BAKI DÖVLƏT UNİVERSİTETİ “GƏNC İSTEDADLAR” LİSEYİNƏ QƏBUL İMTAHANI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, iyunun 7-də Bakı Dövlət Universiteti (BDU) “Gənc İstedadlar” liseyinə 2008-2009-cu tədris ili üçün test üsulu ilə qəbul imtahanı keçirilmişdir.
Bu münasibətlə keçirilən tədbirdə BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov çıxış edərək, təhsilimizin inkişafına göstərilən dövlət qayğısından danışmışdır. Liseydə təhsil almaq üçün müsabiqə yolu ilə xüsusi istedada malik olan gənclərin seçiləcəyini qeyd edən rektor, imtahanda şagirdlərə nailiyyətlər arzulamışdır.
İmtahanda nəzərdə tutulan 48 yerə sənəd vermiş 577 nəfər IV sinif şagirdi iştirak etmişdir. Onlar iki saat ərzində üç fənn üzrə təqdim olunmuş suallara cavab vermişlər. Nəticələr yaxın vaxtlarda açıqlanacaqdır.
Liseyə daxil olmaq istəyən V, VI və VII sinif şagirdləri iyunun 8-də imtahan verəcəklər.
######

MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]