Bakı-Şamaxı-Yevlax yolundakı sürüşmə zonasında bərkitmə işləri aparılacaq VİDEO
Şamaxı, 29 fevral, Adil Ağayev, AZƏRTAC
Son vaxtlar yağan qar və yağışlar Bakı-Şamaxı-Yevlax magistral yolunun 142-ci kilometrində sürüşməyə səbəb olub və nəticədə yolda çatlar əmələ gəlib.
AZƏRTAC xəbər verir ki, Şərədil kəndi yaxınlığında, əvvəllər də sürüşmə zonası hesab olunan yolun bu hissəsində 70 metr uzunluqda çatlar yaranıb.
9 saylı Şamaxı yol istismar idarəsinin rəisi Ədalət Ömərov AZƏRTAC-ın müxbirinə bildirib ki, çatlar çınqılla örtülüb, hamarlama işləri görülüb. Sürüşmə hissədə yolun eni 9 metrdir və buna görə də hələlik avtomobillərin hərəkəti üçün təhlükə yoxdur. Sürüşmə zonasındakı hissədə bərkitmə işləri aparılacaq.