BAKI BANKLARARASI VALYUTA BİRJASINDA NÖVBƏTİ HƏRRACLARIN YEKUNLARI
Birjanın informasiya-analitik şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, səhər keçirilmiş səsli hərracların yekunlarına görə, bağlanmış əqdlərin həcmi 40 000 ABŞ dollar təşkil etmişdir. Hərrac sessiyasının açılış məzənnəsi 1 ABŞ dolları üçün 4913 manata bərabər olmuşdur. 40 000 ABŞ dolları həcmində təklif və 30 000 dollar tələb şəraitində manatın məzənnəsi 1 bənd qalxaraq, 1 ABŞ dolları üçün 4912 manat həddində qalmışdır.
Elektron hərraclarının birja sistemində (BEST) ABŞ valyutasının qiyməti 1 USD üçün 4912 manat həddində olmuşdur. USDAZM T+0 aləti üzrə BEST-də 2 milyon 352 min dollara bərabər məbləğ qeydə alınmışdır ki, bu da manat ekvivalenti ilə 11,553 milyard təşkil edir. Bir əqdə, orta hesabla, 235,200 min dollar düşmüşdür. Dilerlər tələb olmadığından USDAZM T+1 və T+2 alətləri üzrə əqdlər bağlamamışlar.
Banklar AVRAZM, RUR/AZM alətləri üzrə BEST-ə sifariş verməmişlər.
Banklar BEST sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında 3,114 milyard manat məbləğində kreditlər yerləşdirmək üçün sifarişlər vermişlər. Oktyabrın 27-də birjada banklar arasında kredit alətləri üzrə əqdlər bağlanmamışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [21:25]
Bakı–Naxçıvan marşrutu üzrə bəzi reyslər hava şəraitinə görə təxirə salınıb
- 13.06.2026 [14:33]
Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib
- 13.06.2026 [10:30]
AZAL Naxçıvana uçuşları bərpa edib
- 12.06.2026 [18:19]