BAKI BANKLARARASI VALYUTA BİRJASINDA HƏRRACLARIN YEKUNLARI
Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilmiş hərracların yekunlarına görə iyulun 15-də USD/AZN-in orta hesablanmış birja məzənnəsi 1 ABŞ dolları üçün 0,8036 AZN olmuşdur.
Birjanın informasiya-təhlil şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, Birjanın elektron hərraclar sistemində (BEHS) səhər sessiyasının açılışında USD/AZN-in məzənnəsi 1 dollar üçün 0,8041 AZN-ə bərabər idi.
USD/AZN T+0 aləti üzrə 5 383 470 AZN məbləğində əqdlər bağlanmışdır. Manatın məzənnəsi sessiyanın yekunlarına görə 0,0006 bənd qalxaraq 1 ABŞ dolları üçün 0,8035 AZN təşkil etmişdir.
BEHS-in gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə 2 068 269 AZN məbləğində əqd qeydə alınmışdır. Gündüz sessiyasının orta hesablanmış məzənnəsi 1 dollar üçün 0,8040 AZN təşkil etmişdir.
Beləliklə, hər iki sessiyanın yekunlarına görə hərracların ümumi həcmi 9 272 000 AZN olmuşdur ki, bu da manat ekvivalenti ilə 7 451 739 AZN təşkil etmişdir. Bir əqdə orta hesabla 1 159 000 dollar düşmüşdür.
USDAZN T+1 və T+2 alətləri və SVVAP_USDAZN alətləri üzrə tələbat olmadığından dilerlər tərəfindən əqdlər bağlanmamışdır. RUB/AZN və AUR/AZN alətləri üzrə banklar sifariş verməmişlər.
BEHS sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında market-meykerlər tərəfindən verilən sifarişlər əsasında hesablanan BakiBOR indeksi 90 günlük alətlər üzrə manatla illik 15,25 faiz, ABŞ dolları üzrə isə 16,93 faiz təşkil etmişdir.
İyulun 16-da birjada kredit alətləri üzrə əqdlər bağlanmamışdır.