BAKI FOND BİRJASINDA QISAMÜDDƏTLİ İSTİQRAZLARIN YERLƏŞDİRİLMƏSİ ÜZRƏ HƏRRAC KEÇİRİLƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, sentyabrın 12-dək tam yerləşdirilənə qədər Bakı Fond Birjasında (BFB) dövlət qeydiyyatından keçmiş, ümumi məbləği 7 milyon manat, hər birinin nominal dəyəri 200 manat, tədavül müddəti isə 90 gün olan dövlət qısamüddətli istiqrazlarının (DQİ) əlavə yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir.
İstiqrazlar oktyabrın 14-də ödəniləcəkdir.
Hərrac zamanı, DQİ buraxılışının 20 faizindən artıq olmamaq şərti ilə, qeyri-rəqabətli sifarişlərin qəbuluna icazə verilir.