AZƏRBAYCANLI DİRİJOR SANKT-PETERBURQDA KEÇİRİLƏN BEYNƏLXALQ MUSİQİ FESTİVALINDA İŞTİRAK ETMİŞDİR
AZƏRTAC xəbər verir ki, mayın 25-də Sankt-Peterburqda "Musiqi Olimpi" XIII beynəlxalq musiqi festivalının açılışı olmuşdur. Şəhərin məşhur konsert salonlarından olan Ermitaj Teatrında keçirilən tədbirdə gənc azərbaycanlı dirijor, beynəlxalq müsabiqələr laureatı, Prezident təqaüdçüsü Eyyub Quliyev də iştirak etmişdir. Ermitaj Dövlət simfonik orkestri onun dirijorluğu ilə çıxış etmişdir. E.Quliyev bu festivala dəvət almış ilk azərbaycanlı dirijordur.
Konsertdə A.Petrov, L.Bethoven, S.Prokofyev, P.Şpor, F.Martenin müxtəlif instrumental əsərləri səslənmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [12:50]
Azərbaycan-Rumıniya mədəni əməkdaşlığının inkişafı müzakirə olunub
- 11.06.2026 [12:23]
Azərbaycanın da təmsil olunduğu İstanbul Opera və Balet Festivalı başa çatıb
- 11.06.2026 [12:20]
Keçmişin izi ilə: Şəmkirin “balaca Almaniya”sına səyahət VİDEO
- 11.06.2026 [11:14]