İQTİSADİYYAT
“Azeri Light” markalı neftin bir barelinin qiyməti 91,71 dollar olub
![“Azeri Light” markalı neftin bir barelinin qiyməti 91,71 dollar olub](/files/2023/3/1200x630/16982147566344259612_1200x630.jpg)
Bakı, 25 oktyabr, AZƏRTAC
Dünya bazarında Azərbaycan neftinin qiyməti ucuzlaşıb.
AZƏRTAC xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 3,83 dollar azalaraq 91,71 dollar olub.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.
Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 faizdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.07.2024 [13:57]
Bu ilin birinci yarımilliyində metrodan 5,3 faiz çox sərnişin istifadə edib
- 03.07.2024 [13:11]
Rəqabət Məcəlləsinin tətbiqi barədə seminar keçirilib
- 03.07.2024 [13:00]
® ABB-nin Hava Limanındakı xidmət ofisi filial kimi fəaliyyətə başlayıb!
- 03.07.2024 [12:42]
Növbəti hərracda 6 nəqliyyat vasitəsi satılıb
- 03.07.2024 [12:11]