Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qardaşlıqdan strateji tərəfdaşlığa: Şuşa Bəyannaməsinin iqtisadi nəticələri – ŞƏRH

Qardaşlıqdan strateji tərəfdaşlığa: Şuşa Bəyannaməsinin iqtisadi nəticələri –  ŞƏRH

Bakı, 10 iyun, AZƏRTAC

2021-ci il iyunun 15-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində imzalanmış “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” iki qardaş dövlət arasında münasibətlərin tarixində yeni mərhələnin başlanğıcı oldu. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanan bu sənəd yalnız siyasi və hərbi əməkdaşlığın deyil, həm də iqtisadi inteqrasiyanın, regional inkişafın və yeni geoiqtisadi reallıqların hüquqi-siyasi əsasını formalaşdırdı. Prezident İlham Əliyevin vurğuladığı kimi, Şuşa Bəyannaməsi tarixi köklərə, Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” və Ümummilli Lider Heydər Əliyevin “Bir millət, iki dövlət” prinsipinə əsaslanır.

Bu fikirləri AZƏRTAC-a açıqlaması zamanı Milli Məclisin deputatı Tahir Mirkişili deyib.

Onun sözlərinə görə, sənəd yalnız dövlətlərarası münasibətlərin deyil, eyni zamanda, ortaq tarixə, milli maraqlara və gələcək inkişaf strategiyasına söykənən müttəfiqliyin təzahürüdür.

“Şuşa Bəyannaməsi çox vaxt hərbi-siyasi aspektlərdən qiymətləndirilsə də sənədin ən mühüm istiqamətlərindən biri iqtisadi əməkdaşlığın dərinləşdirilməsi və regional inteqrasiyanın sürətləndirilməsidir. Müttəfiqlik münasibətlərinin hüquqi çərçivəyə salınması iki ölkə arasında investisiya axınının artmasına, yeni iqtisadi layihələrin reallaşmasına və ticarət əlaqələrinin genişlənməsinə əlavə zəmin yaradıb. Bu gün Azərbaycan və Türkiyə regionun ən mühüm enerji, nəqliyyat və logistika tərəfdaşları kimi çıxış edirlər. Bakı-Tbilisi-Ceyhan neft kəməri, TANAP, Bakı-Tbilisi-Qars dəmir yolu kimi strateji layihələr artıq Avrasiyanın enerji və nəqliyyat xəritəsini dəyişdirən təşəbbüslər sırasındadır. Şuşa Bəyannaməsi isə bu əməkdaşlığı daha yüksək səviyyəyə qaldıraraq yeni layihələrin həyata keçirilməsini təşviq edir. 44 günlük Vətən müharibəsindən sonra yaranmış yeni regional reallıqlar Şuşa Bəyannaməsində də öz əksini tapıb. Bu kontekstdə Zəngəzur dəhlizi xüsusi əhəmiyyət daşıyır. Dəhliz Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirməklə yanaşı, Türkiyə ilə Azərbaycan arasında birbaşa quru bağlantısı yaradacaq. Bu layihə təkcə iki ölkənin maraqlarına xidmət etmir. Zəngəzur dəhlizi Orta Dəhlizin mühüm elementi kimi Mərkəzi Asiya, Cənubi Qafqaz, Türkiyə və Avropa arasında yükdaşımaların həcmini artırmaq potensialına malikdir. Xüsusilə Qars-İğdır-Naxçıvan dəmir yolu layihəsinin həyata keçirilməsi regionun tranzit imkanlarını genişləndirəcək, logistika xərclərini azaldacaq və beynəlxalq ticarətin sürətlənməsinə töhfə verəcək. Müasir geoiqtisadi proseslər fonunda nəqliyyat dəhlizləri yalnız iqtisadi deyil, həm də siyasi təsir alətinə çevrilir. Bu baxımdan Azərbaycan və Türkiyənin birgə təşəbbüsləri Avrasiya məkanında yeni iqtisadi mərkəzlərin formalaşmasına xidmət edir. Şuşa Bəyannaməsinin iqtisadi baxımdan mühüm müddəalarından biri qarşılıqlı investisiyaların təşviq edilməsidir. Son illərdə Türkiyə Azərbaycanın qeyri-neft sektoruna ən çox investisiya yatıran ölkələrdən biri kimi çıxış edir. Eyni zamanda, Azərbaycan da Türkiyə iqtisadiyyatına milyardlarla dollar sərmayə qoyaraq qardaş ölkənin ən böyük xarici investorlarından birinə çevrilib”, - deyə deputat vurğulayıb.

Tahir Mirkişili qeyd edib ki, bu investisiyalar enerji, sənaye, logistika, kənd təsərrüfatı, tikinti və xidmət sektorlarında yeni imkanlar yaradır: “Qarşılıqlı kapital axını iqtisadiyyatların şaxələndirilməsinə, yeni iş yerlərinin yaradılmasına və regional rəqabət qabiliyyətinin yüksəlməsinə xidmət edir. Şuşa Bəyannaməsi, həmçinin milli iqtisadiyyatların ixrac potensialının artırılması, ticarət dövriyyəsinin genişləndirilməsi və iqtisadi təhlükəsizliyin möhkəmləndirilməsi baxımından da mühüm əhəmiyyət kəsb edir. İşğaldan azad olunmuş ərazilərin bərpası prosesində Türkiyə şirkətlərinin fəal iştirakı Şuşa Bəyannaməsinin praktik nəticələrindən biridir. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı infrastruktur layihələri, yolların, tunellərin, hava limanlarının, enerji və kommunal sistemlərin qurulması Türkiyə-Azərbaycan əməkdaşlığının real göstəricisidir. Şuşanın və ətraf bölgələrin turizm potensialı da iqtisadi inkişafın yeni istiqamətlərini formalaşdırır. Gələcəkdə bu ərazilərin regional turizm mərkəzinə çevrilməsi, yeni investisiyaların cəlb olunması və xidmət sektorunun genişlənməsi gözlənilir. Beynəlxalq təcrübə göstərir ki, davamlı iqtisadi inkişafın əsas şərtlərindən biri təhlükəsizlikdir. Şuşa Bəyannaməsində müdafiə sahəsində əməkdaşlığın ayrıca yer tutması da bu reallıqdan irəli gəlir. Azərbaycanın və Türkiyənin müdafiə sənayesi sahəsində əməkdaşlığı, hərbi texnologiyaların inkişafı və təhlükəsizlik mexanizmlərinin gücləndirilməsi regionda sabitliyə xidmət edir. Sabitlik isə öz növbəsində xarici investorlar üçün əlverişli mühit yaradır, uzunmüddətli iqtisadi layihələrin həyata keçirilməsinə şərait formalaşdırır və biznes risklərini minimuma endirir. Şuşa Bəyannaməsi yalnız ikitərəfli sənəd deyil. Bu sənəd Türk dünyasında inteqrasiya proseslərini sürətləndirən, regional əməkdaşlığı dərinləşdirən və yeni iqtisadi platformaların formalaşmasına təkan verən strateji yol xəritəsidir. Azərbaycan və Türkiyənin koordinasiyalı xarici siyasəti, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyi və birgə təşəbbüsləri hər iki ölkənin qlobal nüfuzunu artırır. Xüsusilə Türk Dövlətləri Təşkilatının inkişafı, Orta Dəhliz layihəsinin genişlənməsi və enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq Şuşa Bəyannaməsinin beynəlxalq əhəmiyyətini daha da artırır. Hesab edirəm ki, Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərinin zirvə nöqtəsini ifadə edən tarixi sənəd olmaqla yanaşı, yeni geoiqtisadi reallıqların əsasını təşkil edən strateji platformadır. Bu sənəd iki qardaş ölkənin siyasi iradəsinin, iqtisadi maraqlarının və ortaq gələcək baxışının təcəssümüdür. Müttəfiqlik münasibətlərinin dərinləşməsi, nəqliyyat və enerji layihələrinin genişlənməsi, qarşılıqlı investisiyaların artması, Qarabağın bərpası və Türk dünyasının inteqrasiyası istiqamətində atılan addımlar göstərir ki, Şuşa Bəyannaməsi yalnız bu günün deyil, həm də gələcək onilliklərin inkişaf gündəliyini müəyyənləşdirən mühüm strateji sənəddir. Azərbaycan və Türkiyənin iqtisadi gücünün birləşməsi isə regionda sülhün, sabitliyin və dayanıqlı inkişafın ən mühüm təminatlarından biri olaraq qalır”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Messinin vida matçı Argentinanın Benin üzərində qələbəsi ilə başa çatıb

Yasamal və Biləcərinin bəzi ərazilərində işıq olmayacaq

Alyaskada 5,7 bal gücündə zəlzələ baş verib

Vens: İran nüvə proqramı ilə bağlı konkret addımlar atmalıdır

Tramp: ABŞ-nin İran neftinə ehtiyacı yoxdur

ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu əvvəlki səviyyəyə qaytarmaya bilər

Tramp tezliklə Putinlə danışmağı planlaşdırdığını bildirib

ABŞ Rusiyada pnevmonik taun şübhəsi ilə bağlı xəbərdarlıq yayıb

Ronaldo Portuqaliya millisindən ayrılmaq niyyətində deyil

İsrail Qəzzada hərbi əməliyyatları bərpa edə bilər

Tramp: Hörmüz boğazından müharibədən əvvəlkindən daha çox neft daşınır

İspaniya millisi məğlubiyyətsiz oyunlar seriyasını 42-yə çatdırıb

Pentaqon Ukrayna üçün “Patriot” sistemlərinə texniki xidmət avadanlığı alacaq

Tramp: Hörmüz boğazı ABŞ-yə məxsusdur

XİN: Suriyadan 13 Azərbaycan vətəndaşı repatriasiya edilib

Yəmən hökuməti əhalini husilərin sıralarına qoşulmamağa çağırıb

ABŞ İslandiya ilə əməkdaşlıq çərçivəsində Arktikada hərbi mövcudluğunu artırmaq istəyir

Moskvada “3+3” formatında enerji əməkdaşlığı üzrə ilk görüşün keçirilməsi planlaşdırılır

“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib

Avropa Kuboku: “Neftçi” basketbol klubu müntəzəm mövsümə məğlubiyyətlə başlayıb

Kamran Qasımov: “Yaradıcı Filmaton” kimi layihələr gənclərin gələcək kino fəaliyyəti üçün mühüm başlanğıcdır

Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar

“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib

Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi

Mixail Kaluqin: Moskva İrəvanla Rusiya hərbi bazasının Ermənistanda qalma məsələsini müzakirə etməyə hazırdır

QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək

Nazirlik: İcbari tibbi sığorta ilə uşaqların sağlamlığının qorunmasına yönələn xidmətlər göstərilir

Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu

Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib

Rusiyanın neft və qaz gəlirləri azalıb

Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir

Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib

Səudiyyə Ərəbistanı “Petroline”nin ötürücülük gücünü 5,8 milyon barelə çatdırıb

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq

IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub

ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Albaniya Elmlər Akademiyasında Qafqaz Albaniyasının tarixindən bəhs edən kitab təqdim olunub

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Macarıstanda büdcə kəsirinin artımı zəifləyib

Vətən müharibəsi Azərbaycanın regionda əsas güc mərkəzinə çevrilməsini şərtləndirdi ŞƏRH

Şərqşünas-alim regional konfransda Azərbaycanın birgəyaşayış mədəniyyətinin tarixi əsaslarından danışıb

Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib

BDU ilə Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb

Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL

Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər

Şimali Koreya Cənubi Koreyaya qarşı daha sərt tədbirlər görəcəyi barədə xəbərdarlıq edib

Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb

Naxçıvan şəhərinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün ixtisas imtahanına qeydiyyat elan edilir

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Siyasi şərhçi: Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında ideoloji dayanıqlılıq mühüm yer tutur

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Britaniyada Mühafizəkarlar Partiyası raket və dron hücumlarından qorunmaq üçün 10 milyard funtluq plan açıqlayıb

Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb

Abşeron və Bakının beş rayonunda suyun verilişi dayandırılacaq

Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq

Gürcüstanda yanacaq yenidən bahalaşıb

Avropa Parlamentində qalmaqal: 46 qadın deputat AI tərəfindən yaradılan ədəbsiz məzmunun qurbanı olub

Masallıda qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb

İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb

2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə aparacaq ölkələr bəlli olub

Cənubi Koreya XİN: Mina partlayışlarına görə Şimali Koreyaya qarşı cavab tədbirləri nəzərdən keçirilir

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

Rəşad Xalıqov: Rəqəmsal transformasiya Azərbaycanda milli strateji prioritet kimi müəyyənləşdirilib

Siyasi şərhçi: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq çəkisini və manevr imkanlarını artırır

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL

Tədqiqat: “Samsung”, “Google” və “ChatGPT: Azərbaycanda istifadəçilər onların hansına üstünlük verirlər?

Əlavə müsabiqənin nəticələri: 1870 tələbə bakalavriat səviyyəsində ödənişsiz təhsil almaq hüququ əldə edib

Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb

Fransada lisey şagirdlərinin aksiyalarına tələbə və müəllimlər də qatılıb

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNİB VİDEO

Şəhid mayor Elsəvər Paşayevin arzusu övladlarının həyat məqsədinə çevrilib