Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

“Azərsu” ASC: Hədəf hər bir yaşayış məntəqəsinin 24 saat keyfiyyətli içməli su ilə təchizatına nail olmaqdır

“Azərsu” ASC: Hədəf hər bir yaşayış məntəqəsinin 24 saat keyfiyyətli içməli su ilə təchizatına nail olmaqdır

Bakı, 5 iyun, AZƏRTAC

Məhdud şirin su ehtiyatlarına malik Azərbaycanda əhalinin içməli su təminatı həmişə aktual olub. Abşeron yarımadasında içməli su problemini həll etmək üçün hələ bir əsr əvvəl Şollar kimi tanınan Birinci Bakı su kəməri çəkilib. SSRİ vaxtında yeni mənbələrin və infrastrukturun yaradılması ilə su çatışmazlığından əziyyət çəkən yaşayış məntəqələrinin problemləri mərhələlərlə həll edilib. Ümummilli lider Heydər Əliyevin 1969-cu ildə respublika rəhbərliyinə gəlişindən sonra içməli su təsərrüfatında ciddi dönüş yaranıb.

Azərbaycanın əksər rayon mərkəzlərində mərkəzləşdirilmiş içməli su və kanalizasiya şəbəkələrinin qurulması məhz ötən əsrin 70 və 80-ci illərinə təsadüf edir. Həmin dövrdə Ulu Öndərin nəzarəti altında bölgələrdə yeni su mənbələri yaradılıb, sugötürücü və sutəmizləyici qurğular, su anbarları, nasos stansiyaları tikilib, magistral kəmərlər və paylayıcı şəbəkələr quraşdırılıb.

Heydər Əliyevin memarı olduğu əsas su layihəsi isə Kür su kəmərləri sistemidir. 1960-cı illərin ortalarında inşasına başlanmış bu layihənin reallaşdırılması müxtəlif səbəblərdən yubanırdı. 1969-cu ilin ikinci yarısında Ulu Öndər həm sutəmizləyici qurğuların, həm də Kür-Bakı magistral su kəmərinin tikintisinin qısa müddətdə başa çatdırılması üçün Moskva qarşısında məsələ qaldırdı. SSRİ rəhbərliyinin bu müraciətə müsbət cavab verməsi ilə Kür su kəmərləri sisteminin tikintisində canlanma yarandı. Heydər Əliyevin təşəbbüsü ilə layihənin ümumxalq tikintisinə çevrilməsi, ölkənin əksər tikinti və sənaye müəssisələrinin bu işə cəlb olunması nəticəsində Kür su kəmərləri sisteminin birinci növbəsi üzrə 30 aya görülməli işlər 4 aya başa çatdırıldı və 1970-ci ilin sentyabrında Bakı Kür suyunu qəbul etdi. Ceyranbatan sutəmizləyici qurğularının 3-cü mərhələsinin inşası da ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, məhsuldarlığı saniyədə 2,22 kubmetr olan qurğu Ulu Öndərin rəhbərliyi ilə 1978-ci ildə istismara verildi.

Paytaxt Bakının tullantı su infrastrukturunun inkişafını nəzərdə tutan “Böyük kanalizasiya” layihəsinin işlənib hazırlanması və reallaşdırılması da 1970-80-ci illərə təsadüf edir. Ulu Öndərin birbaşa nəzarəti altında həmin dövrdə Azərbaycanın ən böyük çirkab sutəmizləyici qurğusu olan Hövsan Aerasiya Stansiyası, həmçinin bu gün də paytaxtda yaranan tullantı sularının kənarlaşdırmasında arteriya rolunu oynayan “Sənaye zonası”, “Şəhərkənarı” və “Sahil” kollektorları inşa edildi.

Ulu öndər Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi məsul vəzifəyə irəli çəkiləndən sonra da Azərbaycanda həyata keçirilən su və kanalizasiya layihələrini daim nəzarətdə saxlayırdı. 1980-ci ildə inşasına başlanmış Kür su kəmərlərinin ikinci növbəsinin mərhələlərlə 1984-cü və 1986-cı illərdə tamamlanaraq istismara verilməsində Azərbaycan xalqının müdrik oğlunun əməyi danılmazdır.

Ulu Öndər 1993-cü ildə xalqın təkidli tələbilə yenidən hakimiyyətə qayıtdıqdan sonra içməli su təchizatının yaxşılaşdırılmasını yenə də diqqət mərkəzində saxladı. Azərbaycanda siyasi sabitlik bərqərar edildikdən sonra beynəlxalq maliyyə qurumlarından su sektoruna kredit cəlbi ilə bağlı danışıqlara başlandı. Danışıqların nəticəsi olaraq Dünya Bankı ilə Avropa Yenidənqurma və İnkişaf Bankı “Böyük Bakının su təchizatı sisteminin yenidən qurulması layihəsi”nə güzəştli şərtlərlə 88,7 milyon dollar kredit ayırdı. 1998-ci ildə icrasına başlanılan layihə çərçivəsində Kür və Ceyranbatan sutəmizləyici qurğularının bir hissəsi yenidən quruldu, bununla da təmizlənən suyun keyfiyyət göstəriciləri standartlara uyğunlaşdırıldı.

Bakı şəhəri və Abşeron yarımadasının su təchizatında müstəsna əhəmiyyət daşıyan Oğuz-Qəbələ-Bakı su kəmərinin ideya müəllifi də ulu öndər Heydər Əliyevdir. Məhz onun rəhbərliyi ilə 2002-ci ilin dekabrında bu məsələ hökumət səviyyəsində müzakirə edildi və yeni su kəmərinin tikintisi üzrə araşdırmalara başlanıldı.

Ulu Öndərin göstərişi ilə texniki iqtisadi əsaslandırması hazırlanmış Oğuz-Qəbələ-Bakı su kəməri layihəsinin aktiv tikinti fazası Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirildi. 2007-ci ilin martında təməli qoyulan kəmərin inşası Dövlət Neft Fondundan maliyyələşdirildi. Prezident İlham Əliyev bir neçə dəfə tikinti sahəsinə səfər edərək inşaat işlərini şəxsən nəzarətdə saxladı. Tikintisinin böyük bir hissəsi mürəkkəb relyefdə aparılan kəmər 2010-cu ilin dekabrında istismara verildi.

Məhz bu kəmərin, eləcə də digər mənbələrin imkanlarından istifadə etməklə bu gün Bakı şəhərində xidmət göstərilən əhalinin 78,3 faizi fasiləsiz içməli su ilə təmin edilir.

Əhalinin həyat səviyyəsinin yüksəldilməsini və insanların sağlamlığını prioritet elan etmiş Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan Dövlət proqramlarında içməli su təchizatı və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması ilə bağlı genişmiqyaslı tədbirlər öz əksini tapıb və artıq onların böyük bir hissəsi həyata keçirilib.

Bakı şəhəri və bütövlükdə Abşeron yarımadasında su təchizatı və kanalizasiya sektorunda görüləcək işlərin və Dövlət Proqramının icrasının səmərəliliyini artırmaq məqsədilə 2035-ci ilədək perspektiv inkişaf nəzərə alınmaqla su təchizatı, kanalizasiya sistemləri və yağış sularının idarə olunması üçün Master Plan hazırlandı. 18 bölmədən ibarət sənəddə su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması, sektorun institusional və normativ bazasının təkmilləşdirilməsi, təmizlənmiş tullantı sularının təkrar istifadəsi, ekoloji tarazlıq və digər amillər əsas götürülüb. Master Plana uyğun olaraq, 550 kilometr magistral, 8100 kilometr paylayıcı su xətlərinin, həcmi 1 milyon 150 min kubmetr olan su anbarlarının, 150 kilometri tunel tipli olmaqla, 680 kilometr kanalizasiya kollektorlarının, 6400 kilometr kanalizasiya şəbəkəsinin, 900 kilometr yağış kollektorlarının və məhsuldarlığı sutkada 1 milyon 400 min kubmetr olan 11 çirkab sutəmizləyici qurğunun tikintisi layihələndirilib.

Master Planın su təchizatı bölməsinin ən böyük layihəsi olan Ceyranbatan ultrasüzgəcli sutəmizləyici qurğunun tikintisi yekunlaşmaq üzrədir. 2011-ci ilin sentyabrında təməli Prezident İlham Əliyev tərəfindən qoyulan layihə çərçivəsində Ceyranbatan gölündən suyun götürülməsi təmin edilib, subölüşdürücü kameranın, anbarların, yardımçı infrastrukturun tikintisi yekunlaşıb, qurğunun işə salınması üçün son hazırlıqlar aparılır. Eyni zamanda, 84 kilometr uzunluğunda Ceyranbatan-Balaxanı-Ramana-Qala-Zirə magistral kəmərinin, həmçinin içməli suyun optimal paylanması məqsədilə kəmərin marşrutu boyu layihələndirilmiş Abşeron, Saray, Balaxanı, Ramana, Qala və Zirə anbarlarının tikintisi yekunlaşıb.

Məhsuldarlığı saniyədə 6 kubmetr olan Ceyranbatan ultrasüzgəcli sutəmizləyici qurğunun istismara verilməsi ilə Abşeron yarımadasında 1 milyondan artıq insanın su təchizatı əsaslı şəkildə yaxşılaşacaq, yarımadanın şərq hissəsində mərkəzləşdirilmiş su şəbəkəsinə qoşulmayan qəsəbələrin və yeni yaşayış massivlərinin içməli su problemi həllini tapacaq.

Bakı şəhərinin şərq hissəsinin içməli su təchizatında müstəsna əhəmiyyət daşıyan “69 Şərq” və “110 Şərq” anbar komplekslərində həyata keçirilən əsaslı yenidənqurma işləri nəticəsində Bakının Nizami, Xətai, Suraxanı və Sabunçu rayonlarının böyük hissəsi fasiləsiz rejimdə içməli su ilə təmin edilib. Dövlətimizin başçısının əhalinin fasiləsiz su təminatı ilə bağlı tapşırığına uyğun olaraq, 1000-dən artıq binanın daxili su təchizatı sistemləri yenidən qurulub, hər bir mənzil smart-kart tipli sayğacla təmin edilib.

Beləliklə, son illər görülmüş işlər nəticəsində Abşeron yarımadasında 260 min nəfər ilk dəfə mərkəzləşdirilmiş qaydada içməli su ilə təmin edilib və fasiləsiz su alanların sayı 900 min nəfərdən, 2 milyon 40 min nəfərə çatdırılıb.

Abşeron yarımadasında kanalizasiya infrastrukturunun inkişafı istiqamətində də mühüm tədbirlər həyata keçirilir. Ötən müddətdə yeni kollektor və xətlərin, çirkab sutəmizləyici qurğuların tikintisi, mövcud xətlərin rekonstruksiyası, göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində əhəmiyyətli addımlar atılıb. İnnovativ texnologiyalardan istifadə edilməklə Bayıl-Bibiheybət-Lökbatan, Xocasən-Binəqədi- Xırdalan, Bilgəh-Pirşağı, Dərnəgül-Balaxanı-Qaraçuxur-Zığ tunel tipli kanalizasiya kollektorlarının tikintisinə başlanılıb. Artıq 13,2 kilometr uzunluğunda Bayıl-Bibiheybət-Lökbatan kollektorunun tikintisi yekunlaşıb və Bayıl buxtasına axıdılan tullantı suların qarşısı tam alınıb. Eyni zamanda, Sumqayıt, Buzovna və Şüvəlan çirkab sutəmizləyici qurğularının yenidən qurulması, Novxanı-Sumqayıt kanalizasiya kollektorunun tikintisi, mövcud kanalizasiya kollektorlarının yenidən qurulması təmizlənmədən Bakı buxtasına, eləcə də Novxanı çimərliyinə axıdılan tullantı sularının qarşısını almağa imkan verib.

Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, “Azərsu” ASC-nin sifarişi əsasında hazırda 29 şəhər və rayon mərkəzində su-kanalizasiya layihələri icra olunur. Artıq bu şəhərlərin bəzisində layihə tam, bəzisində isə su təchizatı üzrə işlər yekunlaşıb. Layihələrin 18-i beynəlxalq maliyyə qurumlarının krediti, 11-i isə dövlət büdcəsi vəsaiti hesabına reallaşdırılır. Görülmüş işlər nəticəsində son bir neçə ildə şəhər və rayon mərkəzlərində yaşayan 480 mindən artıq insanın su təchizatı yaxşılaşıb.

İçməli sudan əziyyət çəkən yaşayış məntəqələrinin su təminatına hesablanmış Şirvan-Muğan və Sabirabad-Saatlı su kəmərlərinin tikintisi regionların inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır. 2012-ci ildə Prezident İlham Əliyev tərəfindən təməli qoyulan Şirvan-Muğan kəmərinin 107 kilometr uzunluğunda Hacıqabul-Biləsuvar hissəsi qısa müddətdə tikilərək istismara verilib. Hacıqabul, Şirvan və Biləsuvar şəhərlərinin sakinləri iki ildir ki, bu mənbədən su alır. Gələcəkdə Salyan və Neftçala şəhərləri, həmçinin 121 kəndin sakinləri də bu layihədən faydalanacaq.

Kürsutəmizləyici qurğular kompleksindən Saatlı şəhərinə qədər 62 kilometr uzunluğunda magistral su kəmərinin tikintisi isə 2014-cü ilin sonlarında yekunlaşıb, dekabr ayında Sabirabad və Saatlı şəhərlərinə bu mənbədən suyun verilməsi təmin edilib. Növbəti mərhələdə 44 kəndə suyun verilməsi nəzərdə tutulur.

Mərkəzi Aran bölgəsinin sudan əziyyət çəkən yaşayış məntəqələrinin su təchizatına hesablanmış Külüllü mənbəyinin əhəmiyyəti də xüsusi vurğulanmalıdır. Bu layihəyə uyğun olaraq Girdimançayın yatağında suqəbuledici qurğu tikilib, Zərdab şəhərinə 72, Ucar şəhərinə 57, Kürdəmir şəhərinə 27, Ağsu şəhərinə isə 15 kilometr uzunluğunda magistral kəmər çəkilib.

Xanbulançay isə cənub bölgəsində yaşayanların içməli su təchizatında müstəsna əhəmiyyətə malik layihədir. Lənkəran, Astara şəhərləri və 39 kəndi su ilə təmin etmək üçün Xanbulançay anbarının sahilində məhsuldarlığı sutkada 30 min kubmetr olan sutəmizləyici qurğunun inşası başa çatdırılıb, Lənkəran şəhərinə suyun verilməsi təmin olunub, Astara şəhərinə isə magistral kəmərin inşası davam etdirilir.

Ötən müddətdə şəhər və rayon mərkəzləri ilə yanaşı, su qıtlığı müşahidə olunan yaşayış məntəqələrində də xeyli iş görülüb. Belə ki, kənd və qəsəbələrdə 660 kilometr su xətti quraşdırılıb, 150 subartezian quyusu qazılıb. Bütün bunlar 210 mindən artıq əhalisi olan 280 kəndin içməli su təminatını yaxşılaşdırmağa imkan verib. Ağdam, Ağcabədi, Füzuli, Tərtər, Tovuz və Goranboy rayonlarının sərhədyanı yaşayış məntəqələri, həmçinin məcburi köçkünlərin kompakt yaşadığı qəsəbə və şəhərciklər daim diqqətdə saxlanılıb.

Ümumilikdə ötən dövrdə “Azərsu” ASC tərəfindən 6300 kilometr magistral və paylayıcı su xətti, 2130 kilometr kanalizasiya kollektoru və xətti, 157 su anbarı, 86 su və kanalizasiya-nasos stansiyası tikilib, 370 mindən artıq smart-kart tipli sayğac quraşdırılıb.

Su təchizatı sahəsində görülən böyük işlər əhaliyə verilən suyun keyfiyyət göstəricilərinin müasir metodlarla tədqiqi və daim nəzarətdə saxlanılmasını zəruri edir. Bunu təmin etmək üçün 2013-cü ildə istifadəyə verilmiş yeni Mərkəzi Laboratoriya cəmi bir il sonra beynəlxalq akkreditasiyadan keçib. Burada içməli suyun 84, tullantı sularının isə 54 olmaqla, ümumilikdə, 138 parametri təyin etmək mümkündür. Yenu laboratoriyanın yaradılması layihəsinə uyğun olaraq alınmış səyyar laboratoriyalar istənilən ərazidə və şəraitdə analizlərin aparılmasına, su mənbələrinin ilkin tədqiqinə imkan verir.

Yeni yaradılmış digər bir laboratoriya isə su sayğaclarının yoxlanması, təmiri və onlara texniki qulluq göstərilməsinə xidmət edir. Müasir avadanlıqlarla təchiz olunmuş laboratoriyada məişətdə və sənayedə istifadə olunan su sayğacları dövlət müqayisəli yoxlamadan keçirilir, xətalar müəyyən edilir, texniki göstəricilərə uyğun təzyiqə davamlılıq yoxlanılır və ehtiyac yarandıqda onların təmiri aparılır.

Son illər infrastruktur obyektlərinin və paylayıcı şəbəkələrin yenidən qurulmasında SCADA sistemlərinin tətbiqinə başlanılıb. Bu sistem infrastrukturun vahid mərkəzdən idarə olunmasını təmin etməklə, suyun mənbədən istehlakçıya ötürülməsini onlayn rejimdə tənzimləməyə imkan verir. Bununla paralel, eyni zamanda, Coğrafi İnformasiya Sisteminin yaradılması istiqamətində fundamental işlər görülüb. “Azərsu Ci-Ay-Es (CİS)” adlanan bu sistem bütün şəbəkə infrastrukturunun rəqəmsal xəritələrə köçürülməsi üçün yaradılıb və indiyə qədər sistemə 9700 kilometr su, 3800 kilometr kanalizasiya xətti, kod verilmiş 400 min bina və tikili haqqında məlumatlar daxil edilib.

İcra olunan layihələr arasında Müştəri İnformasiya Sistemi də diqqət çəkir. Sistemdə texniki şərt, müqavilə, hesabat və faktura çapı və digər əməliyyatların avtomatlaşdırılması təmin edilib. İstehlakçılara göstərilən müştəri xidmətlərinin asanlaşdırılması, şəffaflığın təmin edilməsi məqsədilə “Asan xidmət” mərkəzlərində abunəçilərə 10 istiqamət üzrə xidmətlərin göstərilməsinə başlanılıb. Ötən müddətdə Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən aparılması istiqamətində də uğurlu addımlar atılıb, konsolidasiya sistemlərinin avtomatlaşdırılması üçün 1C proqramının tətbiqinə başlanılıb.

Yeni infrastruktur yaradılarkən müasir texnologiyalar və sistemlərdən istifadə bu sahədə kadr potensialının gücləndirilməsini zəruri edir. Fransanın “Suez Environnement” şirkəti ilə bağlanmış müqaviləyə uyğun olaraq cəmiyyətin təlim sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində işlərə başlanılıb. Müqavilə 34 peşə və ixtisas üzrə 4500 nəfərin kadr hazırlığına cəlb olunmasını, 250 peşəkar təlimçinin hazırlanmasını nəzərdə tutur. Yeri gəlmişkən, Hövsan Aerasiya Stansiyasının ərazisində Təlim-Tədris Mərkəzinin tikintisi yekunlaşıb, burada peşəkar təlimlərin keçirilməsi üçün lazımi şərait yaradılıb. “Azərsu” ASC-nin Təhsil Nazirliyi, Milli Elmlər Akademiyası, Bakı Dövlət Universiteti və Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə əməkdaşlığa dair razılaşmaları da kadr potensialının gücləndirilməsinə töhfələr verməkdədir.

Birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkili məqsədilə Bakı şəhərində Olimpiya Stadionunun tikintisi, yol infrastrukturunun yaradılması, Böyükşor gölünün təmizlənməsi layihələrinin icrası ilə əlaqədar ərazidən keçən magistral su xətləri və kanalizasiya kollektorları yenidən qurulub. İdmançıların, məşqçi korpusunun, hakimlərin və digər texniki personalın yerləşəcəyi Olimpiya kəndinin ərazisində yeni su təchizatı və kanalizasiya sistemləri yaradılıb. Ümumilikdə birinci Avropa Oyunlarına hazırlıq işləri çərçivəsində Bakı şəhərində 150 kilometrə yaxın su və kanalizasiya xətləri quraşdırılıb. Avropa Oyunlarına hazırlıq çərçivəsində Mingəçevir şəhərində də yeni su və kanalizasiya xətləri çəkilib, 3 ədəd kanalizasiya nasos stansiyası tikilib, nəticədə Kür çayına axıdılan tullantı sularının qarşısı alınıb.

Son illər əksər şəhər və rayon mərkəzləri, həmçinin içməli sudan əziyyət çəkən kənd və qəsəbələrdə həyata keçirilən su-kanalizasiya layihələri müstəqil Azərbaycan dövlətinin öz vətəndaşlarının sağlamlığı və sosial rifahının yüksəldilməsinə hesablanmış uğurlu siyasətinin əsas istiqamətini təşkil edir. Bu layihələr ölkə rəhbərliyi tərəfindən həyata keçirilən sosial-iqtisadi siyasətə böyük töhfələr verir. Hədəf isə hər bir yaşayış məntəqəsinin 24 saat keyfiyyətli içməli su təchizatına nail olmaqdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Dəmiryol nəqliyyatı haqqında Nizamnamə”nin təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülərin peşə fəaliyyətinə və davranışına, iş və istirahət rejiminin xüsusiyyətlərinə, habelə avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını tənzimləyən normativ hüquqi aktlara və taksi minik avtomobillərinin sürücüləri üçün etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlığın qiymətləndirilməsinin nəticələrinə dair sənədin forması və qiymətləndirilmənin aparılmasına görə haqqın məbləği”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

DİN: Ölkə ərazisində qeydə alınan 26 cinayətin üstü açılıb

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 25 may tarixli 165 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məhkəmə ekspertlərinin attestasiyasının keçirilməsi və ixtisas dərəcəsinin verilməsi qaydaları”nda və 2023-cü il 25 may tarixli 166 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məhkəmə eksperti şəhadətnaməsinin verilməsi qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğunun sərhədləri və mühafizə zonasının və ərazisinin xüsusi rejiminin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Toqoda “France 24” telekanalına son xəbərdarlıq edilib

İyun ayında sərhəd rejimi qaydalarını pozan 851 nəfər saxlanılıb

Böyük şirkətlər 2027-ci ilin sonuna qədər QR kodlarının sənayeyə qlobal tətbiqini dəstəkləyib

ABŞ Ukraynaya 2,3 milyard dollar dəyərində yeni yardım paketi ayıracaq

Vinçentso Montella: Futbolçularım komanda ruhunu ortaya qoydular

Milli Prado Muzeyi "İspaniyada incəsənət və sosial dəyişikliklər (1885-1910)" adlı sərgini təqdim edir

Danimarkada xarici bayraqlardan istifadə məhdudlaşdırılır

Kral Çarlz Şotlandiyada səfərdədir

Gürcüstanda yetkinlik yaşına çatmayanlar arasında cinayətkarlıq halları artıb

Çexiya Vışeqrad dördlüyündə sədrliyi təhvil verir

Türkiyə millisinin qapıçısı: Bizim üçün dua edən hər kəsə minnətdarıq

Ərdoğan: Azərbaycanın qələbəsi Türkiyənin vicdanından Boraltan ləkəsini sildi

Ağstafada 3500 il əvvələ aid Qafqazda ilk ritual ibadətgah yeri tapılıb- FOTO

Dövlət Departamenti: NATO sammiti çərçivəsində Azərbaycanla Ermənistan arasında görüş istiqamətində işləməyə davam edəcəyik

Lənkəranda minik avtomobili velosipedçini vurub

Avro-2024: Türkiyə millisi 1/4 finala vəsiqə qazanıb YENİLƏNİB 5

İmişlidə piyadanın ölümü ilə nəticələnən qəza baş verib

İran səfirliyi Azərbaycan dövlətinə təşəkkür edib

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Vətəndaş Həmrəyliyi Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin qeydə alınması haqqında
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Ağ Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin qeydə alınması haqqında
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Respublikaçı Alternativ (REAL) Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin qeydə alınması haqqında
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

“Azərbaycan Respublikasının Seçki Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 21 iyun tarixli 1178-VIQD nömrəli Qanununun qəbul edilməsi ilə əlaqədar Mərkəzi Seçki Komissiyasının bəzi normativ xarakterli aktlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Bəzi seçki dairələri üzrə seçki məntəqələri ilə bağlı tədbirlərə dair Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyasının QƏRARI

Mərkəzi Seçki Komissiyasının 2024-cü il 27 iyun tarixli iclas protokolunun təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Hindistanda dini ibadətgahdakı izdihamda ölənlərin sayı 116-ya çatıb

Salyanda minik avtomobilləri və traktor toqquşub, yaralılar var

Avro-2024: Avstriya və Türkiyə yığmalarının start heyətləri açıqlanıb

Avro-2024: Niderland millisi darmadağınla 1/4 finala vəsiqə qazanıb

Azərbaycan güləşçisi Avropa üçüncüsü olub

Azərbaycan Türkiyənin ən böyük qaz tədarükçüsü olub

“Azərbaycanda “Koroğlu” araşdırmaları: dünən və bu gün” monoqrafiyası çapdan çıxıb

Avropa çempionatı: Azərbaycan güləşçisi finala vəsiqə qazanıb

Polis işçilərinin peşə bayramı Naxçıvanda da qeyd edilib

Deputat: Azərbaycan polisi peşəkarlığına görə yalnız regionun deyil, Avropanın bir sıra aparıcı ölkələrinin təhlükəsizlik orqanlarını da üstələyir

Neftçalada bir qrup polis əməkdaşı təltif olunub

DİM: 13 min 484 nəfər ali təhsil müəssisələrinin magistraturalarına qəbul olub

Macarıstan Ukrayna ilə qlobal əməkdaşlıq sazişi imzalamaq istəyir

Xalq yazıçısı Elmira Axundovanın kitablarının təqdimatı keçirilib

Təlimlərin ikinci günü: Media nümayəndələri ilkin tibbi yardım barədə məlumatlandırılıblar

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Tbilisiyə rəsmi səfər edəcək

Azərbaycan Polisi Günü Göyçayda da qeyd olunub

Gəncə Dövlət Universitetində tədbir: Qərbi Azərbaycana qayıdış

Britaniyada 1,8 milyon tələbənin azı 50 min funt-sterlinqlik borcu var

Qərbi Azərbaycan İcmasında yerli rayon icmalarının cari ilin birinci yarımilliyi üçün hesabat iclası keçirilib

Azərbaycan polisi yarandığı gündən xalqın və dövlətin mənafeyinə ləyaqətlə xidmət edib

“BakıKart” nağdsız elektron ödəniş alətinin adından dələduzluq kampaniyası həyata keçirilir - XƏBƏRDARLIQ

® "Azercell" yeni "Smartfon" kampaniyasını təqdim edir!

Azərbaycan mobil internetə qoşulma üzrə beynəlxalq göstəricilərdə irəliləyib

Elektron Təhlükəsizlik Xidməti “Qarabağ” Futbol Klubunun əməkdaşları üçün maarifləndirmə tədbiri keçirib

"CESI" şirkətinin icraçı direktoru ilə “yaşıl enerji dəhlizi” üzrə əməkdaşlıq müzakirə olunub

Dövlət Ehtiyatları Agentliyi yerli ərzaqlıq buğdanın tədarükünü elan edir 

Daşkəsən rayonunda sel müşahidə olunur VİDEO

“Orqanik Naxçıvan”a məxsus 750 hektardan artıq sahədə taxıl biçini aparılır

Paytaxtın Əbdürrəhim bəy Haqverdiyev küçəsində avtobus zolağı təşkil edilib

Azərbaycan polisi məsuliyyətli və şərəfli vəzifəsinin öhdəsindən bacarıqla gəlir

İtaliyalı jurnalist Azərbaycanda tolerantlıq mühitinin qorunması və təbliği ilə bağlı görülən tədbirlər barədə məlumatlandırılıb

Nəqliyyat sahəsi üzrə yeni dövlət standartları qəbul edilib

“Azərbaycan Dəmir Yolları” ilə sərnişin daşınması 20 faiz artıb

Azərbaycan polisi ölkədə təhlükəsizliyi və asayişi uğurla təmin edir

Qərbi azərbaycanlı professor: Azərbaycan Prezidentinin müdrik siyasəti sayəsində qayıdış arzumuza çatacağımıza inanırıq

UNEC Abituriyent Məsləhət Mərkəzində 100-dən çox abituriyentə dəstək göstərilib

Hindistanda dini ibadətgahda baş verən izdihamda 107 nəfər ölüb

Daxili işlər orqanları asayişin və təhlükəsizliyin təmin olunmasında önəmli xidmətləri ilə seçilir

Azərbaycan-İsrail əlaqələrindən bəhs edən kitabın təqdimatı olub

Gəncədə bir qrup polis işçisi peşə bayramı münasibətilə təltif edilib

Bakı İlahiyyat Kollecinin loqo müsabiqəsinin qalibi müəyyənləşib

Füzuli və Xocavənd rayonlarına mediatur təşkil olunub - YENİLƏNİB VİDEO

Keniyada hökumət əleyhinə nümayişlər yenidən başlayıb

Yeni sorğu Qazaxıstan Prezidentinə yüksək ictimai dəstəyi təsdiqləyir

Bu ilin 6 ayında miqrasiya qanunvericiliyini pozan 1 122 əcnəbi Azərbaycanın hüdudlarından kənara çıxarılıb

Məktəb-studiyanın yekun konserti olub

“Sabah” basketbol klubu dünya çempionatının iştirakçısını transfer edib

Rəsədxananın əməkdaşı beynəlxalq konfransda çıxış edib

Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib VİDEO

Media nümayəndələrinin COP29-da iştirakı üçün akkreditasiya portalı istifadəyə verilib

Azərbaycan səfiri etimadnaməsini Konqo Prezidentinə təqdim edib

Zəngilan, Laçın və Füzulidə “Ümid dolu sabahlar” adlı layihəyə başlanılıb

BMT-nin Baş katibi: Əminəm ki, Qazaxıstan Azərbaycanda keçiriləcək Tərəflər Konfransında üzərinə düşən rolunun öhdəsindən layiqincə gələcək

AzMİU ilə Üsküdar Universiteti arasında əməkdaşlıq qurulacaq

AİJA-nın prezidenti: AIPS-in yaradılması gününü bütün dünya ölkələri qeyd edir

Leyboristlər Partiyasının lideri donorlardan 76 min funt sterlinqlik hədiyyə qəbul edib

AIPS-in yubiley tədbiri keçirilib, AZƏRTAC “İlin ən yaxşı informasiya agentliyi” mükafatına layiq görülüb VİDEO

Azərbaycan ilə NATO arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub

MSK sədri: Naxçıvanda seçki məntəqələrində bir sıra problemlər var VİDEO

Qarabağ Universitetinə prorektor vakansiyaları elan olunur

MSK-da REAL-ın, Ağ Partiyanın və Vətəndaş Həmrəyliyi Partiyasının müraciətlərinə baxılıb

İlanın ağından da, qarasından da... qorunmaq lazımdır

Rövzət Qasımov: Bəzi seçki məntəqələrinin hüdudlarında dəyişiklik edilməsinə əsaslar yaranıb

Uşaqlar nə üçün qaranlıqdan qorxur ?

ABŞ-ın Şimali Dokota Universitetinin professoru BDU-da elmi seminar keçirib

Dövlət Komitəsində keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

Test imtahanında müvəffəqiyyət qazanmış şəxslərin sertifikat əldə etmək üçün qeydiyyatına başlanılıb

Pakistanın səfiri Bilal Hayenin Azərbaycanda diplomatik fəaliyyəti başa çatıb

Çinin BYD şirkəti ilə əməkdaşlığa dair sənədlər imzalanıb