Aİ Rusiyaya qarşı 21-ci sanksiya paketinin müzakirəsinə başlayıb
Bakı, 10 iyun, AZƏRTAC
Avropa İttifaqının (Aİ) səfirləri Rusiyaya qarşı 21-ci sanksiya paketini müzakirə etməyə başlayıblar, lakin yaxın gələcəkdə heç bir praktik qərar qəbul edilməyəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Brüsseldəki diplomatik mənbə bildirib.
Diplomatın sözlərinə görə, Aİ-nin daimi nümayəndələri bu gün Avropa Komissiyasının Rusiya və Belarusa qarşı 21-ci məhdudlaşdırıcı tədbirlər paketi ilə bağlı təkliflərini müzakirə etməyə başlayıblar. Bu müzakirə xeyli vaxt aparacaq, çünki onun təsdiqlənməsi üçün yekdil kompromis lazımdır.
İyunun 9-da Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayen əsasən Rusiyanın neft ixracı və bank sisteminə qarşı yönələn 21-ci sanksiyalar paketini təqdim edib. Avropa Komissiyası Aİ-yə üzv ölkələrdən paketin iyun ayı ərzində təsdiqini istəyir.
Xatırladaq ki, Aİ-nin Rusiyaya qarşı sanksiya siyahısına hazırda 2700-dən çox fiziki və hüquqi şəxs və təşkilat daxildir. Bu, Avropa İttifaqı tarixində ən böyük məhdudiyyət mexanizmi olmaqla, bütün digər Aİ sanksiyalarının ümumi sayını üstələyir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [22:46]
ABŞ İrana kömək edən iki kriptovalyuta birjasını sanksiyaya məruz qoyub
- 07.08.2026 [22:37]
Almaniyada hərbi obyekt üzərində naməlum PUA-lar qeydə alınıb
- 07.08.2026 [22:22]
Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb
- 07.08.2026 [21:20]
Antarktida buzlaqları civə mənbəyinə çevrilir
- 07.08.2026 [20:02]
Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur
- 07.08.2026 [19:06]