Bakı metrosunun iş vaxtı 1 saat uzadılacaq
Bakı, 23 yanvar, AZƏRTAC
“Qarabağ” Futbol Klubunun UEFA Avropa Liqasının əsas mərhələsində keçirəcəyi oyunla əlaqədar Bakı metropolitenində iş vaxtı uzadılacaq. Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının müraciəti (AFFA) əsasında “Bakı Metropoliteni” QSC-nin paytaxtda təşkil edilən kütləvi tədbirlər planına uyğun olaraq, yanvarın 23-dən 24-nə keçən gecə Bakı metrosunun bütün stansiyaları saat 01:00-a qədər sərnişinlərin girişinə açıq olacaq.
QSC-dən AZƏRTAC-a bildirilib ki, Tofiq Bəhramov adına Respublika stadionunun yaxınlığında yerləşən “Gənclik”stansiyasında bir sıra tədbirlər görüləcək. Oyunun başlanması ərəfəsində stansiyada gücləndirilmiş iş rejimi tətbiq olunacaq, əlavə işçi qüvvəsi ayrılacaq. Zərurət yaranacağı təqdirdə, ehtiyat qatarlar xəttə buraxılmaq üçün hazır vəziyyətdə saxlanılacaq. Qarşılaşmaya tamaşaçı marağı nəzərə alınmaqla, oyun qurtardıqdan sonra sərnişinlərin təhlükəsiz və rahat daşınması məqsədilə stansiya keçidində tənzimləmə tədbirləri görüləcək, qatarların hərəkəti xüsusi qrafiklə təmin ediləcək.
“Nərimanov” və “28 May” stansiyalarında nəzarət mexanizmləri diqqətdə saxlanılacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.10.2026 [13:11]
Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq genişlənir: Banqkokda mühüm görüşlər
- 17.10.2026 [12:40]
“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub
- 17.10.2026 [12:16]
Zabrat–Maştağa avtomobil yolunda hərəkətə tam məhdudiyyət tətbiq olunub
- 17.10.2026 [11:28]
Azərbaycan nefti 116 dollara satılır
- 17.10.2026 [10:44]
Birjalarda neft bahalaşıb
- 17.10.2026 [10:42]
Qızıl və gümüş bahalaşıb
- 16.10.2026 [19:34]
Qusar-Əniq-Laza yolunda iki yeni körpü inşa olunur
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]
Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq
- 16.10.2026 [23:51]
Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib
- 16.10.2026 [23:39]
Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub
- 16.10.2026 [23:18]
Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb
- 16.10.2026 [22:43]
Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib
- 16.10.2026 [21:56]
“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram
- 16.10.2026 [21:38]
BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb
- 16.10.2026 [21:26]
Salyanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub
- 16.10.2026 [21:06]
Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb
- 16.10.2026 [21:04]
Balakəndə müstəqilliyin bərpasının 35-ci ildönümü qeyd edilib
- 16.10.2026 [21:00]