Bakı Musiqi Akademiyasının tələbələri konsert verib
Bakı, 22 may, AZƏRTAC
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) “Konsertmeyster ustalığı” kafedrasının tələbələrinin konserti olub.
BMA-dan AZƏRTAC-a bildirilib ki, konsert çərçivəsində tələbələr dünya və Azərbaycan bəstəkarlarının əsərlərinə müraciət ediblər.
Tələbələrin professional ifaçılıq məharəti konserti maraqlı edib, ifaçılar alqışlarla qarşılanıb.