BAKI BANKLARARASI VALYUTA BİRJASINDA HƏRRACLARIN YEKUNLARI
Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilmiş hərracların yekunlarına görə iyulun 15-də USD/AZN-in orta hesablanmış birja məzənnəsi 1 ABŞ dolları üçün 0,8041 AZN olmuşdur.
Birjanın informasiya-təhlil şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki,Birjanın elektron hərraclar sistemində (BEHS) səhər sessiyasının açılışında USD/AZN-in məzənnəsi 1 dollar üçün 0,8054 AZN-ə bərabər idi. USD/AZN T+0 aləti üzrə əqdlər bağlanmamışdır. Manatın məzənnəsi sessiyanın yekunlarına görə dəyişməmişdir.
BEHS-in gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə 2 500 751 AZN məbləğində əqd qeydə alınmışdır. Gündüz sessiyasının orta hesablanmış məzənnəsi 1 USD üçün 0,8041 AZN təşkil etmişdir.
Beləliklə, hər iki sessiyanın yekunlarına görə hərracların ümumi həcmi 3 110 000 dollar olmuşdur ki, bu da manat ekvivalenti ilə 2 500 751 AZN təşkil etmişdir. Bir əqdə orta hesabla 622 000 dollar düşmüşdür.
USDAZN T+1 və T+2 alətləri və SWAP_USDAZN üzrə tələbat olmadığından dilerlər tərəfindən əqdlər bağlanmamışdır. RUB/AZN alətləri üzrə banklar sifariş verməmişlər.
AUR/AZN T+0 aləti üzrə 2 567 000 AZN məbləğində əqd bağlanmIşdır. 1 avro üçün orta hesablanmış məzənnə 1,2832 AZN olmuşdur.
BEHS sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında market-meykerlər tərəfindən verilən sifarişlər əsasında hesablanan BakiBOR indeksi 90 günlük alətlər üzrə manatla illik 16,21 faiz, ABŞ dolları üzrə isə 17,07 faiz təşkil etmişdir.
İyulun 15-də birjada kredit alətləri üzrə banklar arasında əqd bağlanmamışdır.