Beynəlxalq Mühəndislik Akademiyasına yenidən yekdilliklə akademik Boris Qusev prezident seçilib.
Azərbaycandan Azərbaycan Mühəndislik Akademiyasının Prezidenti akademik Arif Paşayev yekdilliklə Beynəlxalq Mühəndislik Akademiyasının vitse-prezidenti seçilib. Akademik Əhəd Canəhmədov BMA-nın Prezidentlər Şurasının üzvü seçilib.
Yekunda BMA-ya yeni həqiqi və müxbir üzvlər seçkisi aparılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [17:45]
Etnik yaddaşın izi: Qərbi Azərbaycan folkloru və coğrafi adlar
- 09.06.2026 [17:20]
Qəbələ və Şamaxı rayonlarında geoloji monitorinq aparılır
- 09.06.2026 [17:13]
MEK-də kitabxana sisteminin gələcək inkişaf istiqamətləri açıqlanıb
- 09.06.2026 [17:12]
Landşaft-ekoloji dəyişmələr üzrə elmi tədqiqatlar aparılır
- 09.06.2026 [17:10]
Azərbaycan və türk xalqlarının ovçu folkloru: janrlar və mifoloji təfəkkür
- 09.06.2026 [16:07]