Azərbaycanlı alimlərin məqaləsi nüfuzlu beynəlxalq elmi jurnalda dərc olunub
Bakı, 24 may, AZƏRTAC
Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) elm və inkişaf məsələləri üzrə prorektoru Anar Eminovun, biznes idarəçiliyi fakültəsinin dekanı Anar Mirzəyevin, Bakı Mühəndislik Universitetinin elmi işlər üzrə prorektoru Elçin Süleymanovun və Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunun direktoru Yadulla Həsənlinin elmi araşdırmaları beynəlxalq “İqtisadi araşdırmalar” elmi jurnalının son sayında işıq üzü görüb.
ATMU-dan AZƏRTAC-a bildirilib ki, məqalə “Azərbaycanda iqtisadiyyatın təşkilində və inkişafında təhsilin rolu” sərlövhəsi ilə dərc olunub. ATMU gənc tədqiqatçıların və doktorantların digər ali təhsil müəssisələri ilə birgə tədqiqatlarının təşkilində və aparılmasında onlara kömək göstərilməsini, yazılan dissertasiyaların keyfiyyəti, elmi məqalələrin təcrübi əhəmiyyəti və nüfuzlu beynəlxalq jurnallarda çapı kimi məsələləri diqqət mərkəzində saxlayır. Bu istiqamətdə həyata keçirilən silsilə tədbirlər ATMU-nun tədqiqatyönümlü universitetə çevrilməkdə iddialı olan ali təhsil müəssisələri arasında aparıcı mövqedə qərarlaşmasına xidmət edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:36]
Paytaxt məktəblərində “Son zəng” tədbirləri təşkil olunub
- 13.06.2026 [17:04]
BŞTİ-nin rəhbərliyi məzunları təbrik edib
- 13.06.2026 [15:31]
Bu il 193 nömrəli tam orta məktəbdən 120 şagird məzun olub
- 13.06.2026 [14:21]
Azərbaycan Universitetində Milli Qurtuluş Günü qeyd olunub
- 13.06.2026 [11:45]
Paytaxtın 53 nömrəli məktəbində 187 nəfər məzun olub VİDEO
- 13.06.2026 [10:53]