“Azəriqaz” ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi arasında növbəti işçi görüşü olub
Bakı, 10 noyabr, AZƏRTAC
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə “Azəriqaz” İB arasında növbəti işçi görüşü keçirilib.
İB-dən AZƏRTAC-a bildirilib ki, görüşdə ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov, nazirliyin digər struktur bölmələrinin rəhbər şəxsləri, “Azəriqaz”ın baş direktoru Ruslan Əliyev və Birliyin digər məsul şəxsləri iştirak ediblər. Görüş zamanı respublika ərazisində ətraf mühitin, xüsusilə meşə sahələrinin qorunması və onların bərpası məqsədilə meşə sahələrinə yaxın yerləşən, təbii qazdan istifadə etməyən yaşayış məntəqələrində mərhələli şəkildə müvafiq infrastrukturun qurulması istiqamətində birgə fəaliyyətin təşkil olunması, bu yönümdə perspektiv fəaliyyət planının hazırlanması məsələləri geniş müzakirə edilib.