Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bacı, sənin doğum gününə bir yüksəklik hədiyyə etmişəm...

Bakı, 8 noyabr, AZƏRTAC

Vüsalın şəhid olduğunu yuxuda gördüm. Yuxum gerçək çıxdı. General-mayor Polad Həşimovun qisasını almaq məqsədilə çıxdığı yolun son dayanacağı Şuşa oldu. Vüsal noyabrın 8-də Şuşada şəhadətə yüksəldi. Oğlum Zəfəri şəhadəti ilə şərəfləndirən qəhrəmanlardan biridir.

AZƏRTAC xəbər verir ki, bunu Vətən müharibəsi şəhidi Vüsal Teymurovun anası Nahidə Teymurova deyib.

Şəhid anası övladı ilə bağlı xatirələrini fəxarətlə anladır: "General-mayor Polad Həşimov şəhid olandan Vüsal bir yerdə dayana bilmirdi. Elə deyirdi ki, bu dərdə necə dözək. Generalımızın qisası mütləq alınmalıdır. Vətən müharibəsi başlayanda isə Vüsalın səbirsizliyi daha da artmışdı. Hər gün televizorun qarşısında xəbərləri izləyir, cəbhəyə gedəcəyi günü gözləyirdi. Qisas hissi ona rahatlıq vermirdi. Bir yandan da ətrafdan eşitdiyi şəhid xəbərləri Vüsalı sarsıdırdı. Hiss edirdim ki, onun ürəyindəki atəş ancaq düşmənlə döyüşüb qisas alandan sonra sönə bilər. Nəhayət oktyabrın 5-də Vüsalın cəbhə həsrəti sona yetdi, o da torpaqlarımızı düşməndən təmizləmək və şəhidlərimizin qisasını almaq amalı ilə döyüş bölgəsinə yollandı. Vüsal şəhidlərimizin qisasını aldı, döyüş yoldaşları da onun...".

Nahidə xanım övladı ilə son görüşü belə xatırlayır: "Oktyabrın 5-də səhər 9-un yarısı böyük qardaşı ilə birlikdə hərbi komissarlığa getdi. Evdən çıxana yaxın dedi ki, "ana, acam mənə nəsə hazırla yolüstü yeyim". Mən də yüngülvari bir yemək hazırladım. Elə bilirdik ki, qayıdıb gələcək, sonra aparacaqlar. Qardaşını geri qaytardılar. Özünü isə apardılar. Övladıma doyunca sarıla, qoxusunu doyunca içimə çəkə bilmədim...

Döyüşlər vaxtı bizimlə çox danışa bilmirdi. Hər zəngində ilk soruşduğu sual bu idi: "nə qədər şəhidimiz var? Sayı məlumdurmu? Badamdara neçə şəhid gəlib?" Deyirdi, dua elə ki, hərbçilərimiz salamat qayıtsınlar. Heç vaxt qəmgin danışmır, müharibənin ağrı-acısını yansıtmamağa çalışırdı.

Oktyabrın 29-da bacısının ad günündə zəng edib təbrik etdi. Dedi ki, "Könül, sənin ad gününə bir yüksəkliyi hədiyyə etmişəm. Hərbi sirdir deyə adını demirəm". Vüsal çox diqqətcil idi. O qədər çətinliyin, mərminin, güllənin içərisində vaxt tapıb bacısının da könlünü xoş etdi. Noyabrın 1-də zəng vurub halallıq istədi. Dedi “ana, Şuşaya gedirəm, mənə halallıq ver. Şəhid ola bilərəm. Mənə nəsə olsa, başınızı dik tutarsınız. Heç vaxt mənə görə kədərlənmə, ana”. Heç vaxt istəməzdi mən ağlayam. Deyirdi əgər salamat gəlsəm, iş tapıb işləyəcəyəm. Kooperasiya Universitetinin gömrük işi ixtisasını bitirmişdi, çox savadlı idi, həmin ixtisas üzrə də işləmək istəyirdi. Gözlərimlə bağlı şikayətim var. Vüsal da bunu bilirdi, deyirdi sənin gözlərini özüm əməliyyat etdirəcəyəm. Bu, Vüsalın son zəngi oldu. Bir neçə gün Vüsaldan səs gəlmədi. Dedim yəqin rabitə yoxdur, imkan olan kimi yığacaq. Noyabrın 8-də gördüyüm yuxu mənə hər şeyi agah etdi. Gördüm ki, Vüsalla bir parkdayıq. Məndən su istədi. Mən də su verdim. Sonra isə mənə əl yelləyərək, "ana, mən getdim" deyib getdi. Yuxudan durub qızıma dedim ki, Vüsal şəhid olub. Dedi ki, ağlına pis heç nə gətirmə, rabitə yoxdur deyə əlaqə saxlaya bilmir. Noyabrın 13-də isə bizə zəng edib xəbər verdilər ki, Vüsal şəhid olub. Həmin gün nəşini bizə təhvil verdilər. Vüsalı Badamdar qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn etdik. Yuxum düz çıxmışdı - Vüsal noyabrın 8-də Şuşada şəhadətə yüksəlibmiş...

Vüsalın sevdiyi qız var idi. Ona öz sevib-seçdiyi ilə toy etmək istəyirdim. Qismət olmadı. Toyuna aparacağım xonçaları məzarı üzərinə yığmışam. Vüsalın Vətən sevgisi ailəsindən, sevdiyindən üstün oldu. Hər il noyabrın 8-də oğlumu Zəfər Günü və şəhadəti münasibətilə təbrik edəcəyəm".

Şəhidin atası Zakir Teymurov da övladından fəxrlə danışır. Deyir Vüsal çox çalışqan, zəhmətkeş uşaq olub. İdmanla, futbolla məşğul olub kiçik yaşlarında. Medalları da var. Futbola marağı var idi, Nahidə xanım imkan vermədi ki, savadlısan ali təhsil al, dövlət işində işlə. Hərbçi olmaq istəsə də, anasının sözündən keçə bilmədi. Döyüş yoldaşları Vüsal haqqında o qədər müsbət danışırlar ki... Həm qürurlanırıq ki, Vüsal bir övlad kimi əziyyətimizi yerə vurmadı, həm də övlad itkisi ürəyimi yandırır. Deyirlər, Vüsal hər kəsin, yaralı döyüş yoldaşlarının qayğısına qalırmış. 70 kiloqramlıq yük daşıyırmış özü ilə. Çantasında hər cür dərman var imiş. Hansısa kənd ya yaşayış məntəqəsi azad ediləndə mütləq oradakı apteklərə girib dərman ağrıkəsici, digər tibbi ləvazimatlar götürürmüş. Səriştəsi olduğundan yaralılara ilkin tibbi yardım da edirmiş. Hər kəsə kömək edir, kimin nəyə ehtiyacı var idisə, əlində olan imkan daxilində qarşılamağa çalışırmış.

Şuşa istiqamətində üç gün ac, susuz yol gediblər. Maraqlıdır ki, Şuşanı tanımasa da, döyüş yoldaşlarına yol göstərirmiş. Onlar Şuşa istiqamətində xüsusi təyinatlı qüvvələrin arxasınca gedirlərmiş.

“Vüsal və onun döyüş yoldaşları Şuşa istiqamətində irəliləyən zaman üç dəfə mühasirəyə, pusquya düşüblər. Hətta Daşaltını keçdikdən sonra səkkiz saat mühasirədə qalıblar. Silahdaşları deyirlər ki, Vüsal mühasirədə olarkən belə əhvalını pozmayıb. Deyib-gülür, zarafat edirmiş. Döyüş yoldaşlarında ruh yüksəkliyi, yüksək əhval-ruhiyyə yaradırmış. Vüsalın sayəsində 8 saatın necə keçdiyini hiss etməyiblər. Bundan sonrakı pusqu sonuncu olub. Vüsal da, onun silahdaşları da son damla qanınadək döyüşüblər. Döyüşlər nəticəsində oğlum və bir neçə silahdaşı şəhid olub. Vüsal snayperlə vurulub. Əvvəlcə ayağından vurulsa da, ayağa qalxıb. Növbəti güllə ürəyindən dəyib və oğlum şəhid olub.

Mən fəxr edirəm ki, bu torpağın Vüsal kimi minlərlə qeyrətli övladları var. Vüsallar ölməyəcəklər, unudulmayacaqlar heç zaman. Çünki onların davamçıları olacaq gələcək nəsil yetişir".

Şəhidin valideynləri dövlət dəstəyindən razılıq edirlər. Teymurovlar ailəsi bir il ərzində səlahiyyətli qurumların nümayəndələrinin, xüsusilə Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalovun onları tək qoymadığını, "YAŞAT" Fondunun məişət şəraitinin yaxşılaşdırılması məqsədilə yardım etdiyini diqqətə çatdırıblar: "Ali Baş Komandana minnətdarıq ki, şəhid ailələrindən diqqət və qayğını əsirgəmir".

Qeyd edək ki, Teymurov Vüsal Zakir oğlu 1991-ci il martın 4-də Bakıda anadan olub. 1997-2008-ci illərdə Bakı şəhərində T.Məmmədov adına 239 nömrəli tam orta məktəbdə, 2008-2012-ci illərdə Azərbaycan Kooperasiya Universitetinin gömrük işinin təşkili fakültəsində təhsil alıb. 2012-2013-cü illərdə Tovuzda yerləşən "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət keçib. Hərbi xidmət dövründə manqa komandiri olub. Vətən müharibəsində Füzuli, Xocavənd (xüsusilə Hadrut qəsəbəsi), Cəbrayıl, Zəngilan, Qubadlı, Şuşa istiqamətində gedən hərbi əməliyyatlarda iştirak edib. Noyabrın 8-də Şuşa döyüşləri zamanı əbədiyyətə qovuşub. Ölkə başçısının sərəncamları ilə ölümündən sonra "Füzulinin azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Şuşanın azad olunmasına görə", "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə" medalları ilə təltif olunub.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ağdamda ildırım düşməsi nəticəsində yanğın baş verib

Yəmənli alpinist vulkan kraterinə yıxılaraq ölüb

Milli Qurtuluş Günü və müstəqil məhkəmə sisteminin institusional təməlləri

İyunun 14-ü Ümumdünya Qan Donoru Günüdür

15 İyun Türk dünyasının strateji birliyinə aparan yolun başlanğıcı oldu - ŞƏRH

Konqoda Eboladan ölənlərin sayı 149-a çatıb

Floridada helikopter qəzaya uğrayıb, dörd nəfər xəsarət alıb

ABŞ-dən İrana dəniz blokadası: 141 ticarət gəmisi ələ keçirilib

Dünya çempionatı: Braziliya millisi xal itirib

Kaluqa hava limanı fəaliyyətini dayandırıb

Ralf Ranqnik Avstriya millisi ilə yeni müqavilə imzalayıb

Şimali Koreyadan ABŞ-yə cavab: Nüvə dövləti olaraq qalacağıq

İsveçrə yığması dünya çempionatları tarixində ilk penalti qolunu vurub

“Axios”: ABŞ və İran arasında atəşkəsi uzadacaq virtual memorandum hazırlanır

Dünya çempionatı: Qətər son dəqiqə qolu ilə bir xal qazanıb

Tbilisidə 11 əvvəl baş vermiş təbii fəlakət qurbanlarının xatirəsi anılıb

DİN: “Son zəng” tədbirləri yüksək təhlükəsizlik şəraitində başa çatıb

MDU beynəlxalq reytinqdə ilk dəfə iştirak edib, ölkə üzrə 12-ci yerdə qərarlaşıb

Makron Versal sarayında Trampın şərəfinə rəsmi qəbul təşkil edəcək

BDU-da cari tədris ilini ən yüksək ÜOMG ilə bitirən məzunların adları açıqlanıb

Tovuzda ağır yol qəzası olub, ölən var

Belfastda irqi ayrı-seçkiliyə qarşı aksiyaya minlərlə insan qatılıb

Naxçıvanda ildırım düşməsi nəticəsində yanğın baş verib

Marneulidə “Qurtuluşdan Zəfərə” adlı tədbir təşkil olunub

Azərbaycanda daha çox hansı qan qruplarına ehtiyac olur?

15 İyun xalqın strateji seçimi idi – ŞƏRH

Azərbaycan Avropa Olimpiya Komitələrinin Baş Assambleyasında təmsil olunub

Şahin İsmayılov: Milli Qurtuluş Günü müdrik xalqımızın Ümummilli Liderinə yüksək ehtiramının ifadəsidir

Bakı–Naxçıvan marşrutu üzrə bəzi reyslər hava şəraitinə görə təxirə salınıb

Milli Qurtuluş Günü - Azərbaycan dövlətçiliyinin xilası və inkişaf yolunun başlanğıcı

ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır

Azərbaycan avarçəkənləri Dünya Kubokunda medal qazanıblar

Zaqatalada 2 nəfəri ilan sancıb, onlardan 1-i ölüb

On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər

Heydər Əliyev adına Hərbi Liseyin 26-cı buraxılış mərasimi olub

Şamaxıda II Beynəlxalq Barbekü Festivalı başlayıb

Bu saata olan əsas xəbərlər

Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb

Yeni Azərbaycan Partiyası ilə “Belaya Rus” Partiyası arasında Qarşılıqlı Anlaşma və Əməkdaşlıq Memorandumu imzalanıb

15 İyun siyasi iradənin bərpası, planlı inkişafın və uzunmüddətli strategiyanın başlanğıcıdır – ŞƏRH

Atletika üzrə Azərbaycan çempionatına yekun vurulub

Azərbaycan atleti Nazim Babayev karyerasını bitirib

Dünya çempionu olan çövkən üzrə Azərbaycan millisi mükafatlandırılıb

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq

Elm və təhsil naziri azad Kəlbəcərin ilk məzununun "Son zəng" tədbirində iştirak edib

TADDEF sədrinin müavini: Türkiyədə Heydər Əliyevin xatirəsini sevgi və ehtiramla anırlar

Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub VİDEO

Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub VİDEO

İstedadlı şagirdlərimiz riyaziyyat və məntiq üzrə ASPIRE olimpiadasının qalibi olublar

“Köklərdən inkişafa doğru”: Bakıda “Nine Senses Fest – 2026” festivalı davam edir

Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas edildiyi tarix kimi xalqımızın yaddaşında əbədi yaşayacaq – ŞƏRH

Otuz üç ildən sonra Horovluda “Son zəng” çalınıb

Qazax-Tovuz regionunda 6678 şagird məzun olub

YAP Sədrinin müavini ilə Ulusal Birlik Partiyasının Sədri arasında görüş olub

Paytaxt məktəblərində “Son zəng” tədbirləri təşkil olunub

“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Naxçıvanda 3698 şagird məzun olub VİDEO

Naxçıvanda 3698 şagird məzun olub VİDEO

Şəkidə Milli Qurtuluş Günü ilə əlaqədar tədbir təşkil olunub

BŞTİ-nin rəhbərliyi məzunları təbrik edib

Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib

“Türkiyənin Süni İntellekt üzrə 2026-2030-cu illər üçün Fəaliyyət Planı” açıqlanıb

Mil-Muğan regionu üzrə 4841 şagird məzun olub

Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub

Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib

Qaxda sərbəst güləş üzrə turnirdə 40 yeniyetmə idmançı mübarizə aparıb

Laçın şəhər məktəbində “Son zəng” sevinci: 11 şagird məzun oldu

Türk ölkələrinin gəncləri Almatıda ekoloji aksiya keçiriblər

Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Mədəniyyət Günlərinin açılışı olub

Qələbənin yetişdirdiyi ilk məzunlar: Xıdırlıda unudulmaz gün - FOTOLAR VİDEO

Qələbənin yetişdirdiyi ilk məzunlar: Xıdırlıda unudulmaz gün - FOTOLAR VİDEO

Şuşada TDT ölkələrinin rəqabət siyasəti üzrə əməkdaşlığı müzakirə olunub, Birgə Kommünike imzalanıb VİDEO

Şuşada TDT ölkələrinin rəqabət siyasəti üzrə əməkdaşlığı müzakirə olunub, Birgə Kommünike imzalanıb VİDEO

Lənkəran və Astara məktəblərində “Son zəng” çalınıb

Bu il 193 nömrəli tam orta məktəbdən 120 şagird məzun olub

Şuşada çalınan “Son zəng” 16 məzunu müstəqil həyata səsləyib VİDEO

Şuşada çalınan “Son zəng” 16 məzunu müstəqil həyata səsləyib VİDEO

Şəki şəhər Kimya-biologiya təmayüllü liseyin məzunları “Son zəng”in sevincini yaşayıblar

İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib

Britaniyada Kral III Çarlzın rəsmi ad günü qeyd olunur - FOTOLAR

TDT Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclasında birgə kommünike qəbul olunub VİDEO

TDT Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclasında birgə kommünike qəbul olunub VİDEO

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üstelin iştirakı ilə mətbuat konfransı təşkil olunub

Vüqar Rəhimzadə: Qurtuluşdan başlanan yol Azərbaycanı yeni zirvələrə və qələbələrə aparacaq

Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib

Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb

Azərbaycan Universitetində Milli Qurtuluş Günü qeyd olunub

Ünal Üstel: Azərbaycanda ortaq mədəniyyətimiz və gələcəyimiz naminə çalışırıq

Xankəndi, Xocalı və Ağdərə məktəblərində 60 məzun üçün “Son zəng” çalınıb VİDEO

Xankəndi, Xocalı və Ağdərə məktəblərində 60 məzun üçün “Son zəng” çalınıb VİDEO

Bakıda “RobotChallenge 2026” texnologiya yarışı start götürüb

Ağdam məktəbinin builki tək məzunu: Öz ata-baba yurdumda məzun olmaq böyük qürurdur VİDEO

Ağdam məktəbinin builki tək məzunu: Öz ata-baba yurdumda məzun olmaq böyük qürurdur VİDEO

Türkiyəyə 16 ölkədə axtarışda olan 90 nəfər ekstradisiya olunub

Ağcabədidə tam orta təhsil səviyyəsini bitirən 1466 məzun üçün “Son zəng” çalınıb

Avropa İttifaqı Ukrayna və Moldova ilə üzvlük danışıqlarına başlayır

Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb

Son illərdə ölkədə qan donorlarının sayı davamlı şəkildə artır VİDEO

Son illərdə ölkədə qan donorlarının sayı davamlı şəkildə artır VİDEO

Sabah Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağacaq

Ağdam şəhərində 33 il sonra “Son zəng” çalınıb

Milli Qurtuluş Günü müasir Azərbaycanın siyasi, iqtisadi və ideoloji dayağıdır - ŞƏRH

Bu il 102 nömrəli tam orta ümumtəhsil məktəbindən 150 şagird məzun olub VİDEO

Bu il 102 nömrəli tam orta ümumtəhsil məktəbindən 150 şagird məzun olub VİDEO

Birol Küle: Türk dövlətləri son illərdə iqtisadi inkişaf nümayiş etdirirlər VİDEO

Birol Küle: Türk dövlətləri son illərdə iqtisadi inkişaf nümayiş etdirirlər VİDEO

Nazir müavini: Gənclərin texnologiyaların yalnız istifadəçisi deyil, həm də yaradıcısı olmağını istəyirik

Türkiyə millisi dünya çempionatında mübarizəyə başlayır

Bu saata olan əsas xəbərlər