İQTİSADİYYAT
“Bakcell” və “Wayra UK” yerli developerlər üçün müsabiqə elan edib
Bakı, 5 may, AZƏRTAC
“Bakcell” şirkəti özünün AppLab layihəsi ilə əməkdaşlıq edən yerli developerlər üçün müsabiqə (pitch day) təşkil edib.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, “Telefonica Open Future” proqramının startaplar üçün akselerasiya proqramı hissəsi olan “Wayra UK” şirkətinə öz layihələrini 11 layihə qrupu təqdim edib.
“Wayra” şirkətinin məsləhətlərinə əsasən, developerlər AppLab akselerasiya proqramının dəstəyi ilə təqdim etdikləri layihələrinin təkmilləşdirilməsi üzərində işləyəcəklər. 2016-cı ilin sentyabrında isə onlar öz layihələrini Londondakı Wayra Akademiyasında təqdim edərək, “Wayra UK” şirkətindən investisiya almaq imkanını qazanacaqlar.
“Applab” icmasına qoşulmaq istəyən gənc developerlər http://applab.bakcell.com/registration/ linkinə daxil olub qeydiyyatdan keçməklə ideyalarını təqdim edə bilərlər.