Bakı Dövlət Universitetində dezinfeksiya işləri davam etdirilir
Bakı, 6 mart, AZƏRTAC
Bakı Dövlət Universitetində (BDU) infeksiyalara yoluxma hallarına yol verilməməsi və onun qarşısının alınması, bu sahədə profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə dezinfeksiya işləri və qabaqlayıcı tədbirlər martın 6-da davam etdirilib.
BDU-dan AZƏRTAC-a bildiriblər ki, Bakı Şəhər Dezinfeksiya Stansiyasının bölmələri tərəfindən universitetin auditoriyaları, kitabxanası, dəhlizləri, akt zalları və digər ərazilərində dezinfeksiya işləri aparılıb.