MƏDƏNİYYƏT
Azərbaycanlı tarzənin Ərdəbil şəhərində ilk solo konserti keçirilib
Bakı, 17 yanvar, AZƏRTAC
Azərbaycanın Xalq Artisti, Dövlət mükafatı laureatı, “Şöhrət” və “Şərəf” ordenli tarzən Ramiz Quliyevin Ərdəbil şəhərində ilk solo konserti keçirilib.
AZƏRTAC xəbər verir ki, konsertdə tarzəni tanınmış pianoçu Eta Etminan və zərb ifaçısı Əmir Əli Nəbi müşayiət ediblər. Tarzənin ifasında həm Azərbaycan klassik, həm də müasir bəstəkarların əsərlərindən nümunələr təqdim olunub. Bununla yanaşı, proqramda Azərbaycan klassik muğamları, xalq mahnıları və Qərb bəstəkarlarının əsərləri də yer alıb.
Anşlaqla keçən konsert proqramı bir daha dinləyicilərin Azərbaycan milli musiqisi və tar ifaçılığına olan sevgisini göstərib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.06.2023 [11:42]
Azərbaycan bəstəkarının dərsliyi Almaniyada nəşr olunub
- 19.06.2023 [07:12]
Azərbaycanlı vokalçı beynəlxalq müsabiqədə çıxış edəcək
- 03.04.2023 [15:26]
“Şuşanın tanınmış soyları”: Mirzə Sadıqcan
- 03.04.2023 [15:14]
Filarmoniyada Abonement konsertlər təşkil edilib
- 30.03.2023 [15:25]
Qara Qarayevin 105 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib
- 30.03.2023 [14:57]