İQTİSADİYYAT
“Aztelekom” internet xidmətinə görə aylıq ödəmələrin vaxt məhdudiyyətində dəyişiklik edib
![“Aztelekom” internet xidmətinə görə aylıq ödəmələrin vaxt məhdudiyyətində dəyişiklik edib](/files/2019/2/1200x630/15580072133326123917_1200x630.jpg)
Bakı, 16 may, AZƏRTAC
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti internet xidmətinə görə aylıq ödəmələrin vaxt məhdudiyyətində dəyişiklik edib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, bu ilin mayından etibarən “Aztelekom” MMC-nin internet xidməti üzrə ödənişlər “gündəlik hesablaşma” prinsipi ilə aparılacaq. Belə ki, artıq ödəniş günü hər ayın 5-nə qədər deyil, sonuncu ödəniş edilən gündən sonrakı 30-cu təqvim günü gələn ay üçün ödəmənin son günü müəyyən ediləcək. Hazırda isə cari ay üçün ödəniş olunmadığı təqdirdə internet xidməti dayandırılacaq.
Əlavə məlumat üçün 170 qısa nömrəsinə müraciət edə bilərsiniz.