Bakı Dövlət Universitetinin tələbələri Şamaxı Astrofizika Rəsədxanasında təcrübə keçirlər
Bakı, 23 aprel, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) fizika fakültəsinin tələbələri fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru, dosent Nazim Hüseynovun rəhbərliyi ilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) istehsalat təcrübəsi keçirlər.
ŞAR-dan AZƏRTAC-a bildirilib ki, tələbələrə öncədən müəyyən edilmiş proqram əsasında kurslar təşkil olunub. Rəsədxanada olduqları müddət ərzində onlara teleskoplar, astronomik cihazlar, aparılan elmi-tədqiqat işləri və son elmi nəticələr barədə geniş məlumat verilib.
ŞAR-ın direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov tələbələrlə görüşüb, onlara burada olduqları müddətdə vaxtdan səmərəli istifadə etmələrini tövsiyə edib.
N.Cəlilov tələbələrə kainatın yaranması, quruluşu haqqında ətraflı məlumat verib. Tələbələrin marağına səbəb olan bu mövzu ətrafında geniş müzakirə aparılıb və suallar cavablandırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [12:28]
AzTU-da təkrar ali təhsil almaq istəyənlər üçün sənəd qəbulu elan olunur
- 08.06.2026 [11:48]
Xınayaxdıdan “Henna Party”yə: rəqəmsal mühit mərasimlərimizi necə dəyişir?
- 08.06.2026 [11:37]
Azərbaycan təhsilinin ixrac modeli - UNEC-in Dərbənd filialı
- 08.06.2026 [10:40]
“Young Learners” kvalifikasiya imtahanlarına qeydiyyat elan edilir
- 08.06.2026 [10:38]
DİM dövlət qulluğu imtahanından müvəffəqiyyətlə keçənlərə müraciət edib
- 07.06.2026 [13:54]
DİM I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirib
- 07.06.2026 [13:10]