BAKI BANKLARARASI VALYUTA BİRJASINDA HƏRRACLARIN YEKUNLARI
Birjanın informasiya-təhlil şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, elektron hərraclarının birja sistemində (EHBS) səhər sessiyasının açılışında USD/AZN-in məzənnəsi 1 dollar üçün 0,9100 AZN-ə bərabər idi. USD/AZN T+0 aləti üzrə 1 milyon 590 min dollar həcmində əqd bağlanmışdır. Sessiyanın yekunlarına görə manatın məzənnəsi dəyişməyərək, 0,9100 AZN təşkil etmişdir.
EHBS-in gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə 3 milyon 316 min dollara bərabər əqd qeydə alınmışdır. Gündüz sessiyasının orta hesablanmış məzənnəsi 1 dollar üçün 0,9096 AZN olmuşdur.
Beləliklə, hər iki sessiyanın yekunlarına görə dollar alətləri üzrə hərracların ümumi həcmi 4 milyon 906 min dollar olmuşdur ki, bu da manat ekvivalenti ilə 4 463 170 AZN təşkil edir. Bir əqdə orta hesabla 613 250 dollar düşmüşdür.
USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə tələb olmadığından dilerlər əqd bağlamamışlar.
EHBS-də banklar AUR/AZN, RUB/AZN alətləri üzrə sifariş verməmişlər.
EHBS sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında market-meykerlər tərəfindən verilən sifarişlər əsasında hesablanan BakiBOR indeksi 90 günlük alətlər üzrə illik manatla 14,81 faiz, ABŞ dolları üzrə isə 14,76 faiz təşkil etmişdir.
EHBS sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında illik 12 faizlə 200 AZN həcmində bir əqd qeydə alınmışdır. Əqdin borcalma müddəti 31 gündür.