“AZERFON” “MƏNƏ ZƏNG ET” YENİ XİDMƏTİNİ TƏQDİM ETMİŞDİR
“Azerfon” MMC (“Nar Mobile” ticarət nişanı) “Mənə zəng et” yeni xidmətini təqdim etmişdir.
Şirkətdən AZƏRTAC-a bildirmişlər ki, tamamilə pulsuz olan “Mənə zəng et” xidməti balansında zəng üçün kifayət qədər vəsaiti olmayan abonentləri mobil rabitə ilə təmin etmək məqsədilə yaradılmışdır. Bu xidmətdən istifadə etmək üçün *767#(ölkədaxili hər hansı GSM operatorun kodu yığılan abonentin nömrəsi)#YES şifrəsini yığmaq kifayətdir. Abonent birləşmənin təşəbbüskarına zəng etmək xahişi ilə bildiriş mesajı alacaqdır. Bu xidmətdən “Nar Mobile” öncədən ödənişli tarif planların istifadəçiləri faydalana bilər.
“Mənə zəng et” xidməti həm “Nar Mobile”, həm də digər yerli mobil operatorların abonentlərinə zəng etmək xahişini göndərmək imkanını yaradır.