Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Azərsun-Holdinq” MMC-nin Qazax konserv zavodu istifadəyə verilmişdir

Qazax, 12 aprel (AZƏRTAC). Prezident İlham Əliyev aprelin 12-də kənd təsərrüfatı məhsulları emal edən “Azərsun-Holdinq” MMC-nin Qazax konserv zavodunun açılışında iştirak etmişdir.

Məlumat verildi ki, illik məhsul istehsal gücü 21,5 min ton olan zavodun ümumi dəyəri 14 milyon manatdır. Layihənin həyata keçirilməsi üçün İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 6,8 milyon manat güzəştli kredit verilmişdir. Zavod meyvə-tərəvəzin dondurulması, çoxçeşidli kartof məhsullarının istehsalı sexləri, soyuducu anbar və digər yardımçı binalardan ibarətdir. Ümumi sahəsi 4,7 hektar olan müəssisədə bütün infrastruktur, mühəndis qurğuları ən müasir səviyyədə qurulmuşdur. Zavodun fəaliyyətə başlaması respublikamızda meyvə-tərəvəz istehsalının artmasına, daxili bazarın yüksək keyfiyyətli məhsullarla təmin olunmasına şərait yaradacaqdır.

“Azərsun-Holdinq”in idarə heyətinin sədri Abdulbari Gozel bildirdi ki, İtaliya, Hollandiya və Türkiyə texnologiyaları əsasında inşa olunan zavodun tikintisinə ötən ilin yanvarında başlanılmış, bu ilin aprelində sona çatdırılmışdır. Müəssisədə ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin iştirakı ilə 1996-2011-ci illərdə “Azərsun-Holdinq”ə məxsus müəssisələrin açılışlarını əks etdirən fotoguşə yaradılmışdır.

Dövlətimizin başçısı müəssisədə meyvələrin dondurulması sahəsi, avadanlığın yerləşməsi və kartof çipsi istehsalı layihələri ilə tanış oldu.

Qeyd edildi ki, hazırda zavodda on növ meyvə 18 dərəcədə dondurulmuşdur. İlkin mərhələdə müəssisədə 5 min ton dondurulmuş meyvə xammalı, 2 min ton turşu və tərəvəz istehsalı nəzərdə tutulmuşdur. İkinci mərhələdə 6 min tona yaxın kartof, 3 ton sirkəlik üzüm, 3 min ton turşu və üzüm yarpağı istehsalı üçün yeni xətlərin işə salınması planlaşdırılır. Bu istehsal xətti Qafqazda yeganə olmaqla, tam yetişdirilən meyvə və tərəvəzləri tez dondurmaqla uzun müddət saxlamağa və ilin istənilən fəslində istifadəyə hazır vəziyyətdə istehlakçıya təqdim etməyə imkan verəcəkdir. İstehsal xəttinin üstünlüyü ondan ibarətdir ki, mənfi 40-45 dərəcə temperaturda ani donma zamanı meyvələrin tərkində yaranan buz kristalları çox kiçik ölçüdə olduğundan hüceyrə divarı partlamır və bu səbəbdən meyvələrin buzu əridiyi zaman adi donmadan fərqli olaraq, şirəsi axmadan formasını və dadını tam təbii, olduğu kimi saxlayır.

Sonra Prezident İlham Əliyev çipsi istehsalı və meyvə-tərəvəzin dondurulmasını əks etdirən qısa filmə baxdı.

Azərbaycan Prezidenti dövlətin güzəştli krediti hesabına Gəncə-Qazax iqtisadi rayonu üzrə maliyyələşdirilən və maliyyələşdirilməsi nəzərdə tutulan investisiya layihələrini əks etdirən stendlə də tanış oldu.

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev Gəncə-Qazax iqtisadi rayonu üzrə ümumilikdə 2 min 351 sahibkarlıq subyektinə 83,2 milyon manat, o cümlədən yeni texnologiyalara əsaslanan 25 investisiya layihəsinin maliyyələşdirilməsinə 38,7 milyon manat güzəştli kreditin verildiyini bildirdi. Bu kreditlər hesabına 17 mindən çox yeni iş yeri açılmışdır. Güzəştli kredit hesabına maliyyələşdirilən yeni texnologiyalara əsaslanan 25 investisiya layihəsindən 15-i istifadəyə verilmişdir ki, bu da müxtəlif sahibkarlıq sahələrini əhatə edir.

Diqqətə çatdırıldı ki, həyata keçirilən layihələr nəticəsində regionda məşğulluğun səviyyəsi artmış, müasir texnologiyalara əsaslanan yeni istehsal, emal müəssisələri yaradılmış, rəqabətqabiliyyətli və ixracyönümlü məhsulların istehsalına başlanılmışdır.

Sonra dövlətimizin başçısı müəssisənin laboratoriyası ilə tanış oldu.

Bildirildi ki, keyfiyyətə nəzarət laboratoriyasının əsas fəaliyyəti istehsal edilən bütün məhsulların fiziki, kimyəvi və orqanoleptik göstəricilərinin sınağını aparmaqdır. Müasir avadanlıq və kimyəvi maddələrlə təchiz edilən laboratoriyada zavoda daxil olan bütün xammalın analizi aparılır, keyfiyyəti yoxlanılır.

Prezident İlham Əliyev laboratoriya ilə tanış olduqdan sonra müəssisəni işə saldı və istehsal prosesini izlədi.

Məlumat verildi ki, istehsal olunacaq konserv məhsulları və dondurulan meyvələr daxili bazarla yanaşı, xarici ölkələrə də ixrac ediləcəkdir. Xammal bazası yerli istehsalla yanaşı, Gürcüstanın azərbaycanlıların yığcam yaşadığı bölgələrindən də tədarük olunur. Bu isə öz növbəsində qonşu ölkədə yaşayan həmvətənlərimizin işlə təmin edilməsinə və maddi rifahının daha da yaxşılaşmasına imkan verəcəkdir. Layihələrin icrası nəticəsində 158 nəfər işlə təmin olunmuşdur. Zavod istismar müddəti başa çatmış köhnə tikililərdən ibarət avtomobil bazasının ərazisində inşa olunmuşdur. Bu ərazidə 1994-cü ildən məskunlaşan 17 məcburi köçkün ailəsinin yaşayış səviyyəsinin yaxşılaşdırılması məqsədi ilə onların yeni inşa olunmuş mənzillərə köçürülməsi və zavodda işlə təmin edilməsi nəzərdə tutulmuşdur.

Sonra Prezident İlham Əliyev zavodun işçiləri ilə söhbət etdi.

Dövlətimizin başçısını salamlayan zavodun işçisi dedi: Xoş gəlmisiniz, hörmətli Prezidentimiz! Sizi görməyimizə şadıq. Çox yaxşı şəraitimiz vardır. Çox sağ olun!

Prezident İlham ƏLİYEV: Çox yaxşı.

Zavodun işçisi: Aylıq maaşımız vaxtında verilir. Ayda bir dəfə ərzaq payı alırıq. İşə gəlib-getmək üçün nəqliyyatımız, hər cür şəraitimiz vardır. Çox sağ olun, kollektivimiz adından bir daha Sizə təşəkkür edirəm.

Prezident İlham ƏLİYEV: Sizi təbrik edirəm və uğurlar arzulayıram.

Zavodun işçisi: Cənab Prezidentimiz! Sizi görməyimizə çox şad olduq. Sevincimizin həddi-hüdudu yoxdur. Ümummilli liderimiz də Qazağa gələrdi, bizimlə maraqlanardı. O, bizim qayğımıza qalardı. Bu qayğını bu gün Sizin simanızda görürük və Sizə öz təşəkkürümüzü bildiririk. Bu gün Qazax rayonu Sizin sayənizdə gündən-günə gözəlləşir, yeni iş yerləri açılır, istirahət parkları salınır. Gənclər Mərkəzinə görə də Sizə Qazax camaatı adından çox dərin təşəkkürümüzü bildiririk. Allahdan Sizə və ailənizə uzun ömür, möhkəm cansağlığı arzu edirik. Sağ olun.

Prezident İlham ƏLİYEV: Sağ olun. Sizi təbrik edirəm. Bu, gözəl müəssisədir. Mən çox şadam ki, burada işləyənlərin əksəriyyəti qadınlardır. Qadınları da işlə təmin etməliyik. Gənc ölkəmizdə böyük işlər gedir, işsizlik aradan qaldırılır. Görürəm ki, burada qadınlar əksəriyyət təşkil edir. Özü də əksər qadınlar gənclərdir. Aranızda orta nəslin nümayəndələri də vardır. Yaxşı maaş verilir, yaxşı iş şəraiti vardır. Müasir müəssisədir. Həm sizin üçün, həm bölgə üçün, həm də dövlət üçün çox vacib olan sahədir.

Əvvəlki dövrlərdə biz əsas ərzaq məhsullarını idxal edirdik, idxaldan asılı idik. İndi özümüz özümüzü təmin edirik və ixrac imkanlarımız da vardır. Bu məsələdə həm dövlət, həm özəl qurumlar, həm də yerli icra orqanları bir yerdədirlər. Dövlət dəstək göstərir, kreditlər ayırır, özəl qurumlar bu dəstəkdən faydalanaraq vəsait qoyurlar, həm dövlətdən alınan kreditlər və həm də öz vəsaitləri hesabına iş yerləri açırlar. Yerli icra orqanları isə işlərin daha yaxşı getməsi üçün bütün lazımi şəraiti yaradırlar.

Bu gün burada, bəlkə də yüzlərlə insan işləyir.

Gələn il Qazaxda böyük sement zavodu işə salınacaqdır. Orada da təqribən 600 yeni iş yeri açılacaqdır. Yəni, bu cür faktlar çoxdur. Mən istəyirəm bütün qərb zonasında belə gözəl müəssisələr yaradılsın ki, həm insanlar yaxşı maaş alsınlar, işləsinlər, həm də ölkəmiz inkişaf etsin. Belə müəssisələrin yaradılmasında biz bir neçə vacib məqsədi nəzərə alırıq və ona çatırıq. İşsizlik aradan qaldırılır, yerli istehsal artır, biznes qurumları fəaliyyətlərini genişləndirirlər. Qeyri-neft sektoru inkişaf edir, idxalı əvəzləyən yerli məhsul istehsal olunur və ölkəmizin uğurlu inkişafı təmin edilir.

İndi bütün ölkəmizdə soyuducu anbarlar tikilir. Əgər tikilməsəydi, o məhsullar bata bilərdi. Yəni, kəndli zəhmət çəkib məhsul istehsal edir, sonra da saxlamağa yeri olmadığı üçün mallar batır. İndi gətirir verir soyuducu anbarlara, orada saxlayırlar. Bunun istehlak qiymətlərinə də çox müsbət təsiri vardır. Əgər bu mallar boldursa, deməli, istehlak qiymətləri də normal səviyyədə olacaqdır. Sağ olun, Sizə uğurlar arzulayıram.

X X X

Dövlətimizin başçısı müəssisə ilə tanışlıqdan sonra kollektivə uğurlar arzuladı, tapşırıq və tövsiyələrini verdi.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib YENİLƏNİB

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar

Səfir: İndoneziya şirkətlərinin Qarabağın bərpasında iştirakı əməkdaşlığımızın mühüm istiqamətlərindəndir

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır – REPORTAJ

İradə Axundova: Son 10 ildə Azərbaycanda vərəmdən ölüm göstəricisi üç dəfədən çox azalıb

“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub

Soltan Məmmədov: Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

Dünyada dizel yanacağı ucuzlaşacaq

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı səkkiz nəfərə çatıb VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı səkkiz nəfərə çatıb VİDEO

Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Beynəlxalq konfransın iştirakçıları Laçında səfərdədirlər

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb

Deputat: Milli Məclisin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş dinləmə keçiriləcək

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Nazir: Azərbaycan idmana böyük maraq göstərir

Üzgüçülük Federasiyasının baş katibi: Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi sevindiricidir

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri-infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Psixi sağlamlıq və insan hüquqları: Ombudsmanın əsas çağırışları - MÜSAHİBƏ

Naxçıvanda ilk dəfə Gənclərin Süni İntellekt Forumu keçirilib

Lənkəranın bir sıra kəndlərinə dolu düşüb

Bu gün Azərbaycanda yanğınsöndürənlərin peşə bayramı qeyd olunur

Görkəmli şərqşünas-alim Aida İmanquliyevanın elmi irsində Azərbaycan-ərəb ədəbi əlaqələri

Azərbaycanın Mərkəzi Asiya Dövlətləri ilə yaxın münasibəti ikitərəfli əlaqələri daha da gücləndirir - ŞƏRH

Bu ay Hörmüz boğazı yaxınlığında 10-dan çox gəmiyə hücum edilib

Zenfira Şıxəlibəyli: Aida xanım bizdə elmi diskussiyalar aparmaq bacarığı formalaşdırırdı

Bu gün Mingəçevirdə həndbol üzrə Avropa Kubokunun oyunu keçiriləcək

Çin SatNet internet peyklərini orbitə çıxardı

Kənd təsərrüfatı naziri Çində səfərdədir

"El-Kastillo" həbsxanasında daha bir iğtişaş – iki nəfər ölüb

Türkiyədə yeniyetmələrin sosial şəbəkələrdən istifadəsinə dair məhdudiyyətlər noyabrdan qüvvəyə minir

ABŞ Prezidenti: Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi

Tramp: İran və Rusiya-Ukrayna müharibələrini həll etməyə çox yaxınam

“İsayas” qasırğası ABŞ sahillərinə daxil olub

Rusiyada ayılar 25 nəfərin həyatına son qoyub

Yəmən və Səudiyyə Ərəbistanı BMT Təhlükəsizlik Şurasını husilərə qarşı tədbir görməyə çağırıb

INSA: Brandenburqda ifrat sağçı AfD partiyası hakim SPD-dən öndədir

Brüsseldə etirazçılarla polis arasında növbəti qarşıdurma baş verib

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib VİDEO

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib VİDEO

Aleksandr Novak: Rusiya ABŞ bazarına əlavə həcmdə dizel yanacağı tədarük etməyə hazırdır

Tramp Zelenskinin tənqidlərinə cavab verib

Mayamidə ABŞ, Avropa ölkələri, NATO nümayəndələri və Ukrayna təmsilçiləri arasında görüş keçirilib

Azərbaycan BMT-də Bakı Fəaliyyətə Çağırışının qlobal əhəmiyyətini vurğulayıb

ABŞ-nin Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiya qərarı Avropada narazılıqla qarşılanıb

ABŞ Maliyyə Nazirliyi: Rusiya dizel yanacağının dünya bazarlarına tədarükü sanksiyalardan azad edilib

“Rəqəmsallıq və süni intellekt” - Şəkidə məktəblilər təlimlərə cəlb olunub

Tramp Keti Zakariyanı Ağ Evin mətbuat katibi təyin edib YENİLƏNİB

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb VİDEO

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb VİDEO

“Qalatasaray” növbəti qələbəsini qazanıb

Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına

Tramp: Putinlə razılığa gəldim, Rusiya ABŞ və dünya bazarına milyonlarla ton dizel tədarük edəcək

Azərbaycan regionda tarixi ədaləti bərpa edərək sülh mərhələsinə qədəm qoydu - ŞƏRH

Bakıda beynəlxalq tanqo marafonu

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir

Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi

Qəbələdə müzakirələr: Peşə təhsilindən sahibkarlığa - gənclər üçün imkanlar və dövlət dəstəyi VİDEO

Qəbələdə müzakirələr: Peşə təhsilindən sahibkarlığa - gənclər üçün imkanlar və dövlət dəstəyi VİDEO

Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib

Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur

Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib